Azərbaycan İdeyası

XXI ƏSRDƏ DAŞ DÖVRÜNDƏ YAŞAYAN MƏCBURİ KÖÇKÜN AİLƏSİNİN İMDADINA ÇATAN OLACAQMI?

Tarix:12-02-2019, 13:09
Baxış Sayı:309



"Korrupsiya və qanun" qəzetinin redaksiyasına əslən Füzuli rayonundan olan vətəndaş Mirzəyeva Naridə Famil qızının adından daxil olmuş şikayət ərizəsini araşdırmaq məqsədilə Mirzəyevlər ailəsinin 1993-cü ildən məcburi köçkün kimi məskunlaşdıqları Beyləqan rayonunun Şərq qəsəbəsə yollandıq. Məlum oldu ki, tərkibi ata, ana, oğul, gəlin, iki azyaşlı uşaqdan ibarət altı nəfərlik ailə cəmi bir otaqlı yarıuçuq komaya sığınıb. Sanki daş dövründə yaşayırmışlar kimi, evi qızdırmaq üçün odun sobasından, xörək bişirmək üçün balon qazından istifadə edirlər ki, bu da təhlükəlidir.
Söhbət ailənin üzvləri zamanı bildirdilər ki, yağış yağanda tavan damır, qabları suyun altına düzürlər. İçməli suyu kənddən daşımağa məcburdurlar. Orta məktəbin ibtidai sinfində oxuyan uşaqlarını qar-yağış yağanda palçıqdan keçilməz olan yolla dərsə apara bilmirlər. Ailənin üzvlərindən kimsə xəstələnəndə üstünə çağırılan təcili yardım maşını məhz yolun bərbad olması səbəbindən gəlib çıxmır. Məcbur olurlar ki, traktoru olan kiməsə xahiş - minnət edib xəstəni yola çıxarsınlar. Dır-deşiyi, çatlağı çox olan komanın küncündə bir neçə dəfə gözlərinə ilan sataşıb, uşaqlar qorxublar.
Onu da qeyd edək ki, Mirzəyevlər bizi görəndə xeyli təəccübləndilər. Gələcəyimizə inanmırmışlar. Çünki indiyədək hara müraciət ediblərsə, səslərinə hay verən, ünlərinə yetişən olmayıb deyə ümidləri azalıb. İşsizdirlər, qazanc mənbələri yoxdur. Çoxsaylı qəbzləri, bildiriş kağızlarını göstərərək dedilər ki, dövlətdən aldıqları çörək pulunu yuxarı instansiyalara yazdıqları məktublara, poçt xidməti ödənişinə xərcləyirlər. Mənzil şəraitsizliyi ilə əlaqədar dəfələrlə baş vurduqları Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevdən heç bir kömək görməyiblər. Başçı həmişə onlara RİH-nin mənzil fondunda onları təmin etmək üçün imkan olmadığını deyib. Bakıda "Qaçqınkom"da da bir neçə kərə olublar. Hər getdiklərində Komitədən bildirilib ki, növbəti dəfə qaçqın və məcburi köçkünlərə ev paylananda onlara da veriləcək. Amma zaman yetişib, başqaları ev alıb, onlar isə məyus olublar. Yenidən Komitəyə müraciət edəndə deyiblər ki, bəs rayin İcra Hakimiyyəti onların adını ev növbəsində duran qaçqın və köçkünlərin siyahısına salmayıb.
Ailə başçısı olan ata Mirzəyev üzləşdikləri süründürməçiliyin səbəbini korrupsiyada görür: "Qaçqın və məcburi köçkünlər üçün tikilmiş evlərdə üç otaqlı mənzillər 22 min manat qiymətlə satışa çıxarılıb. Bizim kimilər çöldə qala-qala, açıq mənzil bazarı, ev al-veri gedir. Artıq dərəcədə xahiş edirlər ki, problemləri kütləvi informasiya vasitələrində ictimailəşsin, səsləri aidiyyati qurumlara çatdırılsın.
Güman edirik ki, yazını oxuyan aidiyyati qurumlar olduqca acınacaqlı həyat tərzi keçirən bu ailənin çəkdiyi zillətə biganə qalmayacaqlar. Kim də laqeyd qalsa, "mən xalqımın xidmətçisiyəm" deyən, ad gününü qaçqın və məcburi köçkünlərlə, yaxud, səngərdə keşik çəkən əsgərlərlə birlikdə qeyd edən möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev həssas yanaşacaq.

Xuraman Əhlimanqızı
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO