Azərbaycan İdeyası

TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

Tarix:24-01-2019, 13:08
Baxış Sayı:5 125

TƏHSİL OCAĞI, YOXSA, BARIT ÇƏLLƏYİ?..

MÜƏLLİMLƏR ARASINDA QÜTBLƏŞMƏ YARADAN İSMƏTLİ MƏKTƏBİNİN
DİREKTORU İNDİ DƏ ŞAGİRDLƏR ARASINA TƏFRİQƏ SALIR

Biləsuvar rayonu Xanlar Qafarov adına İsmətli kənd məktəbinin müəllimləri Təhsil Nazirinə ünvanladıqları növbəti ərizənin bir surətini də redaksiyamıza göndərmişlər və açıq formada dərc olunmasını xahiş etmişlər. Sadiq oxucularımız xatırlayarlar, qəzetimizdə bu mövzuda "İsmətli məktəbinin direktoru fironluq edir - 17 müəllim yalan danışa bilməz" sərlövhəsi altında müfəssəl tənqidi məqalə dərc olunmuşdu. Məqalədə məktəbin kollektiv üzvləri direktor Ağamməd İbayevin onlarla həqarətli davranışından, kobud və saymazyana hərəkətlərindən, təkəbbürlüyündən, əsassız tələblərinin onları təngə gətirməsindən, cana doydurmasından şikayətlənmişdilər. Bildirirdilər ki, Ağəmməd İbayev direktor kimi fəaliyyətə başladığı ilk gündən indiyə kimi dəfələrlə saxtakarlıq etmiş, saysız-hesabsız maliyyə pozuntuları törədərək mövcud qanunvericiliyin tələblərini pozmuş və kifayət qədər dövlət vəsaitini mənimsəmişdir. Ayrı-ayrı vaxtlarda məktəbdən çıxıb getmiş müəllimlərin adları hələ də saxlanılaraq onlara qanunsuz əmək haqqı yazılmış və mənimsənilmişdir. Nəinki məktəbdə işləməyən, hətta ərazidə belə yaşamayan, ünvanları hələ də heç kimə bəlli olmayan texniki işçilərə bu günə kimi əmək haqqının yazılması və mənimsənilməsi faktları mövcuddur. Vakant yerlərin nazirlikdən, dərs saatlarının müəllimlərdən gizlədilməsi halları vardır. Dərs bölgüsündə sosial ədalət prinsipi pozulur, qərəzçiliyə yol verilir və s.
Ərizədə göstərilir:
"Cənab nazir, məktəbimizin direktoru Ağəmməd İbayevin direktorluq fəaliyyətinə başladığı 2011-ci ildən indiyə kimi törətdiyi cinayət əməlləri, maliyyə fırıldaqları, "mənəm-mənəmliyi", heç kimlə hesablaşmaması və bu kimi əməlləri barədə Sizə bundan əvvəl də dəfələrlə məktub və teleqramlarla məlumat vermişdik. Bununla bərabər dəfələrlə Təhsil Nazirliyində və Saatlı rayonunda qəbulunuzda olmuşuq.
Hörmətli nazir, göndərilən yoxlamanın araşdırmaları zamanı bütün faktlar bir daha təsdiqləndi. Görülən işlərin nəticəsi olaraq, Rayon Təhsil Şöbəsinin müdiri Balaqardaş Kazımov ona təkcə şiddətli töhmət verməklə öz işini bitmiş hesab etməklə direktoru himayə edir, onun çirkin əməllərini ört-basdır edir. Bir daha nəzərinizə çatdırırıq ki, kor tutduğunu buraxmadığı kimi, direktor indi də öz çirkin əməllərindən əl çəkmək istəmir. Məktəbi müəllimlərini hədələyir, ünvanlarına hədyanlar yağdırır və məhkəməyə verəcəyi ilə qorxudur. Belə ki, məktəbdə baş verən eybəcərliklər buna əyani sübutdur. Bütün bunlar azmış kimi direktor və onun tərəfdarları qatı bir cinayətə əl ataraq şagirdlər arasında təfriqə salmış, onları müəllimin üzərinə (haqsız olaraq) qaldırmağa çalışmışlar. Belə ki, onlar saxta imza toplayaraq müəllim İlhamə Alışanovanı təhdid etmişlər. Çünki İlhamə müəllimə onların saxta əməllərinə qarşı çıxmış və bunların bağışlanmaz cinayət əməli olduğunu bildirmişdi.
Bütün bunlardan başqa, bu ilin noyabrında baş verən xoşagəlməz hadisəni nəzərinizə çatdırmaq istərdik: Məktəbin 11 A sinif şagirdi (direktorun qardaşı nəvəsi) Mətin İbayev məktəbə övladını 1-ci sinifə gətirmiş xanım valideynə qarşı əxlaqsız hərəkəti məktəbdə və kənddə böyük əks-səda doğurmuş, RTŞ-nə bu haqda ətraflı məlumat verilmişdir. Bunları ört-basdır etmək üçün şagirdin adını jurnalda saxlamaqla onu müvəqqəti olaraq qonşu məktəbə göndərmişlər. Onu da bildiririk ki, kənddə son zamanlar bu soyadlarla bağlı tez-tez kriminal hadisələr baş verməkdədir. Bütün bunalar heç də direktoru narahat etmir. Belə olmasaydı, direktorun digər qardaşı nəvəsi İbayev Vüqarın apardığı idman dərsində müəllimin diqqətsizliyi nəticəsində bir şagird digərini xəstəxanalıq etmiş və hadisə rəhbərlik tərəfindən gizlədilmişdir. Bütün bunların fonunda hal-hazırda məktəbimiz hər an partlmağa hazır olan "barıt çəlləyi"nə dönmüşdür. Direktor öz çirkin əməllərini, maliyyə fırıldaqlarını, bağışlanmaz səhvlərini kimlərinsə himayədarlığı sayəsində bu gün də davam etdirməkdədir. Direktora verilən şiddətli töhmət onun etdiyi ağır cinayət əməllərinin qarşılığı ola bilməz və ədalətsiz bir qərar kimi cılız görünür. Təsadüf nəticəsində təhsil sistemində rəhbər vəzifəyə gəlmiş, təhsilimizə ləkə olan bu "fironu" dərhal tutduğu vəzifədən azad etməklə, məsuliyyətə cəlb etməyinizi və haqq-ədalətin bərpa olunmasında bizə yardımçı olmağınızı Sizdən xahiş edirik. Hal-hazırda iş o yerə çatmışdır ki, sabah nələrinsə baş verməyəcəyinə zəmanət vermək çox çətindir. Direktor öz qohumları və əlaltıları vasitəsilə qruplaşma yaratmışdır. Bu da təlim və tərbiyənin keyfiyyətcə aşağı düşməsinə səbəb olmuşdur".
İnanmaq istəyirik ki, "Korrupsiya v Qanun" qəzetinin oxucularının diqqət mərkəzində saxladığı, keçən il həllini tapmayan bu məsələ yeni 2019-cu ilin elə əvvəlindəcə çözüləcək. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Əliyev Adəm 8 yanvar 2019 22:04
  Жалоба     
İt hürər karvan keçər!!! Ağılsız köpəklər ulduza hürər!!!
KEND SAKİNİ 9 yanvar 2019 00:04
  Жалоба     
Xuraman xanım sizin bu qezet cox güluc vezyetdedi inanın.Deyim niye cunki sizin qezetin deyeri size bu meqaleni veren inasanların deyeri ile güluncdur.Qaldı burda exlaqdan dansırsız birinci o müellimlerin axlaqından xeberiz olsun.Metin İbayevin exlaqsızlıgından yazırsız amma bilmirsiz ki o müellimlerin icine elesi varkı olarda Metin İbayev kimi vaxtı ile İsmetli kendinde exlaqsızlıqla mesug olublar.Bezileri ise hec aile bascısı kimi öz ailesinden ilerdi xeberi yoxdu indi siz hansı exlaqdan dansırsız.Derin fikirlesin Metin İbayevin müellim olar olacaqsa Şagirde müellımınden onu göturecek.Qaldı Xuraman xanım size özunuze duzgun pese secin valla.Sizin bu yazınız qadın qiybetine benzeyir.Bu qeder yalan yazmaq inanın size şöhret yox alcaqlıq getirecek.
10b sinif sagirdi 9 yanvar 2019 21:32
  Жалоба     
Bu melumatlar yanlisdi ilhame dersi idare ede bilmediyi ucun sagirdlere qarsi tehqireramiz sozler isletdiyi ucun muellilerin arxasiyca danisdigi ucun sagirdler bezmis onun bu hereketlerine daha dozmeyerek onlara ders deyen "muellimleri" ornek olaraq onlarin etdiyi kimi erize yazmislar lakin tek ferq bu sagirdlerin etdiyinde hec bir bohtan, serh olmamisdir. Daha sonra sagirdler boyukluk gostererek erizeni geri goturubler.
Huseyn Memmedоv 10 yanvar 2019 23:24
  Жалоба     
Ismətlı kənd tam оrta məktəbı haqqında yazını bu yaxınlarda оxudum . Çx maraqlı hadısələr və kədərləndırıcı bu hadısə mənı sarsıtdı.Məktəbın dırektru Ağaməmməd Ibayev 17 müəllımın dedıklərını yalan çıxarır. Axı əsl həqqıqətı,,Kоrrupsıya və qanun,, qəzetının təcürbəlı yazarı Xuraman xanım araşdırıb genış, ətraflı yazısı ılə оxucuları tanış edıb.Maraqlıdır Ağaməmməd Ibayev kımə arxalanıb belə fırоnluq edır.Mən deyərdım kı, Ağaməmməd Ibayev kımı məktəb dırektоrları yüzlərcədı. Təhsılmızı bu hala salan krrupsya ıçındə üzən qоhum -əqrəbəsınə ışə götürən,bır saat da оlsun dərs keçməyən,məktəbə gəlməyən müəllımlərə maaş yazan dırektrlardan belə məktəblər görəsən nə vaxt canını qurtaracaq.Ismətlı məktəbının müəllımlərı səbırlı оlun 2019-cu ıl sızlərə düşərlı оlar.
Hüseyin 11 yanvar 2019 09:37
  Жалоба     
Güzgü senin eybecerliklerini gösterirse,güzgünü sindirma sehvlerini düzeld.
Xuraman Xanim ise bizim deyerli jurnalistimizdi
Tural 11 yanvar 2019 13:57
  Жалоба     
Nece yeni Xuraman xanim arastirib yazib 17 nefer adindan yaazilan yazinin eynisi tanimadigi bir muellim haqqinda sifarislle yayinlayib .bunu ozude ilk basda yazib .
Huseyin Memmedov mentiqsiz yazmisan deyilmi ?
Nicat 11 yanvar 2019 14:33
  Жалоба     
Hüseyn Məmmədov birincisi direktorun adını düzgun yaz, ikincisi bilmediyin şey haqqında danışma, üçüncüsü biz arxalanırıq, İmam elinin dediyi kimi haklı olduğun zaman hec kimsəyə boyun əyməyəcəksən. Hüseyin Memmedov tanımadığın biri barədə bilmediyin məlumatı yazma ....

İnsan hər zaman onu yaradan allahina arxalanmalıdır!!!
KƏND SAKİNLƏRİ 11 yanvar 2019 16:15
  Жалоба     
Əvvəla 17 yox, 12 nəfər qalıb artıq. Elə bir vəziyyətdədirlər ki, indi bu quruplaşmadan ayırlmaq istəyəni söyüşlə qurupda saxlamağa çalışırlar. Yəni qurupdan ayrılana söyüş qoyublar. Məktəbin texniki işçi qarışıq 65 nəfər işçisi var. Yəni məktəb kollektivi bu 12, sizin sayla desək lap 17 nəfərdən ibarət deyil. Bu nahaqq yazışmadan sonra məktəbdən yoxlamalar əskik olmur. Yoxlamalar artıq adi hal almışdır. Gələn yoxlamalar da yazılan faktların heç birisini aşkar etməmişdir, faktlar təsdiqini tapmamışdır. Məktəb kollektivinin qalan 48 nəfəri lazımı orqanlara öz imzası ilə imzalanmış məktublar göndərmiş və bundan sonrada göndərəcəkdir. Lazım gələrsə biz kənd sakinləri də bu tədbirə qoşulacağıq. Ağamməd müəllim çox alicənab, savadlı, mədəni, öz işini layiqincə yerinə yetirən bir direktordur. Bizim fikrimizcə də artıq Təhsil Nazirliyi bu məsələyə bir aydınlılq gətirməlidir. Bizə belə savadsız, təfriqə salan, şər-böhtan atan, nərdivana DIRMAŞENKO (rus dili müəllimi rus dilində) deyən, ibtidai sinifin misal məsələlərini riyaziyyat müəllimlərinə həll etdirən müəllimlər lazım deyil. Bunlar bu məktəbdən dərhal parçalanmalıdır.
HÜSÜYN İbayev 11 yanvar 2019 17:36
  Жалоба     
Hüseyn Memmedov men özume cox utanc bilirem sene cavab yazmagı çünki sen kisi olsan yalan yazmazsan ve savadsız Xuraman xanımı savadı ile terfleyirsen.O savaddan Xeberi olmayan Xuraman Dövletimizin Huquq iscilerini şerleyen qadındıda.O,Xuraman xanım qezeti dövletin qara siahide olan Xuramandır.Hansı savaddan dansırsan Huseyn Memmedov.Özunu Tülküüü simasına qoyma kisi ol kisi kimi düz danıs.sen o müellımlerden birisen öz adından qorxursan yazmaga Tülküü Hüseyn Memmedov .Men HÜSÜYN İBAYEV seni basa sala bilerem ki sen yalancı , yaltag, Tülkünün birisen.Bu da menim nömremdi 051 4357465 sözun varsa zeng edersen sene kiminse haqqına girmemeyi,kiminse savadı olmadan ona savadlı demeyini ve en önemlısi kisiye yarasmayan yalan danısmagını sene basa salaram.
Eldeniz 11 yanvar 2019 19:51
  Жалоба     
Xuraman xanım sizin qələminizə qüvvət versin.Xuraman xanım sizin kimi sözünü deyen jurnalistlər azdır.Qaldı bu məktəbin məsələsinə yazdığlarınız tamamilə doğrudur.Sizin bu məktəb barəsində yazdığlarınız digər məqalənizi oxumuşam.Mən orada işləyən 17-di müəllimə deyərdim haqq və ədalət sizinlədir.Belə direktorların məktəbdə işləməyə haqqı yoxdur.Bütün faktlar yoxlamalar tərəfindən yoxlanılıb və 17-di müəllimlərin dedikləri faktlar təsdiqini tapıb.Direktor Ağamməd İbayev şiddətli töhmət almış.İnşallah qələbə haqqın tərəfindədir.
Nicat 11 yanvar 2019 20:11
  Жалоба     
Eldəniz!! Kişisənsə öz adını yaz ya da sakit qal. Sözün də varsa zəng et 365/ 24 saat açıqdı.bezdim yorum yazmaqdan. Dahi mütəfəkkir Nəsrəddin Tusinin dediyi kimi, insanın vicdanı onun ilahi namusudur. Vicdanı olan şəxs şər atmır.Şər atanlar isə şərəfsizlərdir.Zəng etmek istəsən amma öz adinla)) et gözləyirəm Nömrəm:070 743 10 15 cürət et
Elnur 11 yanvar 2019 20:41
  Жалоба     
Nicat çalış qəbul et həqiqətləri.Əgər qəbul ede bilmirsense direktora yaxınsansa öyrən.Töhmət veriləndə barışmaq lazım.Töhmət düz işləyənə verilmir işində namusla işləməyənə verilir.Sendə görünür onun şagirdi olmusan.
Nicat 11 yanvar 2019 21:05
  Жалоба     
Mən yazdıgım sözləri izah ede bilere. Zeng et!!! Get Təhsil Şöbəsinə Şikayet erizesine verilen resmi cavabı oxu.Töhmət almağın namusla işləməyə aidiyyatı yoxdu bilmek istəyirsənsə.Hüqua mühafizə işçilerine həmçinin əmək məcəlləsi ilə tənzimlənən bütun işlərdə cəza tədbiri kimi töhmət tətbiq edilir, indi sən töhmət alanlara namussuz deyirsən.Öz aramizdı zadnı səndə yaman işləyir.Cürətin varsa zeng et ya da .........

Özünüze söz vermişdiniz İbayev Agamməd işləsə kişi deyilik, nə oldu bəsss))))
Tural 11 yanvar 2019 21:13
  Жалоба     
"Nicat brat bunlarla direşme vallah deymez. uzaqdan cox gulunc gorunurler. sen hecne basa salabilmezsen bunlara. men azdan coxdan taniyiram esitmisem bu mullimler haqqinda "
Nicat 11 yanvar 2019 21:15
  Жалоба     
Elnur tanıdim seni)) Kriminalistikada insanın üç çur əlaməti var. Onlardan biri xüsusi əlametdir və xüsusi əlamətlərə insanın nitqidə aiddir. Danışıgın səni ələ verdi "mellim"))) zəng et danışaq ne de olsa ders deyibsən o adla bu adla yazib tülküluk etmə. Hərəti Elinin gözel kelamlarından biri əgər müəllim şagirdler arasinda ayrı seckilik edirsə, bir gun şagird ...... zeng et qalanin deyim
Şahin 11 yanvar 2019 21:53
  Жалоба     
Onda görünür bunlar Regional idarenin yoxlamasinin neticesi barede verdiyi qerardan xebersizdiler,yeqin 17müellim saxda atestat satmışlar kim haqqi görün denirse...o adamlar münafiqlerdi
Babək 11 yanvar 2019 21:55
  Жалоба     
Xuraman xanım siz tam doğru qeyd etmisiniz.Belə bir deyim var soğan yeməmisen için niyə göynəyir.Bu müəllimlər şər atsaydılar RTŞ-si bütün faktları təsdiqləyib Təhsil Nazirliyinə göndərib.Sizə tşk edirik ki,haqqı nahaqqa vermirsiniz.Siz hər bir işinizdə qələbə qazanmısınız.
Emil 11 yanvar 2019 22:14
  Жалоба     
Kuze içindekileri sizdirar,Xuraman Xanim bele fikirler sizi narahat etmesin her kes öz medeniyyetin gösterir,haqqi sözün deyeni Allah qoruyar
Əli 11 yanvar 2019 22:16
  Жалоба     
))) ay yay yay. Bratim deyir"Niye zeng etmirsen kişiliyin catmir.Adin yoxdu sənin dedim axı tanidim seni niye ferqli adlardan yazirsan. Öz aləmində guya fikri yayindirırsan "qoca uşaq")))"
Kəramət maarif 11 yanvar 2019 22:48
  Жалоба     
Çalışmaq lazım həqiqətləri qəbul edesiniz.Sizə aid olmadısa burada yazılanlar buyurun gəlin RTŞ şöbəsinə.Düzdür Ağamməd İbayev direktor işlədiyi 8 il müddədində ciddi nöqsanlara yol vermiş.Qanunsuz işləri çox olmuş.Daha buna göz yuma bilməzdik.Saxta atestat satdığı təstiqini tapmış.Qanunsuz işçilər götürmüş bank kartları direktorun otağından çıxmış.Bu cəzasız qala bilməz.Xuraman xanımda doğru və dürüst yazmış.
Valideyn 11 yanvar 2019 22:49
  Жалоба     
AYIBDIE VALLAH DIREKTORLUQ NE VEZIFEDI E BU 17 NEFER EL AYAGA DUSUB . SOZUN SIKAYET EDENLERIN ICINDE HEC DUZ EMMELI BASLI BIR UNIVERSITET QURTARANDA YOXDU . USAQLARADA DUZ AGILLI BASLI GELECEKDE ISLERINE YARAYACAQ NESE OYRETMIRLER. TARIX MELLIMIDI TARIXDEN XEBERI YOXDU , RUS DILI MUELLIMIDI RUSCA BILDIGI BIR SEY YOXDU HAMISI OZEL DE ORDA BURDA ,ADI UNIVERSITETDE GEDIB OZU AZERBAYCANDA OLMAYA OLMAYA DIPLOM ALAN, TEXNIKUM BITIREN ADAMLARDI .INDI HAQDAN EDALETDEN DANISIRLAR ESIL OLAN TEHSIL VERMEK LAZIMDI USAQLARA ONUDA ETMIRSINIZ . NE HAQLA SAVADLI , ALICENAB , USAQLARA ELM OYREDEN MEKTEBDE DUZGUN REJIM YARADAN BIRININ ISDEN CIXMAGIN ISTIYIRSINIZ.
SIZLERDEN BIRI DIREKTOR OLSA VAY O MEKTEBIN USAQLARIN HALINA HECNE TELEB ETMEZSIZ.BURAXARSIZ BASDI BASINA OZUNUZDE TINDE SOHBET EDERSINIZ)))
Eldeniz 11 yanvar 2019 23:15
  Жалоба     
17-di müəllim savadsız olsaydılar bu qədər faktı təsdiqləməzdılər.Görünür savadınız çatmadı ki,qadını gecə qarolçusu kimi işə götürdü direktor dediyiniz Ağamməd.Bu qədərdi onun savadı?))))
Namiq 11 yanvar 2019 23:46
  Жалоба     
Yeqin sen 8 ildi isleyirsen xeberin yoxdu ne vaxtdan qadin orda işleyir. yoxsa bele danisa bimezdin . Daha once ise qarolcu olaraq evvelki direktor terefinden goturulmusdur . Ağamməd muellimde kimseni isden cixarmamisdir .
Birde ki qadin islese ne olar . senin dunyadan xeberin yoxdu qadinlar dunyanin her yerinde polis,herbiçi ,security olaraq isleyir . demek senin savadin o qeder deyil bele basa dusursen
Kend sakini 12 yanvar 2019 00:15
  Жалоба     
Ismetli mektebi baresinde yazilanlar hamisi ag yalandir ,bu deyilenlerin hamisi sadece quru ,subutu olmayan ,esassiz ittihamdirlardir.ayib olsun o insanlara ,ar olsun ki tanimadiglari bir ziyali haqqinda bu cur sozler isledirler vallah,,eslinde 17 nefer deyil ,evveller siralari indikinden cox olsa da hal hazirda onlarin sayi asagi enib .Bilirsiz niye cunku onlar ag yalan ,bohtan ataraq ozlerinden ferqli olaraq mekteb direktoru terefinden merhemet gorduler ve belelikle yatmis vicdanlari oyandi nehayet ki peshiman olaraq tutduglari emelden geri cekildiler.(Eslinde pesiman olmaq gozel hisdir,bunu da gerey bacarasan ,elbette ki bu pesimancilig isin xatirine,isin dusecek deye yalandan ozunu pesiman olmus kimi deyilse)
Her diplom alib ,eline jurnal goturub sinf otagina girene muellim deyilmir .Hemin bu dirnaqarasi dediyiniz muellimler ozleri cirkab icinde ola -ola telim terbiyeden den vururlar .Hemin o muellim dedikleriniz artig kendde sakinler ,mektebde sagird kollektivi terefinden ozlerinin de xeberi olmadan mesxereye qoyulublar,artig onlarin haqqinda gozel anektodlar da yaranib .onlarin bezileri gece de evlerinde qeara tutmayib artig pis verdis alaraq kuce itleri kimi sumsunurler ki,hansi iyrenc varianta el atsinlar ,neyin bahasina olur olsun sozun esl menasinda gozel ziyali olan Agammed muellimi isden azad etsinler,amma bu bas tutmayacaq ,eziyyetleri ozlerine qalacaq.Agammed Ibayev uzun iller nece nece savadli kadrlar yetishdirmis,esl ziyali kimi taninmisdir her yerde.bes siz neynemisiz ay savadsiz ,bicareler yaziglar olsun size ,belke cemiyyetimize ,dovletimize her hansi bir xryriniz deyib ,ya savadli kadr vermisiz ,deyin deyin bilek ve Xuraman xanimin da oxuculari sizin barenizde melumatlari olsun da bir azca...ayy deyer vermeyen deyersizler sizin meqsediniz mekteb direktorunun emeyine ,mektebde,kendde,Bilezuvar ziyalilari arasindaki hormetine kolge salmaq ,qara yaxmaqdir ,,ayib olsun esl heqiqeti gormeyen baxar korlara ,adi cekilen mekteb daim sayilib secilen mekteb olub ugurlarina gore ve belede olacaq ,eminem ki haqq edalet berqerar olacaq ,kimin yalan kimin duz oldugu uze cixacaq ...
Kənd sakini 12 yanvar 2019 11:58
  Жалоба     
Haqq edalet yerini tutub ki,bu qeder şikayet etmelerine ramen Ağammed m hele de yerindedi.Nazirlik de mehkeme de bunu tesdiqeyib qerarlarıyla.o qerarlar üzerinden yene de şikayetlerin davam etmesi o "çox savadlı müellimlerin" dövletin nazirliyine mehkemesine hörmetsizliyinin göstericisidi. Dövlet orqanın tanımıyan ona qarşı çıxmış sayılır

Tural,qaqaş,özünü yorma bular onsuz sınmaqdan bezmiller.aylardı davam edir.özleri de yaxşı bililler eledikleri faydasızdı.ancaq söyüş meselesi var ortada.isteyenler de geri çekile bilmir )))
Elgün 12 yanvar 2019 15:37
  Жалоба     
Hüseyn Memmedov adıyla yazan senin çox hörmetli jurnalistin ne vaxt geldi araşdırdı yazdı? O jurnalistin burda baş verenlerden ümumiyyetle xeberi yoxdu.Sadece mektubdu yazmısız,o da pulunu alıb "kiminse" xahişile meqale kimi çap eliyib. Hüseyn Memmedov sen qayıt 1özüne bax.sende günah yoxdu e,seni terbiye eliyen mektebin o küncünde bu küncünde başqasına quyu qazıb qiybetini eliyende oğlu da senin kimi olacaqdı da. He yeri gelmişken bu meqaleni de paylaş fb sehifende.sora qorxub silersen )))

Keramet maarif adıyla yazan.sözüm senedi. Düzünü de yazdıqlarını yuxuda görmemisen? Ya da ki xeyallarındı yazmısan bura.
)))
Samir 12 yanvar 2019 16:05
  Жалоба     
Hörmetli,Ağammed İbayev.siz özünüz oxumasaz da bunları etrafınızdakıların bunu size çatdırmalarını xahiş edirem. Siz bizim müellimimiz olmusunuz.sizin kimi alicenab,savadlı işini bilen 1insanı yalnız tanımayanlar ve gözü götürmeyenler tenqid ede biler. Hamı sizi de tanıyır onları da.ehemiyyet vermeden işinize davam edin.temkininizi pozmuyun. Siz şerefli vicdanlı insansız,yeni siz onlarla eyni dilde danışmırsız deye sizden yazıllar. Boş verin,ne qeder yazıllar yazsınlar.sirke tünd olanda öz qabını çartladır. İstiyir 100lerle bele meqale yazsınlar,sizin şexsiyyetinizden heç ne eskilmir.eksine onların qeyri insani reftarları müqabilinde onlara qarşı medeni davranışınızı pozmadan münasibet sergilemekle hem müellim hem şagird hem de kend camaatının rayon ictimaetinin gözünde ucalırsız. Allah sizin kimi gözel insanları savadlı müellimleri qorusun.
Guler 14 yanvar 2019 14:46
  Жалоба     
Mənfi rəy yazanlar siz düzgün etmirsiz bu yazilarinizla,her halda mənfi rəy yazsanizda sizi maraqlandirir bu qazet ve oxuyursuz.Mən Korrupsiya ve qanun qezetinin oxucusuyam və Xuraman xanim kimi ikinci bir məsuliyyətli, sozune cavabdeh olan, qərəsiz və vicdanlı jurnalist tanimiram. Hemise calişib sade insanlarin problemıerin ictimailesdire, komek ede onlara.
Gelin hormetle yanasaq Xuraman xanimin əməyinə, ədalet ugurunda aparilan cəkdiyi əziyyete
Nuran 14 yanvar 2019 18:12
  Жалоба     
Güler xanım,Xuraman xanımı bilmeden pulunu alıb meqaleni yazıb.meselenin mahiyyetini bilmeden.getsin araşdırsın.görsün yazdıqları heqiqete uyğundurmu.ondan sonra yazsın.
Guler 14 yanvar 2019 20:00
  Жалоба     
Hormetli Nuran bey, mektebin muellimlerine ne dusub yalandan muraciet etsinler Tehsil Nazirliyine?Gorun mesele ne yere çatıb ki, pik nöqtesindedi ki Nazirliye muraciet edibler.
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.