Azərbaycan İdeyası

BU ŞƏXSLƏR ÜÇÜN 44 MƏNZİLLİ BİNA İNŞA EDİLİR

Tarix:12-03-2019, 14:16
Baxış Sayı:234



Fevralın 5-də Şamaxı rayonunda baş vermiş güclü zəlzələ nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələr üçün 4 mərtəbəli yeni yaşayış binası inşa edilir.
Korrupsiya-q.az xəbər verir ki, bu barədə Şamaxı rayon İcra Hakimiyyətinin baş memarı, rayon Fövqəladə Hallar Komissiyasının sədr müavini Rüstəm Əliyev deyib.
Onun sözlərinə görə, artıq binanın tikintisinə başlanılıb: “Bina 2 giriş bloklu, 4 mərtəbəli və 44 mənzildən ibarət olacaq. Bina yalnız zəlzələ nəticəsində evləri kəskin qəzalı vəziyyətə düşən ailələr üçün inşa edilir. Elə fərdi yaşayış evləri var ki, kəskin qəzalı vəziyyətdədir və həmin evlərin yerində mənzil tikmək mümkün deyil. Prezidentin göstərişi ilə həmin ailələr üçün yeni bina inşa edilir”.
Baş memar əlavə edib ki, ümimilikdə 255 ev tam qəzalı vəziyyətə düşüb.
Xatırladaq ki, fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb