Azərbaycan İdeyası

Gəncləri hərbi hissələrə göndərəcəklər

Tarix:4-11-2015, 14:01
Baxış Sayı:496

Azərbaycanda hərbi-vətənpərvərlik düşərgələri təşkil ediləcək, məktəblilər, yeniyetmələr, gənclər hərbi hissələrdə təlim keçəcəklər.
"Korrupsiya və Qanun" qəzeti Milli.Az-a istinadən xəbər verir ki, bunu Gənclər və İdman nazirinin müavini İntiqam Babayev deyib.
Nazir müavini bildirib ki, vətənpərvərlik tərbiyəsi sahəsində həm Gənclər və İdman Nazirliyi, həm də digər dövlət və ictimai qurumlar tərəfindən kifayət qədər tədbirlər həyata keçirilir: "Biz vətənpərvərlik deyəndə, ilk növbədə, hərbi vətənpərvərliyi nəzərdə tuturuq. Çünki müharibəyə cəlb olunmuş, ərazi bütövlüyü pozulmuş ölkəyik. Ona görə də bu günə qədər mövcud olan ənənəvi hərbi-idman yarışlarının əsasnaməsi hər il dəyişir. Yəni hər il ötənilkindən fərqli olaraq müəyyən düzəlişlərlə onların daha da müasirləşməsinə diqqət yetiririk. Bunlar, ilk növbədə, "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarıdır. Burada söhbət keyfiyyəti qorumaqla yanaşı, kəmiyyətin artırılmasından gedir. Bu yarışların kütləviliyinə mütləq ehtiyac var. Çalışırıq ki, Müdafiə və Təhsil nazirlikləri ilə birgə bu oyunlarda iştirak edən məktəblərin əhatəsini və məktəblilərin sayını daha artıraq və bu işi mütəşəkkil edək.
İ.Babayevin fikrincə, vətəpərvərlik təkcə hərbi deyil, həm də Azərbaycan dilinin, onun tarixinin və mədəni irsinin təbliğidir və bu gün buna böyük ehtiyac var: "Çünki biz qlobal dünyanın bir parçasıyıq. Bəzən deyirlər ki, qloballaşmaya qarşı çıxmaq lazımdır. Əslində bu gülüncdür. Çünki qloballaşmanın lehinə və ya əleyhinə olmağımızdan asılı olmayaraq o, hər yeri əhatə edir və biz də onun içindəyik. Bu, insanların xarici görünüşündən tutmuş həyat və düşüncə tərzinədək hər şeyə öz təsirini göstərir. Aydındır ki, gənclər nisbətən daha müasir olduğuna görə, onları boz bir auditoriyaya toplamaq, hansısa alimin tribunaya çıxıb vətənpərvərlik və ya tarix haqqında mühazirə oxuması ilə vətənpərvər etmək qəliz məsələdir. Zalda oturanların bir qismi, bəlkə də, özünə hansısa tarixi faktları, rəqəmləri qeyd edə bilər, amma digər tərəfdən, mühazirəçi köhnə dəblidirsə, bir müddətdən sonra gənclərin əli ilə sosial şəbəkələrin "qəhrəmanı"na çevriləcək. Gənclərə heç kim qadağa qoya bilməz ki, sən bu tədbiri mütləq bəyənməlisən. Deməli, həyata keçirilən layihələr interaktiv olmalı, öz hədəflərimizə müasir gəncin marağını gözləməklə, onların nəbzini tutmaqla çatmalıyıq". [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb