Azərbaycan İdeyası

HƏRBİ PROKUROR CAVAB VERMƏYƏ SÖZ TAPMIR

Tarix:18-06-2019, 14:20
Baxış Sayı:334

Qəzetimizin 12 fevral 2019-cu il tarixli sayca 01 (70) - ci nəşrində 10-cu səhifədə dərc olunmuş "Bir aşkar xəstəliklə əsgər yolladılar, ikincisini də hərbi xidmətdə qazandı" sərlövhəli məqalədə ehtiva olunan məsələlərin obyektiv araşdırılmasının nəzarətinizə götürülməsi və nəticə barədə redaksiyamızın məlumatlandırılmasının təmin edilməsi barədə xahişimizi ifadə edən məktubumuz Azərbaycan Respublikasının Hərbi Prokuroru cənab Xanlar Vəliyevə yetişsə də, cavab almamışıq.
Sabirabad rayonunun Bala Həşimxanlı kənd sakini Rasim Penciyev redaksiyamıza göndərdiyi ərizəsində yazır ki, oğlu Penciyev Hakim 2018-ci il 24 oktyabr tarixdə sağlam vəziyyətdə hərbi xidmətə gedib, 5 aydan sonra yararsız halda evinə yollayıblar. Rasim Penciyevin ərizəyə qoşma etdiyi Xəstəlik Şəhadətnaməsindən bəlli olurdu ki, Hərbi Hospitalın rəyinə əsasən, Hakim Penciyev görmə qüsurları (miopiya, astiqmatizm), soltərəfli kəskin ocaqlı pnevmoniya diaqnozları ilə "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı" hesab olunmuşdur. Şəhadətnamədə yazılıb ki, guya H.Penciyev özü uşaq vaxtından zəif gördüyünü, həkimə müraciət etmədiyini, görmə qüsurunun tədricən artdığını, eynəkdən istifadə etmədiyini, çağırış hərbi-həkim komissiyasında şikayət bildirmədiyini, hərbi xidmətə yararlı hesab edildiyini demişdir.
Bu mövzuda qələmə aldığımız ilk məqalədən bəzi cümlələrin altını cızırıq: "Təəccüblüdür, deyilmi? Hərbi hissədə səhhətinin pisləşməsinə biganəlik göstərilməsi bir yana dursun. Tutaq ki, çağırışçı ikən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsində komissiyadan keçəndə səhhətindən şikayətlənməyib. Bəs onda komissiya nə üçündür? Bəlkə gənc qeyrətinə tapınıb, şikayətlənməyi qeyrətinə sığışdırmayıb. Komissiyanın tərkibində mütləq surətdə yer alan göz həkimi çağırışçını optik tibbi cihazlarla müayinə etməli, heç olmasa hamıya məlum ibtidai ləvazimatlarla divarda asılmış hərfləri və rəqəmləri oxutdurmaqla görmə qabiliyyətini yoxlamalıydı. Etməyibsə, niyə etməyib? Yerinə çatmağa çalışacağıq".
Etiraf edirik, hələ ki məsələnin "yerinə çata" bilmirik. Çünki hərbi prokurorluq məktubumuza cavab vermir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb