Azərbaycan İdeyası

ƏFV SƏRƏNCAMI NƏVAXT İMZALANACAQ?

Tarix:15-03-2019, 13:48
Baxış Sayı:347

 ƏFV SƏRƏNCAMI NƏVAXT İMZALANACAQ?

Korrupsiya-q.az xəbər verir ki, Novruz bayram ilə əlaqədar əfv sərəncamının imzalanacağı dəqiqləşib. Artıq Əfv Komissiyasının iclasları başa çatıb və yekun siyahı prezidentə təqdim olunub. Bir sözlə, sərəncamın imzalanması an məsələsidir.
Əfv sərəncamı bu gün verilməzsə, böyük ehtimalla gələn həftənin ilk günü, yəni martın 18-də imzalanacaq.
Heç şübhəsiz ki, sərəncam ətrafında gedən müzakirələrin əsasını siyasi məhbuslarla bağlı məsələ təşkil edir. Əldə etdiyimiz məlumata görə, əfv siyahısı kifayət qədər böyükdür. Azadlığa qovuşacağı gözlənilənlər sırasında tanınmış məhbusların da olacağı deyilir. Yayılan məlumatlara görə, əfv siyahısında 50-dən çox siyasi məhbusun adı yer alacaq.
Musavat.com olaraq ötən həftə kiçik bir araşdırma apararaq ən çox azadlığa çıxmaq şansları olan siyasi məhbuslardan ibarət siyahı hazırlamışdıq. Siyahıda sabiq səhiyyə naziri Əli İnsanov istisna olmaqla daha çox cəzalarının böyük hissəsini çəkən siyasilərin adları yer alırdı. Sözsüz ki, əfv etmək ölkə prezidentinin müstəsna səlahiyyətidir. Amma bu əfvin geniş olacağı barədə yayılan xəbərləri, eləcə də, əfv siyahısında çoxsaylı siyasi məhbusun adının yer alacağı barədə deyilənləri düşünsək, ilk göz önünə aşağıdakı siyahıda təqdim edəcəyimiz siyasilər gəlir.
Ə.İnsanov- 2005-ci ildə həbs edilib. 11 illik cəzasının bitməsinə üç ay qalmış ona qarşı əlavə ittihamlar irəli sürülüb. 2017-ci il aprelin 26-da 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.
İlkin Rüstəmzadə – NİDA Vətəndaş Hərəkatının üzvüdür. “Əsgər ölümlərinə son” aksiyasına görə 2013-cü ildə həbs edilib. 8 il cəza alıb.
Elgiz Qəhrəmanlı -NİDA-çıdır. 2016-cı il avqustun 12-də saxlanılıb. 2017-ci ilin yanvarında 5 il yarım cəza alıb. Həmin ilin noyabrında onun cəzası 3 ilə endirilib. Həbs müddəti bu il avqustun 12-də başa çatır.
Seymur Həzi – AXCP sədrinin müavinidir. 2014-cü ilin avqustunda həbs edilib. 5 il cəza alan AXCP funksionerinin avqustda cəzası bitir.
Fuad Qəhrəmanlı – AXCP sədrinin müavinidir. 2015-ci ilin dekabrında saxlanılıb. 2017-ci ilin yanvarında 10 il müddətinə azadlıqdan məhrum edilib.
Asif Yusifli – Qarabağ qazisi, AXCP funksioneridir. 2014-cü ilin noyabrında həbs olunub. İlk olaraq 7 il yarım cəza alan Qarabağ qazisinin həbs müddəti 2015-ci ilin iyulunda Ali Məhkəmə tərəfindən 6 ilə endirilib.
Fikrət Fərəməzoğlu – Jam.az saytının rəhbəridir. 2016-cı ilin iyununda həbs edilib. İlk olaraq 7 il cəza alan sayt rəhbərinin ötən ilin sentyabrında Ali Məhkəmədə şikayətinə baxılıb və onun həbs müddətindən bir il götürülüb.
Əlikram Xurşudov – Müsavat Partiyasının Şirvan rayon təşkilatının sədridir. 2017-ci ilin noyabrından məhbus həyatı yaşayır. 5 il cəza alan təşkilat sədrinin cəzası ötən ilin avqustunda 4 il yarıma endirilib.
Əliabbas Rüstəmov – vəkildir. 2014-cü ilin iyununda saxlanılıb. 7 il cəza alıb.
Gözəl Bayramlı – AXCP sədrinin müavinidir. 2017-ci ilin mayında saxlanılıb. Ötən ilin yanvarında 3 il müddətinə azadlıqdan məhrum edilib.
Əfqan Muxtarlı – jurnalistdir. 2017-ci ilin mayında həbs olunub. Ötən ilin yanvarında 6 il cəza alıb.
Murad Ədilov – AXCP üzvüdür. 2014-cü ilin avqustunda tutulub. 6 il müddətinə azadlıqdan məhrum edilib.
Fuad Əhmədli-AXCP üzvüdür. 2016-cı ilin avqustunda həbs olunub. 4 il həbs cəzası alıb.
Rüfət Səfərov-Zərdab Rayon Prokurorluğunun sabiq müstəntiqi, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəisi, sabiq deputat Eldar Sabiroğlunun oğludur.
2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.
Mövsüm Səmədov-İslam Partiyasının sabiq sədridir. 2011-ci ildən həbsdədir. 12 il cəza alıb.
Abgül Süleymanov-ilahiyyatçıdır. 2011-ci ildə həbs edilib və 11 il azadlıqdan məhrum edilib.
Nicat Əliyev- azadxeber.net saytının baş redaktorudur. 2012-ci ilin mayından həbsdədir. 10 il cəza alıb.
Elnur Seyidov- “Texnikabank”ın Yasamal filialının sabiq müdir müavini, AXCP sədri Əli Kərimlinin qaynıdır. 2012-ci ilin martından həbsdədir. 7 il yarım cəza alıb
“Yeni Müsavat”a G.Bayramlıya yaxın şəxslərdən birinin verdiyi məlumata görə, artıq qadın siyasi məhbus azadlığa çıxmağa hazırlaşır. Mənbə bildirir ki, G.Bayramlıya adının əfv siyahısında olduğu barədə xəbər verilib. Yenimusavat [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO