Azərbaycan İdeyası

Azərbaycan anasının südündəki maddələrlə şəkər xəstəliyini müalicə etmək olar...”

Tarix:20-12-2018, 16:03
Baxış Sayı:274

 Azərbaycan anasının südündəki maddələrlə  şəkər xəstəliyini müalicə etmək olar...”

“İngilislər ermənilərin əsir saxladığı Azərbaycan qız və qadınları üzərində qəddar təcrübələr aparıb...”


Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış “Ölüm hüceyrələri” təhqiqat əsərində XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır...

 Azərbaycan anasının südündəki maddələrlə  şəkər xəstəliyini müalicə etmək olar...”

(Əvvəli bu linkdə:http://www.moderator.az/news/251979.html)

“Britaniya İranda 1918-ci ilin mart qırğınlarında ermənilərin əsir və girov götürdükləri azərbaycanlılardan ibarət laboratoriya-düşərgələr qurub...”



Mutasiya olunmuş döllərin doqquz iqlim qurşağı üzrə bölünməsi və yaxud paylanması Sovet İttifaqının Səhiyyə Sistemində yeni mərhələni təşkil etməli idi. Bölgüyə qədər baş verənlər xüsusi qovluqlarda “Tam məxfi” qrifinə salındı.
 Azərbaycan anasının südündəki maddələrlə  şəkər xəstəliyini müalicə etmək olar...”

Azərbaycan xalqı ilə bağlı 1922-ci ilin martın 4-ə olan məlumata baxmaq mümkün olmadı. Nə etməli? Bütün məsələləri yarımçıq saxlamaq, bir az da əvvələ qayıtmaq lazım gələcək. Çünki ortada Azərbaycan millətinin, Azərbaycan dövlətinin qəribəliklərlə dolu olan və açılmayan, oxunmayan tarixi var. Hərbi kəşfiyyat məktəbinin psixologiya kafedrasından qovulmuş və çox möcüzəli şəkildə salamat qalan polkovnik A.B.Dubson (o həm də iki illik hərbi həkim kursunda epidemiya ilə bağlı “Araşdırma kursu”nda təhsil alıb) Kremlə on yeddi səhifəlik məktubunu yazır. Araşdırma materiallarına görə, kəşfiyyat polkovniki Dubson Arkadiy Borisoviç ixtisasca nevropotoloq olub. Ölkənin hərbi-sənaye komplekslərində əsəb sistemi ilə bağlı tədqiqatlarda iştirak edib. Petroqraddakı (indiki Sankt- Peterburq) Psixologiya və əsəb sistemləri fakultəsini, 1921-ci ildə Hərbi Akademiyanı bitirib (Əsas mövzunu yadda saxlayın). Polkovnik Dubson Arkadiy Borisoviç 1921-ci ildə diplomatik işə dəvət olunub, Urmiyyədə, Təbrizdə, Məşhəddə Baş konsul, konsul işləyib.


“İngilis həkimlər elmi təcrübələrdən salamat çıxmayan Azərbaycan qız və qadınlarını düşərgədən azca aralı salınmış qəbiristanlıqda qazılmış çalalara atırdı...”


 Azərbaycan anasının südündəki maddələrlə  şəkər xəstəliyini müalicə etmək olar...”
Məlumata görə, 1922-ci ilin martın 4-də imzalanmış məktubunda polkovnik A.B.Dubson etiraf edir ki, o, işlədiyi ərazilərdə bir həkim psixoloq və nevropotoloq kimi ancaq azərbaycanlı ailələr ilə təmasda olur, onları tədqiq edirdi (?) . Polkovnik yazır:”...Mən işimlə bağlı Təbrizə getmişdim. Yerli camaat orada – Anaxatun və bir az ondan aralı Xacə-Mərcan yaşayış ərazilərində biri-birindən çox da fərqlənməyən, lakin dəmir qapıları olan və tikanlı məftillərlə əhatə olunmuş iki düşərgəni nişan verdilər... Bu adamlar 1918-ci ilin mart qırğınlarında (Ermənilərin Azərbaycanlılara qarşı törətdikləri vəhşiliklər nəzərdə tutulur) əsir və girov götürülmüş azərbaycanlılar idi. Hər iki düşərgəyə ingilislər başçılıq edirdi. Hər iki düşərgənin giriş qapısında bayraq üçün mancanaqlar (tərcümə) asılmışdı. Bütün bunlara baxmayaraq hər iki düşərgəni araşdırmalı, öyrənməli idim. Düşərgələrdəki kiçik elmi-tədqiqat mərkəzləri haqqında ısə ilkin məlumatı Moskvanın Tehrandakı rezidenturasından mayor V.V.Drozdin vermişdi... Bu düşərgələrdə ingilislər bayraqlarını gizlətmişdilər (Farslar düşərgələrə buraxılmırdı). Londondan ezam olunmuş həkim qrupları azərbaycanlı qaçqınlar üzərində bütün istiqamətlərdə tədqiqatlarını davam etdirirdilər...
Mən 1921-ci il dekabrın 25-də MN-nin Hərbi Kəşfiyyat İdarəsinin məsul işçisi polkovnik M.İ.Belkindən məxfi məktub aldım. Məktuba görə, mən düşərgələrdə gedən bütün prosesləri öyrənməli idim. Moskva qarşımda çox ciddi və dövlət əhəmiyyətli bir məsələ qoymuşdu...
“Anaxatun laboratoriyasında hər gün bir azərbaycanlı qadın, uşaq və yaxud həddi-buluğa çatan bir qız üzərində ən qəddar və amansız tədqiqatlar aparılır...”
İngilis həkimləri həmçinin düşərgələrin hər birində kiçik qanköçürmə laboratoriyaları da açmışdılar. Anaxatun düşərgəsində “Harriman qrupu” çalışırdı. Bu düşərgədə Böyük Britaniyadan gəlmiş 16 nəfər həkim genetik-cərrah, psixoloq, nevroloq, embrioloq, toksikoloq... çalışırdı. Xacə-Mərcan düşərgəsi isə daha qapalı idi. Hər iki düşərgə Təbrizin qərbində salınmışdı. Öyrəndiyimə görə, Anaxatun düşərgəsində ancaq qadın və qızlar saxlanılırdı... Elmi təcrübələrdən salamat çıxmayanlar düşərgədən azca aralı salınmış qəbiristanlıqda qazılmış çalalara atılırdı...” Polkovnik A.B.Dubson daha sonra yazır ki, o, hətta Anaxatun düşərgəsinə girməyə cəhd edib və bir neçə cəhddən sonra o, elmi-tədqiqat laboratoriyalarından birinə girib. Aparılan təcrübələrdən alınmış bəzi nəticələrlə tanış olub. Kəşfiyyat polkovniki yazır:”...Mən milliyyətcə yəhudi olan, lakin ingilis adı ilə düşərgə laboratoriyasında tədqiqatlar aparan professor Old Simens Bermen (?) tərəfindən hazırlanmış məlumatların bir neçəsilə tanış oldum... Cərrah stolunun üstündə təqribən 20 yaşlı bir qadın gördüm... Mən onu təsvir etməkdə çətinlik çəkirəm. Professor Bermenin məlumatlarından oxudum ki, onu bu qadının süd vəziləri... daha çox maraqlandırır. Nəticəni sizə yazıram:
“Professor Bermen iddia edir ki, hər bir millətin özünə məxsus ana südü var... Azərbaycan qadınına məxsus ana südü bənzərsizdir. Bu südün tərkibində 16 xəstəliyi müalicə edən, bu xəstəliklərə qarşı güclü immunitet yaradan əlamətlər var. Bu südün tərkibində olan “Letto” maddəsi (mən bu istiqamətdə sorğu apardım. Amma həkimlərimiz bu maddənin nə olduğunu anlamadılar) heç bir millətin ana südündə yoxdur. Bu südün tərkibindəki “hüceyrələrlə” bəşəriyyəti dilemma qarşısında qoyan şəkər xəstəliyini, xromosom zədələnmələrini, ürək-damar və beyin çatışmazlıqlarını... aradan qaldırmaq mümkündür. Ən ağrılısı odur ki, Anaxatun laboratoriyasında hər gün bir qadın, uşaq və yaxud həddi-buluğa çatan bir qız... cərrah stoluna çıxarılır,.. onların əzaları üstündə ən qəddar və amansız tədqiqatlar aparılır... Alimlər azərbaycanlıların beyin yarımkürələri istiqamətində, eləcə də onurğa sütunlarından götürülən “insan iliyi” ətrafında daha çox çalışırlar...”
Mən bütün bunları nə üçün xatırlatdım? Sizə göstərmək istədim ki, azərbaycanlılar üstündə hələ ötən əsrin 20-ci, 30-cu illərində canlı laboratoriyalar qurulur. Və bu canlı laboratoriyaların da “xammalı” elə əsir və girov götürülmüş, qaçaraq canlarını qurtaran... azərbaycanlılar olub. Həkim - polkovnik A.B.Dubson məktubuna davam edərək qeyd edir:”...Mən həkim Bermenin qeydlərində daha ciddi məsələlərə rast gəldim. O, iddia edir ki, azərbaycanlı olan qadının bütöv bədəni yeddi hissəyə bölünmüşdü. İngilis genetik qeyd edirdi ki, o, qadının ürəyini açarkən, o istiqamətdə qeyri-adi məsələlərlə üz-üzə gəlib.
(Haşiyə: Biz polkovnik A.B.Dubsonun laboratoriyadan əldə etdiyi kartotekalar haqqında məlumatları, diri-diri kəsilib, doğranılan, hissələrə bölünən... azərbaycanlı qadın və qızların adlarını, ünvan və kimliklərini açıqlamırıq. Amma güman edirəm, lazımdır. Digər tərəfdən ola bilsin ki, nə vaxtsa ayılıb, özümüzə gələndən sonra, Anaxatun və Xacə-Mərcan ərazisindəki çalalara atılmış insanların sür-sümüklərini axtarıb tapa bilək... Ümüdvaram ki, aramızda eləsi olacaq ki, tapılan bu sümüklərlə... Britaniya Krallığından tutmuş, Ağ Evin qapısınadək, Kremlin divarlarından tutmuş... BMT “sarayları”nadək... hamının qapısını döysün... Hər halda bütün bu ağrılı-acılı səhifələrdən sonra... əsas mövzumuzu yaddan çıxarmayın. Çünki buna nə sənin, nə də mənim haqqım çatır…)
“Yəhudi həkim iddia edir ki, üzərində tədqiqat apardığı qadının ürəyinin üstündə Mələk surətini görüb…”

Məsələn, ingilis genetikin qeydləri arasında rast gəldim ki, 15 saylı “xəstə”nin (hansı ki, həkim Bermen onun üstündə əməliyyatlar aparır, genetik araşdırmalar edirdi) soykökü əslən Bakıdan təqribən 150 km məsafədə olan, Əngəxaran deyilən bir yaşayış məntəqəsindəndir (Əngəxaran Şamaxının kəndidir, Pirqulu yolunun üstündə yerləşir). İngilis həkim Bermen iddia edir ki, üzərində tədqiqat apardığı qadının ürəyinin üstündə vaxtilə Qüdsdə din xadimi olmuş ana babasının çap etdirdiyi “Sorğu piramidası” kitabında təsvir etdiyi müqəddəs və toxunulmaz hesab etdiyi Mələk surətini (şəklini, əksini) görüb... Bermen 43 səhifəlik laboratoriya qeydlərində 17 dəfə bu barədə danışır... O, həmişə bu barədə dediklərinin fərziyyə və yuxu olmadığını iddia edir: “...Mən görmüşəm, görürəm və görməyimdə davam edirəm...”-deyən ingilis həkimi (əslən yəhudi) Bermenə heç kəs inanmaq istəmir. Bermen belə bir məsələnin üstündə də dayanır ki, azərbaycanlı qadının süd vəzilərinin, ana südünün gücü və qüdrəti də elə ürəkdə görünən mələkdədir. Allahın toxunulmaz və müqəddəs saydığı mələyində... Həkim Bermenin qeydlərində oxudum: “...Hələ Allah dünyada heç bir millətin anasına belə bir “hədiyyə”, belə bir “vergi” əta etməyib...”
Bermen bu cümlələri ivrit dilində yazdığından mən onu başa düşdüyüm kimi tərcümə etdim... Öyrəndiyimə görə, Bermen 1922-ci ilin sonlarında bütün bunlarla bağlı Böyük Britaniya Krallığına Lloyd Corc adlı birisinə (?) məxfi məktub yazır və bu məktub da ələ keçir... Sorğularıma görə, həmin məktub ölkənin kəşfiyyat xidmətinin arxivində saxlanılır... Mən onu da öyrəndim ki, artıq 34-cü azərbaycanlı qadındır ki, həkim Bermen və onun qrupu... araşdırır, tədqiq edir. Amma bütün bunlar məni hələ də düşündürür... Nə üçün azərbaycanlı qadınları canlı laboratoriyaların hədəfinə çevrilib? Görünür, daha ciddi məsələlər var... Ona isə mənim gücüm çatmır. Amma Anaxatun və Xacə-Mərcan ərazilərində qurulmuş, insanlıqdan və vicdandan kənar salınmış “genosid ocaqları”nın... törətdiyi cinayətlərlə bağlı bütün Təbrizi, Urmiyyəni, Ərdəbili... nəhayət, Tehranı ayağa qaldıra bilərəm... Mənə cavab verin...”
“Bizim günahsız, kimsəsiz, tənha qalan bakirə qızlarımızdan, analarımızdan nə istəyirdiniz, cənablar?..”
Polkovnik Dubsonun məktubu cavabsız qalır. Amma özümüzdə təpər tapıb Anaxatun və Xacə-Mərcan yaşayış məntəqələrini araşdırsaq, 1918-ci il erməni qırğınlarına məruz qalmış yüzlərlə azərbaycanlının adsız və ünvansız məzarlarına rast gəlmək mümkündür... Polkovnik Dubsonun məktublarında və yaxud “Xüsusi arayış”ında qeyd olunur ki, Anaxatun yaşayış zolağında (şimala tərəf təqribən 250-500 metr məsafədə) Şirvandan qovulan (Şamaxı, Göyçay, Ağsu yaşayış məntəqələrindən) 186 nəfər qadının (Bermenin məxfi kartatekasına əsasən) adsız, ünvansız məzarı var Bizim günahsız, kimsəsiz, tənha qalan bakirə qızlarımızdan, analarımızdan nə istəyirdiniz, cənablar?..

Araşdırma materiallarına görə, kəşfiyyat polkovniki Dubson əldə etdiyi kartotekalarla da bağlı “Xüsusi arayış” hazırlayıb. Şübhəsiz, biz bununla əlaqəli əldə etdiyimiz məlumatları Sizinlə bölüşəcəyik. Mən bunu mütləq etməliyəm..."

(Davamı var)

Təqdim etdi: Sultan Laçın [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb