Azərbaycan İdeyası

Xətainin sabiq icra başçısından miras qalan problemləri kim həll edəcək?

Tarix:5-03-2019, 16:27
Baxış Sayı:1 146

Cənab Razim Məmmədov Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən gedəndən sonra idarəçiliyi dövründə rəvac verdiyi qanunsuzluqlar və hüquqpozmalar barədə əvvəllər dövlət qurumlarına örtülü zərflərdə edilən şikayətnamələr indi artıq kütləvi informasiya vasitələrinə yol açıb. Belə görünür, rayonun sabiq başçısından miras qalmış problemlərin həlli vəzifəsi xələfinin üzərinə düşəcəkdir.
Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi - 52 ünvanda inzibati binada yaşayan Məmmədova Aygün Hidayət qızı "Korrupsiya və Qanun" qəzeti redaksiyasına ərizə ilə müraciət edərək həyat yoldaşı Sahib Calib oğlu Məmmədovun üzləşdiyi haqsızlıqla bağlı məlumat vermişdir. Bildirmişdir ki, Sahib 1979-cu ildən Biləcəri Lokomotiv Deposunda maşinist vəzifəsində işləyir. 2001-ci ildə işlədiyi ərazinin yaxınlığında (ADDY-nin "Əhmədli" stansiyasının 8-ci km PK 4-də yolun kilomatr artımı istiqamətinin sağ tərəfində) ona bağ-bostan salması üçün Yol Təsərrüfatı İstehsalat Birliyi tərəfindən 6 sot torpaq sahəsi verilmişdir. Sahəyə ağac əkib, daş töküblər. Lakin I qrup əlil olan övladlarının səhhət probleminə görə ailənin maddi vəziyyəti ağırlaşdığından, bir müddət işləri davam etdirə bilməyiblər. 33 il qulluq etdikləri oğulları kirayə yaşadıqları evdə dünyasını dəyişmişdir. Sonra yenə inşaatı bərpa etmək istədiklərində yerli icra hakimiyyəti tərəfindən əngəllə qarşılaşıblar. Bildirdiklərinə görə, xahişlə müraciət etdikləri Prezident Administrasiyasının şöbə müdiri cənab Zeynal Nağdəliyevin tapşırığı ilə Xətai Rayon İcra Hakimiyyətinin sabiq başçısı Razim Məmmədovun qəbuluna düşüblər. Vəziyyətlərini danışıblar. İzah ediblər ki, dəmir yolundan 1,5 metr aralıda başqa vətəndaşlar tərəfindən zəbt edilmiş sahələrdə tikilmiş evlər olduğu halda, onların torpaq sahəsini dəmir yoldan 15 metr məsafə ayırır.
Ərizədə göstərilir: "Bizim torpaq sahəmizdə əkdiyimiz ağacları, digər əkinlərimizi qırıb dağıtdılar. Həyətə tökdüyümüz mişar daşları da oğurlanıb. Hasarı hörüb qapı qoymağa icazə vermirlər..."
Xüsusi müxbirimiz Həsən Həsənov araşdırma aparmaq məqsədilə qeyd edilən ünvanda olmuş, ərizə müəllifi və həyat yoldaşı ilə elə orada əyani görüşmüşdür. Məmmədovlar bildirmişlər ki, ahıl yaşlarında çöllərdə qalmışlar: "Hamıya icazə var, bizə yox. Hasarı çəkməliyik ki, sahəyə heyvan girib əkinləri məhv etməsin. Deyirlər ki, olmaz. Birinci vitse-prezidentə teleqramla müraciət etmişik. Bundan sonra bizə zəng vurub İcra Hakimiyyətinə çağırıblar. Amma hörgüyə icazəni vermirlər. Biz istəyirik ki, burda bir daxma tikib əkinlərimizə qulluq etmək üçün sahəyə baş çəkdiyimiz vaxt orada paltarımızı dəyişək. Qoymurlar. Ətrafdakı evləri göstəririk. Deyirlər ki, onlar da söküləcək. Deyirik ki, eybi yox, qoyun biz də tikək, digərləri söküləndə bizimki də sökülər. Yenə "yox" dedilər..."
Məmmədovlar bildirdilər ki, beş-altı ay əvvəl Razim Məmmədov icra hakimi olan vaxt başçının müavini almaq istədikləri icazə üçün onların qarşısına yerinə yetirmək gücündə olmadıqları tələb qoyub. Ərazidə müşahidə aparıb dəmir yolunun bir-iki addımlığında inşa olunmuş xeyli sayda evlər gördük. Arasında inşası bir gecədə mümkün olmayan ikimərtəbəli villalar da vardır. Maraqlıdır, görəsən dəmiryolun 30 metrliyində ağac əkməyə, bağ-bostan salmağa icazə verməyən Xətai rayon rəhbərliyi dəmiryolun iki addımlığında ev inşa edilməsinə necə rəvac verib? Ancaq bir ağlabatan cavab versiyası var: Onların sahiblərinin RİH-nin "göz yummaq" müqabilində irəli sürdüyü şərti yerinə yetirməyə imkanları olub.
Üç gün əvvəl yayılan bir xəbər isə yəqin ki, Sahib Məmmədovu və Aygün Məmmədovanı həm məyus edəcək, həm də müəyyən mənada ümidləndirəcək: Razim Məmmədov Prezident Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsinə təyin olunub. Yəni, Zeynal Nağdəliyevlə çiyin-çiyinə işləyəcək.
"Əsli ilə doğrudur!"
Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb