Azərbaycan İdeyası

Əli Kərimlinin xəyanət kartları

Tarix:1-02-2019, 16:12
Baxış Sayı:505

 Əli Kərimlinin xəyanət kartları


Xəyanətlər açıldıqca…

Atalar gözəl deib: haqq nazilər, amma üzülməz. Deyəndə ki, Əli Kərimli xəyanətkar, satılıb-satan, Vətən xainidir, irad tuturlar. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən növbəti baxış iclasında şahid qismində dindirilənlərin verdikləri ifadələr, bir daha AXCP sədri Ə.Kərimlinin xarici qüvvələrin göndərdiyi maliyyəni əldə etmək məqsədi ilə ölkədə təxribatlar törətmək istəyini sübuta yetirir. Məhkəmə iclasında dindirilən şahidlər Elçin Əsgərbəyli, Cavid Məsimli, Tural Mehdixanov və Cavanşir Abışov AXCP sədrinə maliyyə vəsaiti toplanıldığını və bu pulların Ə.Kərimliyə çatdığını bildiriblər. Ən əsas məqam isə, AXCP sədrinə Rusiyada da toplanılan vəsaitlərin qanunsuz yollarla Ə.Kərimliyə çatdırıldığı da bildirilib.

Növbəti düyün... AXCP və "Milli Şura"da ara qarışdı

2013-cü ilin prezident seçkiləri ərəfəsində Rusiyada hazırlanıb, Bakıya ixrac edilən "Milli Şura"nı Rusiya vətəndaşlığı olan kinorejissor Rüstəm İbrahimbəyov gətirsə də, onun bu ölü quruma sədrlik etməməsi, satqınlığını bir daha ortaya qoydu. Yaranmış vəziyyətdən istifadə edən Ə.Kərimli "Milli Şura"nı AXCP-nin bir şöbəsinə çevirdi. Anlaşılan bu idi ki, Kremldəki bəzi dairələrin himayəsi ilə yaradılan bu qurumun bağlantıları Kərimliyə çox lazım idi. Həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, məlum olub ki, Azərbaycan Xalq Cəbhəsi Partiyası adlı qurumun funksionerlərindən Ə.Kərimli, Qənimət Zayidov, Saleh Rüstəmov, Vidadi Rüstəmli, Aqil Məhərrəmov, Ruslan Nəsirov, Babək Həsənov və digərlərinin Bakı şəhər sakinləri Ceyhun Hüseynov, Rauf İsgəndərov, Heydər Əhmədov, Tural Mehdixanov və qeyrilərinin üzv olduqları qurumun respublikamızda və xaricdə dövlətimizə, dövlətçiliyimizə və milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətmələrinə dair kifayət qədər sübutlar toplanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumatda, daha sonra bildirilir ki, çevrəsinə pul kələyi axmasına adət etmiş Ə.Kərimli Rusiyadan gələn külli miqdarda vəsaitlə bağlı ənənəsinə sadiq qalıb. Cəbhəçilər də təsdiqləyib ki, Rusiyadan hər ay AXCP-yə, 30 min dollar pul gəlib. Ancaq Ə.Kərimli bunun hesabatını saxta şəkildə verərək bildirirmiş ki, guya hər ay Rusiyadan ona 500, bəzən 1000 dollar məbləğində dəstək gəlir. Həmçinin, məlum olub ki, Moskvadan hər ay "Milli Şura" və AXCP adlı qurumlara nə az, nə çox - 412 min dollar vəsait daxil olub. Faktlar üzə çıxdıqca funksionerlər heyrət və qəzəb içindədir. Hətta funksionerlərin çoxu Ə.Kərimlinin bu maliyyə maxinasiyaları haqda açıq danışacağı və sosial şəbəkələrdə məlumat verəcəyi də bildirilir.

Eynulla Fətullayev: "Ə.Kərimli və cəbhəçilər quduz oğru itləridir"

Jurnalist Eynulla Fətullayev özünün «facebook» hesabında AXCP sədri və onun tərəfdarlarına həsr etdiyi statusda maraqdoğurucu iddia ilə çıxış edərək bildirib ki, Ə.Kərimli və digər murdar cəbhənin virusları oğru itlərdir: "Bu siyasi cinah öz murdar mahiyyətini ortaya qoyur. Məncə, günahkar Ayaz Mütəllibovdur. 1992-ci ildə bu nadan siyasi kütləni quduz itlər kimi güllələsəydi, Azərbaycan siyasətindən belə üfunət gəlməzdi... E.Fətullayev, həmçinin, 19 yanvar mitinqinin sonra AXCP sədri Ə.Kərimlinin sosial şəbəkələrdə ABŞ-da yaşayan xəyanətkar Sevinc Osmanqızının verilişindən xalqı iqtidarın deyil, müxalifətin mətbuat orqanlarını oxumağa çağırışı və sərt status paylaşdığını deyib: "Bax, budur, satqınçılıq, xəyanətkarlıq, riyakarlıq və nəhayət, həyasızlıq. Heç də 20 il ərzində dəyişməyən iyrəncilik, alçaqlıq. Bir də bu alçaqları Azərbaycan siyasətindən, Azərbaycan məmləkətindən təmamilə silmək lazımdır! Suriyada müharibə alovunu da bu cür vəhşi kütlə törətdi. Bu murdar kütləyə tarixdə 2-ci şans verilməməlidir. Vəhşi siyasi qüvvəni hakimiyyətə buraxmaq olmaz!!!Əgər siz düşünürsünüzsə ki, bunlar bədxahlıqlarınızın hamısıdır, bərk yanılırsınız. Hələ daha nələr var..."sia.az [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı