Azərbaycan İdeyası

Əmlak Komitəsinin mülkiyyət sahibindən tələb etdiyi mücərrəd "sənədlər toplusu" - Sırasında Ali Məhkəmənin qərarından da güclü adı açıq çəkilməyən "kağızlar" da var

Tarix:28-03-2019, 13:53
Baxış Sayı:895

Ən qədim və fundamental insan hüquqları arasında mülkiyyət hüququ mühüm yer tutur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində öz əksini tapan mülkiyyət hüququnun qorunması istiqamətində görülən işlər, həyata keçirilən mülkiyyət islahatları da ürəkaçan nəticələr verməkdədir. Lakin çox təəssüflər olsun ki, bu müstəvidə bəzən neqativ hallara, hüquqpozmalara rast gəlinir. Belə hallar barədə narazılıqlar KİV-ə də ünvanlanmaqdadır. Vətəndaşlar hüquq müstəvisində rastlaşdıqları qeyri-obyektivlik, ədalətsizlik, süründürməçilik səbəbindən müsbət həllini tapmayan problemlərini qəzet səhifəsinə çıxarmaqla ictimailəşdirməyə çalışırlar. "Korrupsiya və Qanun" qəzetinin poçtuna da daxil olan şikayətlər arasında bu qəbildən olanlar az deyildir. Qəzetimizin bu müstəvidə gördüyü işlər bir çox hallarda müsbət nəticə vermiş, problemli məsələlər ədalətli hüquqi həllini tapmışdır. Pozulmuş hüquqları dəstəyimiz sayəsində bərpa edilən vətəndaşların ünvanımıza göndərdikləri minnətdarlıq məktubları bizə qol-qanad vermiş, daha şövqlə işləməyə ruhlandırmışdır.
Aktivimizə yazılan işlərdən biri də Bakı şəhəri, Vunq Tau küçəsi, ev 23, mənzil 19 ünvanda qeydiyyatda olan Hacıyev Hüseyn Hacı oğlunun şikayəti üzrə məhkəmə müstəvisinə çıxmış mübahisəli məsələnin nəhayət ki 16 il sonra onun xeyrinə yekunlaşmasıdır. Böyük bir əmək kollektivinə rəhbərlik etmiş Hüseyn Hacıyevin mötəbər sübutları olan mülkiyyət hüquqları əvvəlcə məhkəmə tərəfindən təmin edilmirdi ki, bu da təəssüf doğururdu. Bu barədə "Korrupsiya və Qanun" qəzetinin 25 iyul 2013-cü il tarixli 17-ci nəşrində "Yersiz gəldi, yerli, qaç" sərlövhəli, "50 ilin əmək veteranı işğalı qanuniləşdirmək istəyən mütəşəkkil dəstəyə qarşı" yarımbaşlıqlı məqalə də dərc olunmuşdu. Ümummilli lider Heydər Əliyevin şəxsən tanımış olduğu, ulu öndərin dostları arasında olan Hacı Hüseynovun haqlı mücadiləsi ədalətli və ümidverici sonluğa yaxınlaşmaq üzrədir. Amma görünür, Azərbaycanda haqqa sonsuz yaxınlaşmaq hələ qovuşmaq demək deyildir. Ortada Ali Məhkəmənin qərarı olsa da belə.
Çəkişmənin əsas detallarına xronoloji ardıcıllıqla göz ataq:
Bakı Şəhər İcra Hakimiyyəti başçısının 1104 saylı 11.06.1993-cü il tarixli Sərəncamı ilə H.Hacıyevin rəhbəri olduğu "Sənaye Bazası və Yükboşaltma Məntəqəsi" adı altında fəaliyyət göstərən hüquqi şəxsin fəaliyyəti məqsədilə Binəqədi rayon, 7-ci mkr., C.Xəndan küçəsi 3096 məhəllədə 38 sot torpaq ayrılıb.
Sonradan birinci özəlləşmə dövlət proqramı qəbul olunandan sonra əmək kollektivi adından aidiyyati qurumlara özəlləşdirmə ilə bağlı müraciət olunmuş, bu zaman Hacıyevin və kollektiv üzvlərinin hüquqları pozulmuş və Hacıyev məhkəməyə müraciət etmişdi.
1 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2 iqt (81)-890/2013 saylı 19 mart 2013-cü il tarixli qətnaməsi ilə Hacıyevin rəhbəri olduğu kollektivin yuxarıda adı çəkilən ünvana köçürülməsi qət edilmişdir.
1 saylı İİM-nin 1083\5-168 saylı 19 iyul 2014-cü il tarixli qətnaməsi ilə "Çapar" KM-ə mübahisəli torpaqdan çıxarılması qət edilmişdir.
AR Konstitusiya Məhkəməsi Palatasının 02 noyabr 2016-cı il tarixli qərardadı ilə əməık kollektivinin adından yazılmış şikayət AR Konstitusiya Məhkəməsinin icraatına qəbul edilmişdir.
AR Ali Məhkəməsinin MK-nın 13 iyul 2017-ci il tarixli qərarı ilə Binqədi rayon, C.Xəndan küçəsi 3096-cı məhəllədə yerləşən 38 sot torpaq sahəsinin özəlləşdirilməsi Hacıyevin rəhbəri olduğu əmək kollektivinin adına özəlləşdirilməsi qət edilmişdir.
Qələmə alarkən, hərəsinin üzərindən bir cümlə ilə ifadə etməklə keçdiyimiz bu məhkəmə işlərinin arxasında illər uzunu sürən mənəvi əzablar, stress və həyəcanlar, vaxt və enerji itkisi, əlbəttə ki, hüquqi məsələlərə çəkilmiş maddi xərclər durur. Bununla belə qanuni qüvvə almış məhkəmə aktları icra edilmir, məhkəmə icraçıları hərəkətsiz qalır.
"Bakıbaştikinti" "Bakışəhərtikinti" Ümumtikinti Trestinin əmək kollektivi adından çıxış edən H.Hacıyev AR Ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət etmiş, Xəndan küçəsindəki məlum ünvandakı torpaq sahəsinin boşaldılaraq ona qaytarılmasına və rəhbəri olduğu əmək kollektivinin adına özəlləşdirirmə haqqında məhkəmə aktlarının dərhal icra edeilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
İşi "düyünə salan" isə Əmlak Məsələləri Dövlət Komitəsidir. Bizim bunu əminliklə deməyə haqqımız var. Hələ bu məsələ ilə bağlı 2013-cü ildə Komitəyə 01 avqust tarixli 061 saylı məktub yazmış və həmin ilin 06 sentyabr tarixində sədr müavini Rafiq Cəlilovun imzasıyla bu məzmunda 130120506879 saylı cavab almışdıq: "...vətəndaş Hacıyev Hüseyn Hacı oğlunun qaldıdığı məsələyə məhkəmənin bununla bağlı qəbul edəcəyi qərarına uyğun olaraq baxılacaqdır".
Yaxşı, illər sürən məhkəmə axır ki yekunlaşdı və qərar qəbul olundu. Görək indi Əmlak Məsələləri Komitəsi özəlləşdirmə ilə bağlı müraciət edən trest rəhbərinə 14 yanvar 2019-cu il tarixdə 190120500229 saylı məktubu ilə nə cavab verib: "...əmlakın özəlləşdirilməsi üçün tələb olunan sənədlər toplusu, həmçinin daşınmaz dövlət əmlakı haqqında registr məlumatları balanssaxlayıcı tərəfindən təsdiq edilərək təqdim edildikdən sonra qeyd edilən məsələ ilə bağlı komitədə zəruri tədbir görüləcəkdir".
Görəsən komitə mənsubu məktubunda "sənədlər toplusu" deyəndə konkret nələri nəzərdə tutur? - açıqlanmır. Bundan başqa, Hacıyevin redaksiyaya yazdığı növbəti müraciətnaməsinə qoşma etdiyi materiallardan görünür ki, Ədliyyə Nazirliyinin Xətai rayon İcra və Probasiya Şöbəsi əvvəllər də dəfələrlə ƏMDK-nə rəsmən məktub yazaraq, icra vərəqələrini göndərmiş, icra olunmasını istəmişdir. Belə çıxır ki, ƏMDK-nin Hacıyevdən tələb etdiyi "sənədlər toplusu"nun arasında Ali Məhkəmənin qərarından da güclü "kağızlar" da vardır ki, adı açıq çəkilmir. Hacıyev hətta ehtiyatlanır ki, hüquq müstəvisində ona uduzan rəqibləri həyatına da təhlükə törədə bilərlər. Belə düşünməyə əsası da vardır. Hərçənd, bu ayrı söhbətin mövzusudur.
Mövzuya qayıdacağıq.

Baş redaktor: Xuraman Quliyeva [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb