Azərbaycan İdeyası

Saxta əlillik dərəcəsi alverçilərindən daha bir şikayət

Tarix:20-06-2019, 14:19
Baxış Sayı:491

İlin əvvəlində xəbər yayıldı ki, Azərbaycanda 1055 nəfərə əsassız əlillik təyin edilməsi faktları aşkar edilib və onların dərhal ləğv edilməsi həyata keçirilib. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, hazırda həmin şəxslərə ödənilən pulun geri qaytarılması ilə bağlı işlər görülür.
S.Babayev əlilliyin qiymətləndirilməsi sisteminə ötən il ciddi nəzarətin həyata keçirilməsi tədbirlərindən, son altı ayda bu sahədə Səhiyyə Nazirliyi ilə birgə aparılmış araşdırmalardan bəhs edərək bildirib ki, əsassız əlillik verilməsinin ləğv edilməsi nəticəsində 3 mln. manat dövlət vəsaitinə qənaət olunub.
Nazir qanunvericiliyin tələblərinə əməl olunmasına ciddi nəzarət tədbirləri nəticəsində 2018-ci ilin IV rübündə I rüblə müqayisədə əlillik təyinatında 61 faiz, o cümlədən I qrup təyinatlarda 56 faiz azalma olduğunu, bu sahədə islahatların 2019-cu ildə davam edəcəyini bildirib.
İmişli şəhəri, Nərimanov küşəsi - 5 ünvanda qeydiyyatda olan və yaşayan 1959-cu il təvəllüdlü Səmədov Gülməmməd Səməndər oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirmişdir ki, 2018-ci ilin aprel ayında Elşən Əzimov adlı bir qohumunun məsləhəti ilə Bakı şəhərinin Nərimanov rayonundakı 4 saylı poliklinikanın tibb bacısı Flora adlı qadınla tanış olmuşdur. G.Səmədov özünə əlil statusu almaq üçün əlillik dərəcəsi düzəltdirmək məqsədilə Flora ilə anlaşaraq ikincinin tələb etdiyi 4150 manat pulu (dörd min manat rüşvəti və bir yüz əlli manat "zəhmət haqqı"nı) ona vermişdir. Amma bir neçə ay get-gəldə qaldıqdan sonra işin alınmadığını görüncə aldadıldığını başa düşmüş, həmçinin Floranın kiminlə əlbir olduğunu öyrənmişdir.
Ərizə müəllifi yazır ki, 2018-ci ilin oktyabr ayının xatırlamadığı təqvim günündə "Nasosnı"da (Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi nəzərdə tutulur.-red.) yerləşən poliklinikanın baş həkimi Eldəniz həkimin yanına gedib. Eldəniz həkimin müdaxiləsi sayəsində həmin gün axşam saatlarında Flora Gülməmmədə zəng vuraraq telefonla ona deyib ki, pulu qaytarmağa hazırdır, gəlib aparsın. Ertəsi gün bir tanışı ilə birlikdə taksi ilə paytaxta gələrək Floranın dediyinə görə evinə yaxın yerdə onunla görüşmüşdür. Gülməmmədin yanında tanışından başqa İmişlidən onları Bakıya gətirən taksi sürücüsü İsmayıl, Floranın yanında isə oğlu olmuşdur. Flora vəd etdiyi pulun 2000 (iki min) manatını ona qaytarmış, 2150 (iki min bir yüz əlli) manatı isə qalmışdır.
Ərizəçi həmçinin yazır ki, o vaxtdan sonra dəfələrlə Floranı tanıyanların vasitəsilə ona xəbərdarlıq etməsinə baxmayaraq, Flora ona qalan pulu qaytarmayacağını bildirmiş, "hara, kimə istəyirsən, şikayət et" demişdir. Odur ki, G.Səmədov başına gələnləri KİV vasitəsilə ictimailəşdirməyi redaksiyamızdan xahiş etmişdir.
Ərizədə göstərilənləri araşdırmaq məqsədilə 4 saylı poliklinikaya gedib baş həkimlə görüşdük. Özümüzü ona təqdim edib rəhbərlik etdiyi tibb müəssisəsinin Flora adlı əməkdaşını soruşduq. Baş həkim Floranın barəsində heç bir məlumat verməyəcəyini bildirdi. Poliklinikaya düşmüş çaxnaşmadan, müşahidələrimizdən belə qənaətə gəldik ki, axtardığımız tibb bacısı orada olduğu halda bizdən gizlədildi. Yuxarıda qeyd etdiyimiz kimi, artıq bu qəbildən olan dələduzluq faktlarının izinə düşülərək üstü açılmaqdadır. Redaksiya olaraq, öz növbəmizdə Azərbaycan Respublikasının Baş Prokurorluğunun, Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətli şəxslərinin diqqətini bu məsələyə yönəltməyə çalışacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı