Azərbaycan İdeyası

.DƏRDİNİ BİZƏ DANIŞDI...

Tarix:18-06-2019, 14:19
Baxış Sayı:260






Son dövrlər cəmiyyətimizdə ailə münaqişələrini, məişət qayğılarını, səhhət poblemlərini kütləvi informasiya vasitələri ilə ictimailəşdirməyə çalışan insanların sayında artım müşahidə edilir. Bu mənfi tendensiya ilə düz mütənasib olaraq, fəaliyyətlərini məhz bu müstəvidə quran KİV-in, televerilişlərin də sayı çoxalır. Hərçənd, vətəndaşların öz dərdlərini bu yolla bölüşdürməsi heç də həmişə problemlərinin həllinə gətirib çıxarmır. Tamaşaçı sadəcə seyr edir, qulaq asan sadəcə dinləyir, oxucu da sadəcə göz atır, vəssalam.
Bir çox KİV-dən fərqli olaraq, "Korrupsiya və Qanun" qəzeti vətəndaşların qarşılaşdıqları çətinlikləri yalnız ictimailəşdirmir, həm də aidiyyəti qurumlara rəsmi müraciətlər edərək, onların diqqətini məsələyə yönəltməyə, problemin həllinə nail olmağa çalışır. Bu günlərdə Göyçay rayonunun Bığır kəndində yaşayan 1963-cü il təvəllüdlü Nəbiyeva Həbibə Əkbər qızı redaksiyamıza ərizə ilə müraciət edərək, dərdini oxucularımızın müzakirəsinə çıxarmağı, problemlərini ictimailəşdirməyi xahiş etmişdir.
Yazır ki, böyük külfət sahibi olan gözdən əlil atası kasıb adam olduğu üçün üç əsr yaşı olan qəzalı vəziyyətli ata evini təmir elətdirə bilməyib. Qızlar, yəni, özü və bacıları işləyib xəstə valideynlərinin qayğısını çəkiblər. Bir Həbibədən başqa bacılarının heç biri ailə həyatı qura bilməyiblər. Atasının təkidi ilə ərə gedən Həbibə də həyat yoldaşı sarıdan yarımayıb, boşanıb. Dünyaya gətirdiyi iki övladın biri elə körpə ikən dünyasını dəyişib. 34 yaşlı yeganə oğlu da xəstədir.
Ərizədən ürəkürpədici cümlələr oxuyuruq: "Canımı, həyatımı onun (oğlunun - red.) yolunda qoymuşam, Onu da ətrafı, mənim öz doğmalarım elə yoldan çıxarıblar ki, amma bir ana kimi dəyərim yoxdur.Bu qalsın bir yana, hazırda özüm çox pis vəziyyətdəyəm. Heç bir çıxış yolum, imkanım yoxdur deyə hara üz tuturam hədəfim daşa dəyir. Artıq hünərim, dözümüm qalmayıb. Ona görə də son zamanlar intihara cəhd etmək dərəcəsinə çatmışam. İntihar etsəm, Allah qarşısında cavab verə bilmərəm deyib fikirləşdim ki, televiziya verilişlərinin hansısa birinə gedim düşüm və imkansız, kimsəsiz, xəstə bir adam kimi mənəvi yardım diləyim. Mənim qapımı açan, mənimlə maraqlanan yoxdur. Bu bir çox səbəblər üzündəndir ki, hamısını yazıb sığışdıra bilmədiyimdən, qısa məlum edirəm: 2019-cu ilin mart ayının axırlarında bir neçə dəfə Xoşqədəm Hidayətqızının verilişində oldum, axıra qədər oturdum. Lakin yaxın düşüb iki kəlmə söz deyə bilmədim. 26 mart tarixində dözə bilmədim, qeydiyyata yazılıb qayıdıb gəldim. Di gəl, onların da nə vaxt çağıracaqlarına dözüb gözləyə bilmirəm ki, gedib problemlərimi çatdıra biləm. Mənim problemlərim isə qaldıqca o qədər çoxalıb, mürəkkəbləşib ki, bilmirəm hansını yazım, hansını irəli çəkim. Hamısının da həlli vacibdir, təcilidir. Təkliyimdən əlavə, yaşadığım üç əsrlik bina da qəzalı vəziyyətdədir, heç cür də təmirinə imkanım yoxdur. Problemlərim haqda bir çox yerlərə, aidiyyati qurumlara müraciət etmişəm, lakin indiyə qədər heç bir nəticəsi olmayıb. Sonda İcra Hakimiyyətinə yazılı müraciət etdim ki, heç olmasa bir örtük təşkil edin, üstünü örtək. Ondan sonra kənd icxra nümayəndəliyindən tent deyilən bir örtük alıb verdilər. Kimsəsizlik üzündən o örtük də indiyə kimi çəkilməmiş qalır. Anam 14 il yataq xəstəsi olub. Onun sağlığından miras qalan qaz, işıq borcunu hələ də ödəyib qurtara bilmirəm. Gəlirlər ki, qazı, işığı kəsəcəyik. Qaz xəttim kəsildisə, təsəvvür edin ki, mənim həyatım sona çatdı deməkdir. Mən oturub həır şeyi fikirləşirəm. Lakin övladımı da həm qınayıram, həm də qınamıram. Oğlum Bəhruz özü də xəstədir. Şəraitsizlikdən, acınacaqlı vəziyyətdən bezdi, kəndi, məni tərk elədi. Özümü yaşada bilmədiyimdən, xəstə övladımı da mənim yanımda yaşamağa məcbur edə bilmirəm..."
Həbibə Nəbiyeva redaksiyamızdan xahiş edir ki, məktubda qeyd etdiklərini ictimailəşdirib geniş oxucu kütləsinə çatdıraq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb