Azərbaycan İdeyası

ASTARA: EVİ YIXILMIŞLARIN QƏZƏNFƏR AĞAYEVDƏN GİLEYİ

Tarix:9-04-2019, 15:35
Baxış Sayı:310

Astara rayonunun Ovala kənd sakini Baxşıyev Bəhruz Qiyas oğlu redaksiyamıza müraciət edərək, 2015-ci ildə baş vermiş təbii fəlakət (Cənub bölgəsinə düşən güclü leysan) zamanı qəzalı vəziyyətə düşən evlərinin 2018-ci ilin avqust ayında təkrarlanan zəlzələdən sonra isə tamamailə uçub-dağıldığını bildirmişdir:
"Aidiyyati orqanlara dəfələrlə müraciət etsək də, heç bir nəticəsi olmayıb. Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev də müraciətimizə cavab vermir, bizi qəbul etmir. 2015-ci ildən verilən çadırda dözülməz şəraitdə yaşayırıq. Güclü yağışlar yağanda çadırda qala bilmirik. Nəmişlik səbəbindən xəstəlik tapan atam hazırda Bakı şəhərində müalicə olunur.."
11 nəfər üzvü, o cümlədən 3 azyaşlı uşağı olan Baxşıyevlər ailəsi məmurların laqeydliyi ucbatından problemlərini KİV-də ictimailəşdirmək niyyətindədirlər və redaksiyamızdan xahiş edirlər ki, onların acınacaqlı durumları barədə aidiyyati orqanlara çatdıraq.
"Təbii fəlakət nəticəsində əmlaka dəymiş zərərlə əlaqədar ilkin tədbirlərin görülməsi yerli icra hakimiyyəti orqanlarının fəaliyyət dairəsinə aiddir. Buna görə də vətəndaşlar təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı icra hakimiyyəti orqanlarına müraciət etməlidirlər" - bu xatırlatma Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təbriz Baxşıyevin bu quruma ünvanladığı 10 iyun 2016-cı il tarixli məktubuna 11 gün sonra yazdıqları cavabda yer almışdır. Agentliyin məktubunda həmçinin bildirilib:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2012-ci il tarixli, 17/5681-12/25/31 nömrəli dərkənarına əsasən, yerli icra hakimiyyəti orqanları baş vermiş təbiət hadisəsinin göstəricilərinin fəlakət törədən hədlərə uyğunluğu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları tərəfindən verilmiş arayışı təqdim etməklə Fövqəladə Hallar Nazirliyinə müraciət etməlidirlər".
Onu da qeyd edək ki, tələb olunan həmin arayış mövcuddur. ETSN-nin müvafiq qurumu - Milli Geoloji Kəşfiyyat Xidməti Baxşıyevin müraciəti əsasında Astara rayonunun Ovala kəndi ərazisində araşdırma aparmış və ərazisinin mühəndis - geoloji şəraiti haqqında arayış tərtib edərək bir surətini ona, əslini isə Astara RİH-nə göndərmişdir. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, kənd dağətəyi yamacda ekzogen proseslərin "orta" inkişaf etdiyi ərazidə yerləşir. Təsdiqlənmişdir ki, 2015-ci ilin oktyabr - noyabr aylarında leysan yağışları nəticəsində ərazinin məlum koordinatlarında çökmə - oturma prosesi baş vermişdir. Arayışda bildirilir ki, Baxşıyev Təbriz Qiyas oğluna məxsus fərdi yaşayış evi həmin prosesin aktiv inkişaf etdiyi sahədə yerləşir.
Belə çıxır ki, Baxşıyevlərin Astara RİH başçısı Q.Ağayevdən gileylənməyə haqları var. Nədən ki, rayon icra hakimiyyəti öz növbəsində FHN-ə müraciət göndərməklə sözügedən arayışı da Nazirliyə təqdim etməliydi. RİH həmin müraciəti FHN-ə göndəribsə, Baxşıyevlərin israr etdikləri təqdirdə onlara bu barədə rəsmi məlumat vermək də böyük əziyyət tələb etmir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.