Azərbaycan İdeyası

DAVAM EDİR 337... NİZAMİ RAYONUNDA ƏLİLLƏRİN MƏNZİL NÖVBƏSİ POZULUR

Tarix:9-04-2019, 15:20
Baxış Sayı:290

Bakının Nizami rayonunda, təkcə "Neftçilər" metrosu ətrafında - yerli sakinlər arasında daha çox "səkkizinci kilometr" kimi tanınan ərazidə - Sovet dövründən yolun hər iki hissəsində şam ağacları olan park olub. Son yeddi-səkkiz il ərzində ərazidəki yaşıllıqlar yavaş-yavaş yoxa çıxmağa başlayıb və yerində müxtəlif ticarət binaları peyda olub. Google Earth xidmətinin ərazini ölçmə funksiyası göstərir ki, Nizami rayonu ərazisində azı 15 min 650 kvadrat metr ərazidə ağaclar yoxa çıxıb, yerində isə tikinti aparılıb.
Deməli, pulu olanın yaşıllıüqları məhv etmək hesabına obyekt tikməsinə də icazə var, Amma evsiz kasıb vətəndaşın mənzil, torpaq sahəsi istəyinə yox deyilir, onlara bələdiyyənin hərrac keçirdiyi xatırladılır.
Şəmkir rayonunun Təzəkənd kəndində qeydiyyatda olan, 1961-ci il təvəllüdlü Quliyev Sadıq İslam oğlu 1991-ci ildən avtomobil qəzası nəticəsində aldığı baş-beyin travmativ xəstəliyi asteno nevrotiv sindromu diaqnozu ilə Ruhi-Əsəb Xəstəlikləri Dispanserində qeydiyyatdadır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Əmək Ekspert Komissiyasının 07.XI.1991-ci il tarixli qərarı ilə ona I qrup əlillik dərəcəsi təyin olunmuşdur. Səhhətində müsbət istiqamətdə dəyişiklik olmamasına baxmayaraq, Komissiyanın 22.XI.1993-cü il qərarı ilə dərəcəsi II qrupa endirilmiş, sonrakı illərdə keçirilən təkrar komissiyalarda heç bir müayinə aparmadan həmin əlillik dərəcəsi təsdiqlənmişdir. 1998-ci ildən əlilliyə görə aldığı müavinəti də kəsiblər. Azərbaycan Əlillər Cəmiyyətinin üzvüdür.
Sadıqın 80 yaşlı anası Əhmədova Ədilə Yunis qızı oğlunun əlillik dərəcəsinin düzgün təyini üçün xeyli qapı döyüb. Yazır ki, Nizami rayon 26 saylı poliklinikadan götürdüyü kartoçkaları Xətai rayonundakı 32 saylı poliklinikaya təqdim edib, amma məhəl qoymayaraq biganə yanaşıblar.
Ağbirçək ana oğlunun mənzillə təmin olunması üçün müraciət etmədiyi ünvan qalmayıb. Yalnız Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət edəndən sonra müraciətnaməsinin aidiyyəti üzrə göndərildiyi Nizami rayon İcra Hakimiyyəti nəhayət ki ona bu məzmunda cavab yazmışdır:
"Məlumat üçün bildiririk ki, oğlunuz Sadıq Quliyev Nizami rayon İcra Hakimiyyəti başçısının 28 sentyabr 1994-cü il tarixli 2495 nömrəli sərəncamına əsasən mənzil növbəsinə qəbul edilmişdir və imtiyazlı əsaslarla mənzil növbəsində dayanan vətəndaşların siyahısı üzrə 337-cidir.
Nəzərinizə çatdırırıq ki, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı xüsusi proqram əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir.
Bundan əlavə, Bakı şəhərində dövlət vəsaiti hesabına mənzil tikintisi aparılmır və rayonun boş mənzil fondu olmadığı üçün oğlunuzun mənzillə təmin edilməsi hazırda İcra Hakimiyyətinin imkanı xaricindədir.
Eyni zamanda diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" 2009-cu il 27 avqust tarixli 153 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə mənzil fondunun dövlət uçotu qaydasına, dövlət və bələdiyyə mənzil fondunun inkişafına dair təkliflərin hazırlanması tapşırığı verilmişdir.
Ərizənizdə qaldırılan digər məsələ ilə bağlı isə bildiririk ki, mövcud qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin ayrılması dayandırılmışdır, bələdiyyə torpaqlarının alqı-satqısı isə hərrac və ya müsabiqə yolu ilə həyata keçirilir.
Nəzərə almağınızı xahiş edirik".
Məktubu tərtib edən RİH-nin Hüquq şöbəsinin müdiri T.Zeynalov yəqin hesab edir ki, Sadıq Quliyev və 8 nəfərdən ibarət ailə üzvləri məktubda sadalananlardan xəbərləri yoxdur. Əlbəttə ki, məlumatları var. Sadəcə bir sual ortaya çıxır: Sadqgilin bələdiyyədən hərrac yolu ilə torpaq almaq imkanları olsaydı, niyə çörək pullarını ora-bura yazdıqları məktublara xərcləyirdilər? Hərracda udmaq o deməkdir ki, bələdiyyənin satışa çıxardığı torpağa hamıdan çox pulu sən təklif etməlisən. Nə vaxtsa, ailənin belə bir imkana malik olacağı isə qətiyyən inandırıcı görünmür. Çünki, ailənin daha bir üzvü - Sadıqın bacısı da II qrup əlıildir.
Əlilin və ailəsinin narahatlığına səbəb bir də odur ki, növbədə dayandığı son 25 ildə sırada onlardan geridə olmasına baxmayaraq, qabağa düşüb mənzil alan adam çox olub. Onun "337"-də "donub qalan" növbəsi isə "ölü nöqtə"dən tərpənmir. Növbənin pozulmasına və istisnalar edilməsinə şərait yaradanlar isə məmurlardır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.