Azərbaycan İdeyası

Bu ədalət mühakiməsidir, yoxsa, hakimlərin özbaşınalığı, Baş prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabları?!

Tarix:17-12-2018, 12:20
Baxış Sayı:846

Bu ədalət mühakiməsidir, yoxsa, hakimlərin özbaşınalığı, Baş prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov cənabları?!

-Haqsızlıq önündə susanlar dilsiz şeytanlardır Məhəmməd Peyğəmbər
-Bütün ədalətsizliklər içərisində ən dözülməzi qanunun adı altında törədilən ədalətsizlikdir!
Yunan filosofu Aristotel
-Haqlı şər qüvvəyə qalib gəldikdə ədalət zəfər çalır!
Prezident İlham Əliyev

Mingəçevir Səhər Məhkəməsinə

İddiaçı: 170650015 saylı cinayət işi üzrə zərərçəkən şəxs qismində tanınan Bağırov Ağasalam Salam oğlu
(Mingəçevir şəhəri, Samux küçəsi ev 48)

Cavabdehlər: Həmin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində tanınan Rəsulov Yaşar Rəsul oğlu, onun həyat yoldaşı Rəsulova Sahibə Qiyas qızı
(Mingəçevir şəhəri, Ərəs küçəsi ev 2, mənzil 3)


İDDİA ƏRİZƏSİ
(Törədilən cinayət əməlləri nəticəsində vurulan maddi və mənəvi ziyanın ödənilməsi barədə)

Ədalət mühakiməsini həyata keçirən hakimlərin diqqətinə çatdırıram ki, 1994-cü ildə öz əməyimin zəhməti ilə qazandığım pulla aldığım Mingəçevir şəhəri. Samux küçəsi 48 saylı evdə mərhum həyat yoldaşım Bağırov Şəngül vəfat edən günədək onunla, ölümündən sonra isə, bu günədək tək yaşayıram. 1985-ci ildən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yaşayan, yeganə oğlum Bağırov Fərhad 25.06.2012-ci il tarixində qətlə yetirildikdən təqribən 1 ay sonra onun həyat yoldaşı, 1993-cü ildən bu günədək Sankt-Peterburq şəhərində övladları ilə yaşayan Bağırova Jalə mənə və həyat yoldaşım Şəngülə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, vərəsə kimi mənim faktiki sahibliyimdə, sərəncamımda olan yuxarıda qeyd etdiyim ünvanda yerləşən evdən miras payı tələb etməyə başladı. O və onun qızı Leyla bu tələblərini Mingəçevir şəhər, Şəki Apellyasiya və Ali Məhkəmədə nümayəndələrinin vasitəsilə verdikləri ifadələrində onunla əsaslandırırdılar ki, mən həmin ünvanda yaşadığım evi 1994-cü ildə alarkən, yeganə oğlumun-Bağırov Fərhadın adına sənədləşdirilməsini 3 saylı Notariat kontorunun natariusunun icazəsindən sonra, oğlum Fərhad həmin vaxt Rusiya Federasiyasında yaşadığından evin alqı-satqı müqaviləsini onun əvəzinə imzalayıb, həmin evi oğlumun adına sənədləşdirmişdim. Qeyd etdiyim mübahisəli evin alqı-satqı müqaviləsini oğlum Fərhadın əvəzinə imza etməyimin qanunvericiliyin tələblərinə uyğun olub-olmamasını və bu hərəkətlərimin gələcəkdə hansl hüquqi nəticələrə gətirib çıxara biləcəyini, hüquqi təhsilimin olmaması səbəbindən bilmədiyim üçün törətmişəm. Eləcə də, evin alqı-satqı müqaviləsini oğlum Fərhadın əvəzinə imza etməyimin qeyri-hüquqi olduğunu müqaviləni təsdiq edən notarius mənə izah etmədi, halbuki mənim bu formal qanunsuz hərəkətimin qarşısını almaq onun vəzifə borcu idi. Mənim verdiyim iddia ərizəm əsasında Mingəçevir Şəhər Məhkəməsinin hakimi cənab Rasim Kazımov vəzifə borcuna vicdanla yanaşaraq, yuxarıda qeyd etdiyim mübahisəli evin alqı-satqı müqaviləsini oğlum Bağırov Fərhadın əvəzinə imza etməyim faktını qanunsuz və həqiqət olduğunu, eləcə də, ekspertin fakt üzrə verdiyi təsdiqedici rəyini nəzərə alıb, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbimi 28.04.2015-ci il tarixli, 2(051)-103/2015 saylı qətnaməsi ilə təmin etmiş, bununla da, hal-hazırda yaşadığım evlə bağlı 14.12.1994-cü ildə Arpaşev Aleksanr İvanoviçlə bağladığım alqı-satqı müqaviləsinin etibarsız olduğunu Azərbaycan Respublikası adından çıxardığı qətnaməsi ilə təsdiq etmişdir. Qarşı tərəfin-Bağırova Leyla Fərhad qızının ana babası Cumayev Akif İbrahim oğlunun yalan faktlar əsasında yazdığı apellyasiya şikayətini Şəki Apellyasiya Məhkəməsinin hakimləri Əliyev Rafail Əyyub oğlu, Hüseynov Mirbahəddin Mirdamət oğlu və Şükürov İmamverdi Həşimxan oğlu vəzifə səlahiyətlərindən sui-istifadə edərək, qanunsuz varlanmaq niyətilə, aldıqları rüşvət müqabilində, Mülki Məcəllənin 337, 337.1, 337.3, 337.4-cü maddələrin tələblərini qəsdən pozaraq, öz şəxsi maraqlarını əldə rəhbər tutub, Mingəçevir Şəhər Məhkəməsinin qəbul etdiyi 28.04.2015-ci il tarixli ədalətli qətnaməsini ləğv etməklə, 29.09.2015-ci il tarixində ədalətsiz və cinayət tərkibli 2(107)-869/2015 saylı qətnamə qəbul etmişlər. Şəki Apellyasiya Məhkəməsinin bu qətnaməsindən verdiyim kassasiya şikayətimi araşdıran Ali Məhkəmənin MK-nın hakimləri Əhmədova Mehparə Tofiq qızı, Əhmədov Əhməd Abbas oğlu və İbayev Vəfaddin Ələm oğlu iş üzrə qəbui etdikləri 26.02.2016-cı il tarixli, 2(102)-669/2016 saylı ədalətsiz qərarları ilə yaşadığım Mingəçevir şəhəri, Samux küçəsi 48 saylı evin 1994-cü ildə bağladığım alqı-satqı müqaviləsini, həmin qərarın hüquqi məsələlər bölməsinin 5-ci səhifəsinin ilk cümləsində qanunsuz olduğunu, evlə bağlı satıcıya pulun mənim tərəfimdən verildiyini təsdiqləsələr də, Şəki Apellyasiya Məhkəməsinin yuxarıda qeyd etdiyim cinayət tərkibli qətnaməsini qüvvədə saxlamaqla həmin hakimlərin cinayət əməllərini gizlətmək məqsədilə, özləri də vəzifə səlaniyətlərindən sui istifadə edərək, ədalətsiz və qeyri-hüquqi qərar qəbul etməklə mənə qarşı qrup halında cinayət əməli törətmişlər! Şübhə etmirəm ki, əgər, 170650015 saylı cinayət işi obyektiv, hərtərəfli və Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aparılmış olsaydı, adlarını yuxarıda qeyd etdiyim Şəki Apellyasiya və Ali Məhkəmənin MK-nın hakimləri də, Rəsulov Yaşar Rəsul oğlu ilə birlikdə müttəhimlər kürsüsündə, ədalət mühakiməsi qarşısında dayanıb, nə məqsədlə cinayət törətdiklərinə aydınlıq gətirərdilər.

Mülkiyyət, mənzil hüquqlarımı mərhum oğlum Fərhad Bağırovun qaynatası Cumayev Akifin və onunla cinayət əlaqəsinə girən hakimlərin cinayətkar qəsdlərindən qorumaq üçün vəkil tutmağıma ehtiyac yarandı. Bu məqsədlə özünü vəkil kimi təqdim edən Rəsulov Yaşar Rəsul oğlu ilə 06.06.2014-cü il tarixində müqavilə bağladım. Təqribən, 1 il sonra onun həyat yoldaşı Rəsulova Sahibə Qiyas qızına da hüquqlarımı müdafiə etməsi üçün etibarnamə verdim. Sonuncu Şəki Apellyasiya Məhkəməsində hüququmu müdafiə etmək məqsədilə keçirilən məhkəmə prosesində iştirak etdi. Bağladığımız müqavilənin şərtlərinə uyğun olaraq, mən Rəsulov Yaşara ilkin olaraq 100 manat orderə verməsi üçün, əlavə olaraq 400 manat məbləğində maliyyə vəsaiti verdim. O, bildirdi ki, sənin hüquqlarını müdafiə etdiyim müddətdə ehtiyac yarandığı halda, məhkəmədən sənin xeyrinə qərar qəbul edilməsi üçün hakimə rüşvət vermək məqsədilə sənin əlavə pul verməyinə zərurət yaranacaq. Bunun müqabilində isə, yaşadığın evə sənin adına DƏK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən çıxarış alacam. O, bu məqsədlə dövlət rüsumu ödəmək üçün əlavə olaraq məndən 60 manat məbləğində pul aldı.

23.01.2017-ci il tarixində həmin çıxarışı ondan alarkən oxumadım və gətirib verdim kiçik qızıma. 1-2 gündən sonra qızım bildirdi ki, "ata, sənin vəkilin Yaşarın aldığı çıxarışda adın göstərilməyib! Halbuki, Rəsulov Yaşara 08.12.2014-cü ilədək ümumilikdə verdiyim 12500 manat məbləğində maliyyə vəsaitinin müqabilində o, hazırda yaşadığım evimə mülkiyyət hüququmu məhkəmədə təsdiq etdirəcəyi barədə üzərinə öhdəlik götürmüşdür. Bu məqsədlə ona 2014-cü ilin iyun ayından həmin ilin dekabr ayınadək, ümumilikdə 12500 manat maliyyə vəsaitini verdiyim faktını cinayət işi üzrə 19.07.2018-ci il tarixində tərtib olunan ittiham aktında Rəsulov Yaşarla cinavət əlaqəsinə girib, mənə külli miqdarda maddi ziyan vuran, istintaqa qəsdən valan ifadə verən Rəsulova Sahibə istisna olmaqla, 3 nəfər şahidlərin-Əlivev İnayətin, Məmmədov Xanların, Məmmədova Dilşadın verdikləri ifadələri ilə də təsdiqlənir.

Mingəçevir Şəhər Məhkəməsinin 28.04.2015-ci il tarixli ədalətli qətnaməsindən apellyasiya şikayəti verən Bağırova Leyla Fərhad qızının nümayəndəsi-Cumayev Akif arqumentlərini bilərəkdən yalan faktlarla əsaslandıraraq yazır: - "Mübahisəli mənzili Fərhad Bağırov özü satın almışdır. Əgər, belə olmasaydı onun özünün sağlığında atası Ağasalam Bağırov evi oğlundan tələb edib, geri ala bilərdi. Bunu etməməsi onu sübut edir ki, əslində, Ağasalam və Şəngül Bağırovların niyyəti həmin mənzili miras kütləsindən çıxarmaq olub! Məhkəmə isə - yəni, hakim Rasim Kazımov , səhvən tətbiq etməli normanı tətbiq etməyərək ilk iddianı təmin etmişdir. Məhkəmə qətnaməsi ilə 27 il bundan əvvəl bağlanmış müqaviləni etibarsız saymışdır". Cumayev Akifin bu sağlam məntiqə sığmayan, yalan fakta əsaslandırdığı arqumenti, belə, qənaətə gəlməyə əsas verir ki, Bağırov Fərhadın maraqları onun valideynlərindən daha çox mərhumun qaynatası Akif üçün dəyərlidir və əzizdir!!! Digər tərəfdən isə Cumayev Akifdən və onun apellyasiya şikayətini təmin edən Şəki Apellyasiya və Ali Məhkəmənin MK-nın adlarını yuxarıda qeyd etdiyim saxtakar, xəyanətkar hakimlərindən mütləq soruşulmalıdır: -Mərhum Bağırov Fərhadın atası Bağırov Ağasalam mübahisəli evin, ölümündən sonra, yeganə oğlu, varisi Fərhada qalması məqsədilə, notariusdan həmin evin alqı-satqı müqaviləsində Fərhadın əvəzinə özünün imzalamasına icazə verməsini istədiyi halda, o, evi oğlunun sağlığında ondan tələb etmək niyyətində olardımı?!

Mən-Bağırov Ağasalam Cumayev Akifdən və onunla cinayət əlaqəsinə girdiyi Ali Məhkəmənin MK-nın yuxarıda adlarını qeyd etdiyim hiyləgər hakimlərindən fərqli olaraq, yeganə oğlum Fərhadın məndən qabaq vəfat edəcəyini ağlıma belə gətirmirdim və bu səbəbdən də onun adına aldıgım-Mingəçevir səhəri, Samux küçəsi 48 ünvanında yerləşən evin onun mülkiyyətinə verilməsini mən və mərhum həyat yoldaşım istəyirdik və buna nail olmağa çalışırdıq! Lakin, oğlumuz Fərhadın Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində müəmmalı şəraitdə qətlə yetirilməsi faktı bizim bu niyyətimizi, arzumuzu ürəyimizdə qoydu!

Ali Məhkəmənin MK-nın adlarını qeyd etdiyim hakimləri Şirvan Apellyasiya Məhkəməsinin 29.09.2015-ci il tarixli, cinayət tərkibli qətnaməsini qüvvədə saxlamaq barədə mənim verdiyim kassasiya şikayətim əsasında 26.02.2016-cı il tarixində bilərəkdən qəbul etdikləri qərarın hüquqi məsələləri bölməsində 5-ci səhifədə yazırlar:

- Göründüyü kimi, Bağırov Ağasalam Salam oğlu 14.12.1994- cü il tarixində satıcı Aparşev Aleksandr İvanoviçlə razılığa gələrək, onun xüsusi mülkiyyətində olan, 1957-ci ildə tikilmiş Mingəçevir şəhəri, Samux küçəsi 48-də yerləşən 5 otaqlı (?!), 600 kv.m torpaq sahəsinə malik olan fərdi yaşayış evini 800000 manata oğlum Bağırov Fərhad Ağasalam oğluna almışdır, bu barədə Aparşev Aleksandrla evin alqı-satqısına dair müqavilə bağlamış və müqavilədə bilə-bilə alıcı Fərhad Bağırovun əvəzinə özü imza etmişdir. Bağırov Ağasalam Salam oğlu 14.12.1994-cü il tarixli müqavilənin, açıq-aşkar, qanuna uyğun bağlanmadığını bilmiş və buna şüurlu surətdə yol vermişdir!

Ali Məhkəmənin MK-nın saxtakar, riyakar hakimləri mənim kassasiya şikayətim üzrə 26.02.2016-cı il tarixində qərar qəbul edərkən, müəyyən ediblər ki, mən-Bağırov Ağasalam Salam oğlu mübahisələndirilən evin sahibi Aparşev Aleksandrla alqı-satqı müqaviləsi bağlayarkən və həmin müqaviləni Bağırov Fərhadın adından imzalayarkən, guya mən-Bağırov Ağasalam notarius vəzifəsində işləmişəm və bu səbəbdən də, həmin müqavilənin, açıq-aşkar, qanuna uyğun olmadığını bilmişəm və müqaviləni təsdiq edərkən bu qanunsuzluğa şüurlu surətdə yol vermişəm!!! Deməli, mənim kassasiya şikayətim üzrə 26.02.2016-cı il tarixində ədalətsiz qərar qəbul edən saxtakar hakimlər mübahisəli evin alqı-satqı müqaviləsini Bağırov Fərhadın əvəzinə imza etməyimin, açıq-aşkar, qanuna zidd olmasını bilməkdə həmin müqaviləni təsdiqləyən notariusu deyil, hüquqi təhsilim olmadığına və notarius vəzifəsində işləmədiyim halda, məni ittiham etməklə, işin nəticəsi ilə maraqlı olduqlarını, vəzifə borclarına xəyanət etdiklərini təsdiqləyirlər!

Sual olunur: - Ədalət mühakiməsini həyata keçirmək vəzifə borcları olan Ali Məhkəmənin MK-nın hakimləri qanuna zidd olan alqı-satqı müqaviləsi əsasında mübahisələndirilən evin Bağırov Fərhad Ağasalam oğlunun vəfatından sonra, onun mülkiyyətinə verilməsi və onun adma Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən şıxanş verilməsi faktının da qanunsuz olduğunu bilsələr də, bu fakta nə məqsədlə hüquqi qiymət verməmişlər? Göründüyü kimi, həmin fakta hüquqi qiymət vermək həmin hakimlərin və onlarla cinayət əlaqəsinə girən mərhum Bağırov Fərhadın qaynatası Cumayev Akifin şəxsi maddi maraqlarına cavab verməyib!

Yuxarıda adlarını qeyd etdiyim hakimlərin yol verdikləri vəzifə saxtakarlıqlarına uyğun olaraq, cinayət işi üzrə şahid qismində dindirilən Rəsulova Sahibə Qiyas qızı istintaqa verdiyi ifadəsində göstərir ki, mən Bağırov Ağasalamın hüquqlannı müdafiə edərkən ondan pul almamışam. Cinayət işinin istintaqını aparan müstəntiq, məlum olmayan səbəb üzündən, Sahibənin verdiyi bu ifadəsinə aydınlıq gətirmək, hüquqi qiymət vermək vəzifə borcu olsa da, nədənsə, ona sual verib soruşmamışdır ki, sənin hüquq təhsilin və Bağırov Ağasalamla qohumluq münasibətlərinin olmadığı halda, onun hüquqlarını müdafiə etməyin barədə üzərinə öhdəlik götürüb, 29.09.2015-ci il tarixində həyat yoldaşın Rəsulov Yaşarla, Bağırov Ağasalam və onun qızı Firəngizlə Şirvan Apellyasiya Məhkəməsində nə məqsədlə dəyərli vaxtının 4-5 saatını iş üzrə keçirilən məhkəmə prosesində itirirdin? Əgər, doğrudan da, sən hüquqlarının müdafiəsi üçün Bağırov Ağağsalam Salam oğlundan pul almamışdınsa onun hüquqlarını nə məqsədlə müdafiə edirdin, bu işdə maraqların nədən ibarət idi?

Cinayət işinin istintaqı zamanı Rəsulova Sahibə Qiyas qızının Rəsulov Yaşarla cinayət əlaqəsinə girib, onların dələduzluq yolu ilə mənə külli miqdarda maddi ziyan vurduqları barədə istintaqa nəzarət edən Mingəçevir səhər Prokuroru Cənab Azad Qarayevə ərizə ilə müraciət etsəm də, iş üzrə tərtib olunan ittiham aktı ilə tanış olduqda məlum oldu ki, Rəsulova Sahibənin törətdiyi dələduzluq cinayət əməlinə hüquqi qiymət verilməyib, nəticədə o, məqsədyönlü şəkildə, cinayət məsuliyyətindən kənarlasdırırlıb!

Bu və yuxarıda qeyd etdiyim Rəsulov Yaşar Rəsul oğlunun və Rəsulova Sahibə Qiyas qızının mənə qarşı törətdikləri cinayət faktları eləcə də, təqsirləndirilən şəxs qismində onun və adlarını qeyd etdiyim şahidlərin istintaqa verdikləri ifadələrində Rəsulov Yaşar Rəsul oğlunun və onun həyat yoldaşı Rəsulova Sahibə Qiyas qızı ilə ötən 3 il 7 ay ərzində əlbir olub, mənə 11000 (on bir min) və həmin məbləğdə maliyyə vəsaitinin hər ay 10%-dən mənə verəcəyi 47300 (qırx yeddi min üç yüz) manat maliyyə vəsaitini də nəzərə almaqla, ümumilikdə, 58 300 (əlli səkkiz min üz yüz) manat maliyyə vəsaiti məbləğində mənə maddi ziyan vurmuşlar. Bundan savayı, həyat yoldaşım Bağırova Şəngül oğlumuz Fərhadın Sankt-Peterburq şəhərində, hələ də bizə məlum olmayan şəraitdə qətlə yetirildikdən təqribən 1 ay sonra onun həyat yoldaşı Bağırova Jalənin bizə qarşı miras tələbi ilə məhkəməyə müraciət etməsi faktı və illərlə davam edən məhkəmələrdə yol verilən süründürməçilik, eləcə də Rəsulov Yaşar Rəsul oğlunun və Rəsulova Sahibə Qiyas qızının həmin işi həll edəcəkləri barədə bizi aldatdıqları faktı nəticəsində aldığı mənəvi, psixoloji zərbə nəticəsində ürək-damar xəstəliyinə tutulmuş və 22.04.2016-cı il tarixində vəfat etmişdir. Nəticədə isə mənə 20 000 (iyirmi min) manat məbləğində onlar tərəfindən mənəvi ziyan vurulmuşdur. Beləliklə, Rəsulov Yaşar Rəsul oğlu və Rəsulova Sahibə Qiyas qızı ümumilikdə mənə 78300 (yetmiş səkkiz min üç yüz) manat məbləğində maddi və mənəvi ziyan vurmuşlar.
Azərbaycan Respublikası Konstitusiyasının 25, 60 və 68-ci, Cinayət Prosessual Məcəlləsinin 12.2, 12.3, 89.2, 181.1, 181.2, 181.2.3, 181.2.4, 181.3.2, 183.1, 183.3 və 187.1; Mülki Prosesual Məcəllənin 2, 9, 149-cu maddələrinin tələblərini əldə rəhbər tutub, Mingəçevir Şəhər Məhkəməsindən 
XAHİŞ EDİRƏM:

Rəsulov Yaşar Rəsul oğlundan və Rəsulova Sahibə Qiyas qızından 78 300 (yetmiş səkkiz min üç yüz) manat məbləğində maliyyə vəsaiti onlardan tutularaq mənim hesabıma köçürülsün.

Ərizəyə əlavə edirəm:

1. Ali Məhkəmənin MK-nın mənə və digər vətəndaşlara qarşı ağır cinayət əməlləri törədən hakimləri Mehparə Tofiq qızı Əhmədova, Əhməd Abbas oğlu Əhmədov və Vəfaddin Ələm oğlu İbayev tərəfindən törədilən cinayət əməlləri barədə baş prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, Daxili İşlər Naziri Ramil Usubov, Ali Məhkəmənin sədri Ramiz Rzayev cənablarına və millət vəkillərinə Abbasov Sakit Bayram oğlunun, hüquqşünas Hüseynov Güloğlanın və digər 8 nəfər vətəndaşın imzası ilə ünvanlanan "İnsan saxta pul hazırladığı kimi, pul da xəyanətkar insan hazırlayır" başlığı altında ərizə və millət vəkili Fazil Mustafanın "Adamyeyən" başlıqlı məqaləsi və polis leytenantı Hüseynov Güloğlanın "Baş Prokuror Zakir Qaralov, Daxili İşlər Naziri Ramil Usubov cənabları niyə susurlar?" başlığı altında raportları dərc olunan 25 iyul-15 iyul 2018-ci il tarixli, 04 saylı "Korrupsiya və qanun" qəzeti.

2. Yuxarıda qeyd etdiyim cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Rəsulov Yaşar Rəsul oğlunun və həmin cinayət işi üzrə şahid qismində dindirilən Əliyev İnayət Xeybər oğlunun, Məmmədova Dilşad Həmid qızının, Məmmədov Xanlar Həmzə oğlunun istintaqa verdikləri ifadələrin surətləri.

3. Bağırova Şəngül Xeybər qızının ölümü barədə şəhadətnamənin surəti.

4. Akif Cumayevin Şəki Apellyasiya Məhkəməsinə ünvanladığı apellyasiya şikayətinin surəti.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28.12.2015-ci il tarixində Bağırova Şəngülə ünvanladıqları cavab məktubu.


İmza:

Cinayət işi üzrə zərərçəkən şəxs Bağırov Ağasalam

Hüquqşünas: Hüseynov Güloğlan

10.08.2018 

Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi

Maddə 183.

Mülki iddianın verilməsi

Maddə 183.1. Cinayət mühakiməsi icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlanadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər.

Maddə 187. Mülki iddianın məhkəmə aidiyyatı

Maddə 187.1. Mülki iddianın miqdarından asılı olmayaraq, ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır.
Bu ədalət mühakiməsidir, yoxsa, hakimlərin özbaşınalığı, Baş prokuror Zakir Qaralov, Məhkəmə-Hüquq Şurasının
sədri Fikrət Məmmədov cənabları?!

Qanunsuz varlanmaq məqsədilə ağsaqqal Bağırov Ağasalam Salam oğlunu öz halal zəhməti ilə illərlə qazandığı pulla aldığı evdə yaşamaq hüququndan məhrum edən Şəki Apellyasiya və Ali Məhkəmənin Mülki Kollegiyasının məsuliyyət hisslərini itirən saxtakar hakimlərinin - Əliyev Rəfail Əyyub oğlunun, Hüseynov Mürbahəddin Mirzaməd oğlunun, Şükürov İmamverdi Həşimxan oğlunun Əhmədova Mehbarə Tofiq qızının, Əhmədov Əhməd Abbas oğlunun və İbayev Vahəddin Ələm oğlunun kobud şəkildə pozduqları, ayaqları altına atdıqları Mülki Məcəllənin 337.1., 337.2., 337.3., 337.4., 1146., 1147., 1149 və 1246-cı maddələri onlardan tələb edir. -

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri.
337. Bu məcəllədə müayənləşdirilmiş şərtləri pozmaqla bağlanan əqd ehtibarsızdır...
337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı anda etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməsi yolu ilə həyata keçirilir.
337.4 Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur.

Maddə 1149. Xaricdə daimi yaşamış şəxslərin mirasının açıldığı yer xaricdə daim yaşamış Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra mirasın açıldığı yer onun yaşadığı ölkə sayılır.

Maddə 1246. Mirasın qəbul edildiyi müddət
Vərəsə vərəsəliyə çağrddığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna vol verilmir.

1. Görəsən, MM-nın bu maddələrinin tələblərini pozmaqla vətəndaş Bağırov Ağasalam Salam oğlunu aldığı evində yaşamaq hüququndan məhrum etməyə yuxarıda adlarını qeyd etdiyim saxtakar hakimləri kim və nə təhrik edib?!

2. Evin alqı-satqı müqaviləsinə 1985-ci ildən RF Sankt Peterburq şəhərində daimi yaşayan Bağırov Fərhad Ağasalam oğlunun əvəzinə imza etməyin qanunsuz olduğunu bilmək və bu qanunazidd hərəkətin qarşısını almaq hüquq təhsili olmayan Bağırov Ağasalam Salam oğlunun, yoxsa, həmin müqaviləni təsdiq edən Mingəçevir şəhəri 3 saylı notariat kontorunun notariusunun vəzifə borcu idi?! Bu sualı da düzgün cavablandırmaq həmin hakimlərin vəzifə borcları idi, lakin....

İş üzrə iddiaçı: Bağırov Ağasalam Salam oğlu

Hüquqşünas: Hüseynov Güloğlan

18.08.2018 [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO