Azərbaycan İdeyası

Ağsuda Aprel zəfəri tədbirləri

Tarix:30-04-2019, 17:00
Baxış Sayı:193

Aprelin ilk günlərində ölkə ictimaiyyəti 2016-cı il Aprel zəfərinin üç ilinin tamam olmasını qürurla qeyd etdi. Aprelin 7-də Ağsu rayonundun Bico kəndində Aprel döyüşlərində şəhid olan Azərbaycan Ordusunun giziri Toğrul Fərəczadənin məzarı ziyarət edilib, şəhidin ev-muzeyinə baxılıb. Aprel zəfərinin üçüncü ildönümü ilə əlaqədar keçirilən rayon tədbirində Aprel şəhidlərinə həsr edilən video-çarx nümayiş etdirilib. Ədəbi-bədii kompozisiya iştirakçılarda erməni qəsbkarlarının xalqımıza qarşı törətdikləri ağır günlərin xatirələrini, tarixi qələbəmizlə qazanılan şanlı günlərin sevincini yaşadıb.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Tahir Kərimli və başqaları çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun aprel döyüşlərindəki qələbəsindən, yüksək döyüş qabiliyyətindən, torpaqlarımızı erməni işğalçılarından hər an azad edə biləcək qüdrətə sahib olmasından danışıblar.
2016-cı ilin yanvar ayından SHXÇDX-nin Ağsu rayon Şöbəsinin rəisi vəzifəsində işləyən polkovnik-leytenant Nizami Mikayıl oğlu Heybətov Bakı Dövlət Universitetinin məzunudur. Bizimlə görüşü zamanı söhbətində bildirdi ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu gün Silahlı Qüvvələrimiz yeni inkişaf mərhələsinə qədəm qoyub. Hərbi hissələrin müasir standartlara uyğun qurulması, şəxsi heyətin həyat və məişət şəraitinin yaxşılaşdırılması, ordumuzun müasir silahlarla təminatı istiqamətində görülən mühüm işlər sayəsində Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları ilə bir cərgədə öz layiqli yerini tutub. Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun gücünü və işğal altındakı torpaqlarımızı qısa müddətdə azad etməyə qadir olduğunu bir daha göstərdi. Azərbaycan xalqı öz Prezidentinə inanır və işğal altındakı torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi ilə azad ediləcəyi, ərazi bütövlüyümüzün təmin olunacağı, bayrağımızın Şuşada, Xankəndidə, Laçında və işğal altındakı digər əzəli torpaqlarımızda dalğalanacağı günün uzaqda olmadığına qəti əmindir".
HXÇB-nin zabiti kapitan Nizami Bayramqulu oğlu Heydarov 2013-cü ilin fevral ayından SHXÇX-nin Ağsu rayon Şöbəsində işləyir. Öz xidməti vəzifəsinin öhdəsindən layiqincə gəlir. Nizami müəllim bizə verdiyi müsahibədə bildirdi ki, vaxtaşırı keçirilən Ağsulu çağırışçı gənclərin hərbi xidmətə yola salınması mərasimlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX), Azərbaycan Gənclər Fondunun, Ağsu Rayon İcra Hakimiyyətinin, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, valideynlər iştirak edirlər: "Bir qayda olaraq bu tədbirlərin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzürlər. Sonra çağırışçılar Heydər Əliyev Mərkəzində olur, Ulu Öndərin həyat yolu, siyasi və dövlətçilik irsini əhatə edən zəngin guşələr və sərgilərə baxırlar. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirlərdə respublikanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılır. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev gəncləri hərbi xidmətə yola düşmələri münasibətilə təbrik edir, qalib əsgər kimi doğmalarının yanına qayıtmağı arzulayır. Çıxış edən zabitlər son illər ölkəmizin hərb quruculuğunda qazanılan uğurlardan, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, çağırışaqədərki hazırlığın keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışır, hərbi xidmətə yola salınan gənclərin ordumuzun qorxmaz, cəsur və layiqli əsgərləri olacaqlarına inandıqlarını deyir, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edirlər.Çağırışçılar da öz növbələrində Vətənə xidmət etməyə yola düşdüklərindən qürur duyduqlarını deyərək, ən böyük arzularının işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirirlər. Məsələn, yaddaqalan təbrlərdən biri yanvar ayında baş tutmuşdu. Həmin tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etmiş, Ağsu şəhər məktəblilərinin ifasında kompozisiya təqdim olunmuşdu..Sonra gənclər Azərbaycan bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla hərbi hissələrə yola salınmışdılar".
1994-cü ildən SHXÇX-nin Ağsu rayon şöbəsinin HXÇB-də müfəttiş vəzifəsində işləyən Əhədov Sənan Səbzalı oğlu deyir ki, yeniyetmələrin hərbi xidmətə hazırlığlı SHXÇX-nin Ağsu rayon şöbəsinin diqqət mərkəzindədir: "Martın 12-13-də Ağsu rayon Gənclər və İdman İdarəsinin, Təhsil şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin birgə təşkilatçılığı ilə Ağsu şəhər P.F.Mirzəyev adına 5 saylı tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirilib. Rayon məktəblilərinin hərbi xidmətə hazırlanmasına kömək göstərmək və zona birinciliyində Ağsu rayonunu təmsil edəcək komandanı müəyyən etmək məqsədi daşıyan yarışda 15 ümumtəhsil tam orta məktəb komandasından ümumilikdə 176 nəfər məktəbli iştirak edib. Yarışda I yerə P.F.Mirzəyev adına şəhər 5 saylı tam orta məktəbin, II yerə S.Umbayev adına şəhər 2 saylı tam orta məktəbin, III yerə isə şəhər 4 saylı tam orta məktəbin komandaları layiq görülüblər. Bu komandalar Ağsu rayon Gənclər və İdman idarəsinin diplom və qiymətli hədiyyələri, Ağsu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin isə Fəxri Fərmanları ilə təltif olublar".
HXÇB-nin müfəttişi Abdullayeva Zeynəb Qələmçah qızı da 1994-cü ildən Şöbədə işləyir. Onun sözlərinə görə, Ağsulu şəhidlərin xatirə və anım günlərində keçirilən tədbirlər də Ağsulu gənclərdə vətənpərvərlik duyğularının aşılanmasına xidmət edir: "Yanvarın 18-də Azərbaycanın anım günü qeyd olunan Milli Qəhrəmanı Şamil Ağasəf oğlu Ramazanov 1976-cı il yanvarın 19-da Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açıb. 1993-cü ildə X sinfi bitirib, 1994-cü ilin martında Milli Ordu sıralarına çağırılıb. Bir neçə ay hərbi təlim keçdikdən sonra hərbi hissəyə göndərilib. Çevikliyi, bacarığı ona əsgər və zabitlər arasında böyük hörmət qazandırıb. Tezliklə peşəkar bir döyüşçü kimi yetişib. 1995-ci il 13-17 mart hadisələri zamanı vətən borcunu yerinə yetirən gənc döyüşçü ağır yaralanıb və aldığı bu yaradan gözlərini əbədi yumub. Anım mərasimində şəhidin həyat yolu barədə danışılıb, onun göstərdiyi şücaətdən söz açılıb. Ağsaqqalların, ziyalıların, gənclərin qatıldığı mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək Milli Qəhrəmanın məzarını ziyarət edib, üstünə çiçəklər düzüblər".
1984-cü ildən SHXÇB-nin Ağsu rayon Şöbəsinin məxfi kargüzarı vəzifəsində işləyən Bədəlova Nailə Qələmçah qızı isə yada saldı ki, ötən ilin aprel ayında Azərbaycan xalqı növbəti dəfə cənab İlham Əliyevə səs verməklə, onu təkcə respublikaya prezident deyil, həm də Silahlı Qüvvələrimizə Ali Baş Komandan seçdi: " 3 il əvvəl aprel ayında Ali Baş Komandan İlham Əliyev düşmənə unutmayacağı bir məğlubiyyət acısını yaşatdı. Qalibiyyət hərisi olan bir xalqın zəfər tarixinə daha bir şanlı səhifə- Lələtəpə zirvəsi yazıldı. Ilham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan öz sözünü deməyə qadir olan güclü bir dövlətdir. O zaman bütün Azərbaycan xalqı tək yumruq kimi öz Prezidentinin ətrafında birləşərək qalibiyyətə imza atdı. Bu xalq 2018-ci ilin aprel ayını da öz tarixinin zəfər səhifəsi kimi yazdı. Bu qalibiyyət Azərbaycan xalqının haqqı idi".
SHXÇX-nin Ağsu rayon Şöbəsinin əməkdaşlarından Səlimova Cəmalə Fizuli qızı 2016-cı ildən Şöbənin kollektivinin üzvüdür. Bizimlə söhbətində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi hücum diplomatiyası nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi: "Beynəlxalq təşkilatların diqqəti bu problemə yönəldi, Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Azərbaycan tarixinə zəfər səhifələrindən biri kimi daxil olmuş aprel döyüşlərində qəhrəman ordumuz Ermənistanın təxribatına cavab olaraq keçirdiyi əks-hücum əməliyyatı nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərinin bir qismini, ümumilikdə 2 min hektardan çox torpağı işğalçılardan təmizləyərək böyük bir əraziyə nəzarəti ələ aldı".

Mahizər Qəribova [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU