Azərbaycan İdeyası

BÖHTANA MƏRUZ QALAN TAĞI QULİYEV APELLYASİYA MƏHKƏMƏSİNDƏN ƏDALƏT GÖZLƏYİR - ƏMƏKDAŞIMIZA ŞƏR ATAN BAŞ HƏKİM BAŞQA KİV-İN DƏ QINAĞINA TUŞ GƏLİB

Tarix:9-04-2019, 15:03
Baxış Sayı:291

"Korrupsiya və qanun" qəzetinin əməkdaşı, hazırda Bakı 1 saylı İstintaq Təcridxanasında saxlanılan Quliyev Tağı Xatəm oğlu Astara rayon hüquq-mühafizə və cinayət təqibi orqanlarının, habelə Astara rayon məhkəməsinin ədalətsizliyi nəticəsində öz təqsirsizliyini sübut etmək məcburiyyəti qarşısında qalmışdır. Tağı Quliyevin Baş Prokurorluğun Analitik Şöbəsinə müraciət etmək hüququ da təcridxana rəhbərliyinin biganəliyi səbəbindən təmin olunmur.
Həmçinin, bildiririk ki, 15.11.2018-ci il tarixdə nömrəsi məlum stasionar telefonla baş redaktorumuza bir nəfər zəng vuraraq özünü Astara rayon prokurorluğunun əməkdaşı kimi təqdim etmiş, israrımıza baxmayaraq adını və vəzifəsini bildirməmişdir. Həmin şəxs əvvəlcə baş redaktorun Baş Prokurorluğa vurduğu teleqramla əlaqədar guya prokurorluğa dəvət olunduğunu, baş redaktorun isə prokurorluğa getmədiyini boynuna qoymağa çalışmışdır. Sonra da “səmimiyyətlə” istintaq sirrini bizimlə bölüşərək, Astara rayon rokurorluğunda Tağı Quliyevin bir vaxtlar psixi pozuntusu olmasına dair, onun kəmağıllığını ortaya qoyan tibbi arayışlar toplandığını demiş və bu hərəkətinin doğurduğu sualları ona verdikdə, cavablandırmaqdan yayınmışdır.
Odur ki, Tağı Quliyevin Baş Prokurorluğun Analitik Şöbəsində qəbul edilməsini, eləcə də Astara rayon prokurorluğu adından baş redaktora zəng açan şəxsin kimliyinin müəyyənləşdirilərək əməlinə hüquqi qiymət verilməsini və nəticə barədə redaksiyamızın məlumatlandırılmasının təmin edilməsi xahişi ilə Baş Prokuror cənab Zakir Qaralova məktubla müraciət etmişik. Hələ də cavab gözləyirik. Ötən hər gün isə T.Quliyevin məhkəməsini yaxınlaşdırır.
Xatırladaq ki, T.Quliyev Astara rayon mərkəzi xəstəxanasının baş həkimi Əlövsət Əliyev tərəfindən bir ildə iki dəfə şərlənmiş, keçən ilin mart ayına təsadüf edən birinci cəhd uğursuz alınsa da, məkr və saxtakarlıqla müşayiət olunan ikinci cəhd hüquq-mühafizə orqanları əməkdaşlarının tərəfkeşliyi ilə reallaşma üzrədir. Onu da qeyd edək ki, bu arada "Təzadlar" qəzetində Astara RMX-nın baş həkimi Əlövsət Əliyevin rəvac verdiyi neqativ hallar barədə tənqidi məqalə dərc olunub. Məqalədə həmçinin tibb işçilərindən Sənubər Rəcəbovanın da korruptiv əməllərindən bəhs olunur. O xanım da T.Quliyevə qarşı baş həkimin qurduğu şər-böhtan kampaniyasında iştirak etmişdir.
T.Quliyev Astara rayon məhkəməsinin 21.12.2018-ci il tarixli hökmündən Şirvan Apellyasiya Məhkəməsinə verdiyi apellyasiya şikayətində sifarişlə həbs olunmasını, uydurulmuş zərərçəkənlərə guya xəsarət yetirmək üçün istifadə etmiş olduğu kimi göstərilən əşyanın üzərində ekspertiza keçirilmədən "nəticə" çıxarıldığını, müstəntiqin onunla uydurulmuş zərərçəkənlər arasında faktiki üzləşmə aparmadan "üzləşmə aktı" tərtib etdiyini, insidentin (sözlü mübahisənin) baş verdiyi yerdə mövcud olan müşahidə kameralarında qeydə alınan görüntüləri çıxarmaq tələbinin yerinə yetirilməməsini, ilkin istintaq zamanı törətmədiyi cinayəti boynuna alması üçün uğursuz işgəncə və təzyiqlərə məruz qaldığını, onun guya təqsirini qismən boynuna alması barədə ifadə verdiyi haqda yalanın qərarda yazıldığını, uydurma zərərçəkənlərin və saxta şahidlərin ifadələrinin bir-biri ilə uyğunsuzluq təşkil etməsini, hüquqlarını müdafiə edən vəkilin vəsadətlərinin məhkəmədə təmin olunmamasını və məruz qaldığı başqa hüquqpozmaları qeyd etmiş, eləcə də özünün və ailə üzvlərinin qeyri-qənaətbəxş səhhət durumu və maddi vəziyyətlərinin nəzərə alınmasını xahiş etmişdir.
Ümid edək ki, bu sadalananlar apellyasiya instansiyası məhkəməsində nəzərə alınacaq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı