Azərbaycan İdeyası

6 YAŞLI AYSUNA KÖMƏK EDƏK!

Tarix:13-03-2019, 11:43
Baxış Sayı:940





Bir ay bundan qabaq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kimsəsiz, Bərdə rayonunda azyaşlı oğlu ilə birgə çətin şəraitdə yaşayan, Hepatit B və onkoloji xəstəliklərdən əziyyət çəkən Nazilə Musayevanın müalicəsi üzrə müvafiq tapşırıq verdi.
Hazırda Bakıda xəstəxanaya yerləşdirilən N.Musayevanın əməliyyatı və gələcək müalicəsi ilə bağlı bütün xərclər Heydər Əliyev Fondu tərəfindən təmin olunacaq. Eyni zamanda, N.Musayevanın müalicəsi başa çatdıqdan sonra sosial təminatının həll olunması üzrə də müvafiq tapşırıq verilib. Belə ki, N.Musayevanın əlilliyinin qiymətləndirilməsi aparılacaq, əlillik qrupu təyin olunduqdan sonra ona əlilliyə görə aylıq pensiya və ya sosial müavinət ödənişinə başlanılacaq, öz istəyinə uyğun olaraq məşğulluğunun təminatı üçün də müvafiq tədbirlər görüləcək.
Cəmiyyətimiz artıq çoxdandır ki, birinci xanımın bu sayaq alqışalayiq xeyirxah əməllərinə şahid olub. Dərdi olan Azərbaycan vətəndaşları Mehriban Əliyevaya sözlərini yetirməyincə, ümidlərini itirmirlər. Sabirabad rayonunun Qarağac kənd sakini, üç övlad atası Xalıqov Rəşad Aprel oğlu "Korrupsiya və Qanun" qəzeti redaksiyasına ərizə ilə müraciət edərək dərdlərinə heç bir aidiyyati instansiyada çarə bula bilmədiyi 6 yaşlı iki xəstə əkiz övladlarının problemlərini ictimailəşdirməyi xahiş etmişdir.
R.Xalıqov yazır ki, heç bir yerdə işləmir, gəliri yoxdur, əvvəllər aldığı ünvanlı sosial yardım indi kəsilibdir. Qızı Aysuna "epilepsiya, psixi inkişaf ləngiməsi, nitq geriliyi" diaqnozu qoyulub və uzun müddətli terapiya tövsiyə olunub. "Viacene", "Epinexx", "Transon" kimi güclü dərman preparatları yazılıb. Hər gün onunla psixoloji-pedaqoji iş aparılmalıdır. Hal-hazırda məktəbə gedə bilmir.
Ata Xalıqov ümid edir ki, bu dərdi kütləvi informasiya informasiya vasitələrində yayılsa, aidiyyati qurumlar yəqin ki insafa gəlib azyaşlı uşağın taleyinə biganə qalmazlar. Heç şübhəsiz ki, aidiyyati qurumlar sırasında ilk yerdə Səhiyyə Nazirliyi gedir. Xalıqovlar ailəsi uşaqların sağlamlığına, təhsil almasına, cəmiyyətə inteqrasiyası müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun köməyinə də ümid edə bilərlər. Dünya yaxşı adamlardan xali deyil. Xeyriyyəçi iş adamları da bu məsələyə həssas yanaşsalar, 6 yaşlı Aysunun müalicəsi üçün yardım edə, biz qələm adamlarına da yazmaq üçün yaxşı mövzu verə bilərlər. Novruz ərəfəsində Xalıqovları xoş xəbərlə sevindirmək ümidiylə.

"Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO