Azərbaycan İdeyası

Dayanacaqların yerini dəyişirlər, ancaq kart yükləmək üçün aparatları unudurlar...

Tarix:28-01-2019, 14:52
Baxış Sayı:233

 Dayanacaqların yerini dəyişirlər, ancaq kart yükləmək üçün aparatları unudurlar...


Dayanacaqların yerini dəyişirlər, ancaq kart yükləmək üçün aparatları unudurlar...

"Bu hal əslində idarəetmənin yaxşı təşkil olunmamasının nəticəsidir”
Sfera.az-a açıqlamasında bu sözləri Bakının bəzi yerlərində bir aydır avtobus dayanacaqlarının yerini dəyişsələr də, kart yükləmək üçün terminalların hələ də quraşdırılmamasına münasibət bildirərkən iqtisadçı ekspert Natiq Cəfərli deyib:
"İdarəetmə doğru-düzgün təşkil olunsaydı, avtobus dayanacaqlarının yeri dəyişdirilərkən, bu barədə qərar verilərkən artıq orada kartların yüklənməsi üçün infrastrukturun qurulmasına da paralel başlanılmalı idi. Deməli, bu baş verməyibsə, idarəetmədə qərar verənlərin öncədən planlaşdırmalarında ciddi problemlər var. Kifayət qədər aydın məsələdir ki, hər hansı bir dayanacağın yerini dəyişdirməklə bağlı qərar verilirsə, o zaman infrastrukturla bağlı da qərar verilməlidir. İnsanlar heç bir halda kartların yüklənməsi prosesi, dayanacaqların yerinin dəyişdirilməsindən öncədən məlumatsız olmaqla əziyyət çəkməməlidirlər. Yəni bununla bağlı öncədən planlaşdırılmış şəkildə iş qurulmalıdır ki, sonradan belə hallar yaşanmasın. Amma təəssüf ki, bu sahəyə nəzarət və qərar verənlər ya kardinal şəkildə çalışa, ya da öncədən işlərini planlaşdıra bilmirlər. Bunun əziyyətini isə həmişə olduğu kimi, vətəndaş çəkir”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev isə ola bilər bəzi yerlərdə hansısa təmir işlərilə bağlı olaraq terminalların müvəqqəti olaraq götürüldüyünü və təmir başa çatandan sonra onların yerlərinə qaytarılacağını bildirdi. Həmçinin o əlavə etdi ki, burada onlayn ödəmə sisteminə keçiddən sonra bu sayaq narahatlıqlar da artıq olmayacaq:
"Bakı şəhərinin bütün metrostansiyalarında "Bakıkart”a məxsus 148 ədəd ödəmə terminalları var. Avtobus dayanacaqlarında isə Bakıkarta məxsus 51 ədəd ödəmə terminalları vardır. Bundan əlavə, 188 ədəd "Milliön”ə aid ödəmə terminalları quraşdırılıb. Ola bilər bəzi yerlərdə hansısa təmir işilə əlaqədar "Milliön” terminalı götürülüb. Amma bütün hallarda onlar da sonda gətirilib yerinə qoyulacaq. Sadəcə, terminallarla bağlı problem ondadır ki, kartdan istifadə edən vətəndaşlarımız balansı planlı şəkildə doldurmurlar. Hər gün metro və avtobusdan istifadə edən vətəndaş birdəfəyə 20-25 manat balans vursa bir ay ərzində kartı doldurmaq üçün daha başqa yerlərdə terminal axtarmaq məcburiyyətində qalmayacaq. Həmin problemin aradan qaldırılması üçün düşünürük ki, ilk növbədə kart sisteminin əhatə dairəsini genişləndirək. Bu iş də cari ildə həyata keçəcək. Ondan sonra onlayn ödəmə sistemini də istifadəyə verəcəyik. Bu baş verdikdən sonra düşünürəm ki, belə narahatlıqlar da aradan qalxacaq”.
Qeyd edək ki, bir aya yaxındır ki, şəhərin müxtəlif yerlərində avtobus dayanacaqlarının yerini dəyişiblər. Amma bu günə qədər həmin yerlərdə kart yükləmək üçün terminallar quraşdırmayblar. Nəticədə insanlar ictimai nəqliyyatdan istifadə etmək üçün kart yükləmək imkanından demək olar ki, məhrum olurlar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO