Azərbaycan İdeyası

BDU-nun tələbəsi "donuz qripi"ndən ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ

Tarix:8-02-2019, 15:20
Baxış Sayı:242


BDU-nun tələbəsi "donuz qripi"ndən ölüb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNDİ



Səhiyyə Nazirliyi Nərdanə Tağızadənin ölüm səbəbi ilə bağlı məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, Nərdanə Şirvan qızı Tağızadənin leptospiroz infeksiyasından dünyasını dəyişməsi aparılan lobarator müayinələrin nəticəsində öz təsdiqini tapmayıb.
“Bu infeksiya haqqında məlumat daxil olan kimi, Səhiyyə Nazirliyi məsələni xüsusi diqqət altına alıb. Dərhal mərhumun evində bütün lazımi müayinələr aparılıb.
Qeyd edək ki, leptospiroz çox nadir rast gələn bir xəstəlikdir. Bu infeksiya xəstə heyvanların ifrazatları ilə çirklənmiş ətraf mühit vasitəsilə yayılır. İnsandan insana keçmir. Aparılmış epidemioloji araşdırmalar və laborator müayinələr nəticəsində xəstəlik təsdiqini tapmayıb”.
Məlumatda bildirilib ki, ölümün əsas səbəbi mərhumun dünyasını dəyişdiyi tibb müəssisəsinin rəyində açıqlanıb.

****

Bakı Dövlət Universitetinin birinci kurs tələbəsi Nərdanə Tağızadə dünyasını dəyişib. Məlumata görə, ağır vəziyyətdə olarkən yerləşdirildiyi klinikalardan birinin həkimləri onun H1 N1 (donuz qripi), daha sonra isə leptospiroz virusundan vəfat etdiyini deyiblər. Ancaq ölüm kağızında onun ağ ciyər və ürək çatışmazlığından dünyasını dəyişdiyi yazılıb.
Nərdanə Tağızadənin təhsil aldığı Bakı Dövlət Universitetinin Tarix Fakültəsindən Publika.az-a verilən məlumata görə, qızın ölüm səbəbi onlara məlum deyil:
“Nərdanə bu il ali məktəbə daxil olub. Bu semestr imtahanlarının ikisində iştirak edib, sonrakı imtahanlara gəlməyib. Buna görə də ailəsi ilə əlaqə saxladıq, vəziyyəti öyrəndik. Lakin ölüm səbəbi barədə heç bir məlumatımız yoxdur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO