Azərbaycan İdeyası

."Qarasu" Əməliyyat Şirkəti işçilərinin məzuniyyət hüquqlarını pozur

Tarix:20-06-2019, 14:09
Baxış Sayı:753

Konstitusiyanın 37-ci maddəsinə görə hər kəsin istirahət hüququ vardır. Əmək müqaviləsi ilə işləyənlərə qanunla müəyyən edilmiş, lakin gündə 8 saatdan artıq olmayan iş günü, istirahət və bayram günləri, ildə azı bir dəfə 21 təqvim günündən az olmayan ödənişli məzuniyyətin verilməsi təmin edilir.
Məzuniyyət hüququ ilə bağlı müddəalar Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq hüquqi aktlarda da öz əksini tapmışdır. «Ödənişli məzuniyyətlər haqqında» Beynəlxalq Əmək Təşkilatının 1970-ci ildə qəbul etdiyi və 1994-cü il 19 iyun tarixdən Azərbaycan Respublikasının qoşulduğu Konvensiyasının 3-cü maddəsinin birinci bəndinə görə hər bir şəxs müəyyən edilmiş minimum müddətli illik ödənişli məzuniyyət hüququna malikdir.
Konstitusiya və beynəlxalq konvensiyanın prinsip və normalarına uyğun olaraq istirahət vaxtı və məzuniyyət verilməsinin qayda və şərtləri də Azərbaycan Respublikasının Əmək Məcəlləsində tənzimlənən münasibətlər sırasındadır.
Mövcud qanunvericiliyə görə ödənişli əmək məzuniyyətindən istifadə etmək hər bir işçinin əsas hüquqlarından sayılır. Lakin təəssüf ki, günümüzdə işçilərlə işəgötürənlər arasında məhz bu hüquqların pozulması hallarına daha çox rast gəlinir və bu cür problemlər hələ də aktual olaraq qalır.
Azərbaycan Respublikasında dövlət müstəqilliyinin bərpası və yeni iqtisadi münasibətlərə keçid şəraitində digər hüquqlar kimi, istirahət hüququnun təmin edilməsində də bəzi “axsamalar” yarandı. Əmək Məcəlləsinin 135-ci maddəsinin 2-ci hissəsinə 3 mart 2006-cı il tarixli Azərbaycan Respublikası Qanunu ilə edilən son dəyişiklikdən öncə həm işəgötürənlər tərəfindən, həm də digər səbəblərdən işçilərə əmək məzuniyyətləri vaxtlı-vaxtında verilmirdi. İşçilərin illər boyu verilməmiş və ya istifadə edilməmiş məzuniyyətləri toplanılaraq qalırdı. Bunun nəticəsi olaraq, işçilərin illər boyu yığılmış əmək məzuniyyətlərinə çıxmaqları bir növ istehsalın və xidmətin təşkilində problemlər yaradırdı və ya işçi işdən çıxanda pul əvəzlərinin verilməsində sıxıntılar yaşanırdı. Bütün bu hallar nəticəsində işçilərin hüquqları pozulmuş olurdu.
Bu situasiyadan çıxış yolu olaraq və məzuniyyət hüquqlarının pozulmasından çəkindirmək məqsədilə 2006-cı ildə 135-ci maddəyə kompensasiya müəyyən edən norma əlavə olundu: “İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir.”
Əmək Məcəlləsinin 135-ci maddəsinə əsasən, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi QADAĞANDIR. Həmçinin, 135-ci maddənin 2-ci bəndində qeyd edilir ki, İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Deməli, işəgötürən bütün işçilərin məzuniyyət hüququndan istifadə etməsinə şərait yaratmalıdır. Amma xüsusi hallarda məzuniyyət hüququndan işçinin istifadə etmə imkanı olmazsa, bu halda istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verməlidir. Amma bu halın əsaslandırılması mütləq rəsmiləşdirilməlidir ki, işçi hansı əsaslı səbəbdən əmək məzuniyyətindən istifadə etməyib.
Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Əsgərov Cuvan Abısalam oğlu redaksiyamıza ərizə ilə müraciət edərək bildirir ki, 1998-ci ildən "Qarasu" Əməliyyat Şirkətində işləyir. Yazır ki, müharibə veteranı olduğu və döyüşlərdə iki dəfə yaralandığı üçün Əmək Məcəlləsinin 2000-ci ildən qüvvəyə minən 120-ci maddəsinə əsasən ona hər il 46 gün məzuniyyət verilməli olduğu halda 2015-ci ilə qədər ya 27, ya da 33 iş günü məzuniyyət veriblər. Savadsız olduğu üçün bundan gec xəbər tutub. Sonradan şirkətin prezidentinə, şirkətin hüquqşünasları Əlisəttar və Anar bəylərə müraciət edib. Xeyli çək-çevirdən sonra yalnız bir ilə görə məzuniyyət günləri fərqinin ödəncini ala bilib. Sonrakı 2017-2018-ci illərdə ona qanuni 46 günlük məzuniyyət veriblər. Beləliklə, 15 il az istifadə etdiyi məzuniyyət günlərinə görə haqqını ala bilməyib. Hətta iş Əsgərovun şikayət etdiyi Əmək Müfəttişliyindən dolayı məhkəmə müstəvisinə də gedib çıxıb. Əsgərov yazır ki, heç onu məhkəməyə çağıran, şirkətin lehinə çıxarılan qərarı ona verən də olmayıb.
Eyni məsələ ilə şirkət rəhbərliyi ilə mübahisəyə qalxan Şahmar, Namiq, Mətləb adlı iş yoldaşları fərq məbləğini ala biliblər. Əksinə, rəhbərlik Əsgərovu sıxma-boğmaya salıb ki, niyə onları başa salıb.
Xatırladaq ki, Azәrbaycan Respublikasının azadlığı, suverenliyi vә әrazi bütövlüyü uğrunda xәsarәt (yaralanma, travma, kontuziya) alan işçilәrә, Azәrbaycanın Milli Qәhrәmanlarına, Sovet İttifaqı Qәhrәmanlarına, 1941-1945-ci illәr müharibәsindә döyüş әmәliyyatlarında iştirak etmiş, habelә hәrbi xidmәtdә olmuş, lakin döyüş әmәliyyatlarında iştirak etmәmiş hәrbi qulluqçulara, İstiqlal ordeni ilә, habelә Azәrbaycan Respublikasının suverenliyi vә әrazi bütövlüyünün müdafiәsi ilә bağlı digәr dövlәt tәltiflәri ilә tәltif olunmuş işçilәrә mәzuniyyәt 46 tәqvim günündәn az olmayaraq verilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb