Azərbaycan İdeyası

"Avropa Oyunları keçirən ölkənin vətəndaşlarıyıq, biz də istəyirik internetimiz olsun" - Biləsuvarda axsayan "rabitə işi" yenidən gündəmdə

Tarix:18-06-2019, 14:21
Baxış Sayı:437

Bir il əvvəl, yəni, keçən ilin aprelində qəzetimizdə "Biləsuvarda axsayan "rabitə işi"" başlıqlı məqalə dərc olunmuşdu. Biləsuvar rayonunun İsmətli kəndinin sakinləri Şakir Quliyev və başqaları yazırdılar ki, yaşadıqları küçə rayon telekommunikasiya qovşağı tərəfindən "yeni salınmış ərazi" kimi tanınır və kabelləşdirmə işi getmədiyindən onların evlərinə telefon çəkilməsi mümkün hesab edilmir. Dəfələrlə rayon TKQ-na müraciət etsələr də, heç bir əməli iş görülməyib. Sakinlərə "Aztelekom" MMC-dən cavab yazıblar ki, xətt şəbəkəsində genişləndirmə işləri aparıldıqdan və buna uyğun stansiyanın tutumu artırıldıqdan sonra evlərinə telefon xəttinin çəkilməsi mümkün olacaqdır.
"Aztelekom"dan oxşar məzmunlu cavab məktubu 2018-ci ilin may ayında redaksiyamıza da göndərilmişdi. Məktubda bildirilirdi ki, vətəndaşların rabitə xidmətlərindən istifadəsinin təmin edilməsi məqsədilə həmin ərazidə yeni kabel xətt şəbəkəsi tikilməlidir: "Göstərilənlərlə bağlı tərəfimizdən müvafiq texniki və təşkilati tədbirlər planlaşdırılır. Belə ki, həmin ərazidə yeni texnoloji avadanlıqlar quraşdırmaqla əhalinin telefon və internetə olan tələbatının ödənilməsi təmin ediləcəkdir".
Göründüyü kimi, məsələnin ictimailəşdirilməsindən bir il ötməsinə baxmayaraq, həll olunmamışdır. Kənd sakinləri yenə də şikayətlənirlər: "Avropa Oyunları keçirən Azərbayacanın vətəndaşlarıyıq. Biz də istəyirik ki, internetimiz olsun".
Xatırladaq ki, RYTN-nin sabiq yüksək rütbəli məmurları barəsində cinayət işi ("Rabitə işi")ilə əlaqədar aparılan istintaq araşdırmaları nəticəsində aşkarlanmış mənimsəmə faktları arasında 1550000 manat məbləğində yeyinti ayrıca sübuta yetirilmişdi. Söhbət "Optik Tikinti və Montaj" MMC-nin Biləsuvar TKQ-nin elan etdiyi kotirovkada qalib gələrək icraqsını üzərinə götürdüyü 1550000 manatlıq kabelləşdirmə layihəsinə ayrılmış pulların mənimsənilməsindən gedirdi. Nə dəyişib? Ötən bir il ərzində "Rabitə işi"ndə təqsirləndirilərək həbs olunan məmurlar artıq azadlığa çıxıblar. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO