Azərbaycan İdeyası

SƏLİM MÜSLÜMOVUN TÜRMƏ YOLDAŞI DƏLƏDUZLUQ EDİR

Tarix:27-09-2019, 15:42
Baxış Sayı:740

Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, ev 20, mən. - 27 ünvanda qeydiyyatda olan, hazırda V.Abdullayev - 18 ünvanda yaşayan Yusibov Əslan Gülmalı oğlu redaksiyamıza ərizə ilə müraciət etmişdir. Yazır ki, 2014-cü ildən tanıdığı Rəsulov Yaşar Rəsul oğlu onu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində işə düzəldəcəyini vəd edərək 8000 (səkkiz min) manat pulunu almışdır. Bildirir ki, Yaşar onu inandırmaq üçün sabiq nazir Səlim Müslümovla həbsxana yoldaşı olduğunu, nazirliyin məsul işçisi Əjdər Cəbiyevin kitabının öz mətbəəəsində çap etdirdiyini, Müslümovun onu Cəbiyevə tapşırdığı demişdir. Yaşarın sözlərinə inanan Əslan da qohum-əqrəbasından, dost-tanışından pyul toplayaraq ona vermişdir. Əvəzində Yaşar ona guya işə götürülməsi barədə saxta əmr çıxarışı vermişdir. Əslan aldadıldığını başa düşəndən sonra pulunu geri istəmiş, Yaşar isə pulu artıq xərclədiyini, qaytarmaq imkanı olmadığını demişdir. Çıxış yolu kimi "demokratiya və hüquq" qəzetindən Əslana onun həmin qəzetdə işlədiyini təsdiqləyən arayış təklif etmişdir. Demişdir ki, onun adına "Atabank"dan pul götürüb ona verəcək, sonra da aybaay hissə-hissə özü qaytaracaq. Bununla da Əslanı ikinci dəfə aldatmışdır.
Əslan Yusibovun ərizəsinə qoşma etdiyi "Demokratiya və Ədalət" qəzeti adından verilmiş 15.08.2015-ci il tarixli 17/148 saylı arayışdan bəlli olur ki, qəzetin baş redaktoru R.Y.Rəsulov öz imzası və qəzetin möhürü ilə Yusibov Əslan Gülmalı oğlunun adı çəkilən qəzetin yayım şöbəsinin müdiri vəzifəsində işlədiyini və 470 (dörd yüz yetmiş) manat maaş aldığını təsdiqləmişdir. Bundan başqa ərizəyə əlavə edilmiş Mingəçevir şəhər prokurorluğunun Rəsulov Yaşar Rəsul oğlunun cinayət işi üzrə 19 iyul 2018-ci il tarixli cinayət işi üzrə İttiham Aktından bəlli olur ki, istintaq zamanı təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizası redaksiyadan verilmiş arayışdakı imzanın həqiqətən də Yaşar Rəsulov tərəfindən icra olunduğunu təsdiqləmişdir.
İttiham aktından bəlli olur ki, Yaşar Rəsulov müxtəlif vaxtlarda Mingəçevir şəhər sakinləri Bağırov Ağasalam Salam oğlunu, Mədətov Pərvin Əbülfət oğlunu, Yusifov Fikrət Hacıbala oğlunu, Bərdə rayonunun Balaca Qacar kənd sakini Qurbanov Elgiz Vahid oğlunu, Ağdaş şəhər sakini Həsənov Cavid Elxan oğlunu aldadaraq pullarını mənimsəmişdir.
Yaşar 2016-cı ildən başlayaraq Əslanı guya işə düzəltmək üçün çalışdığına inandırmaq üçün onun nömrəsinə müxtəlif tanışlarına zənglər vurdurmuşdur. Belə ki, 2016-cı ilin iyul ayında 0557758748 nömrəsindən adını qeyd etməyən şəxs, 16.10.2016-cı il tarixdə 0503901342 nömrəsindən adının Elnur olduğunu deyən şəxs, 06.04.2015-ci il tarixdə 0553238041 nömrəsindən naməlum şəxs, 23.05.2017-ci il tarixdə 0556771908 nömrəsindən Vüsal kimi təqdim olunan şəxs Əslanın nömrəsinə zəng edərək Nazirliyin işçisi olduqlarını və onu işə düzəldəcəklərini deyirmişlər. İstintaq aktında həmin telefon nömrələrini işlədən şəxslərin istintaqa cəlb olunduqları görünmür. Cəlb olunsalar, artıq söhbət mütəşəkkil cinayətdən getməliydi. Ehtimal etməyin yeri var ki, bəlkə də həmin şəxslərin arasında həqiqətən də ƏƏSMN-nin əməkdaşları, yaxud da Yaşar Rəsulovun başqa türmə yoldaşları-keçmiş məhkumlar olmuşdur.
Mütəşəkkil cinayətdən söz düşmüşkən, Əslan Yusibovun söylədiklərindən məlum olmuşdur ki, Yaşar Rəsulovun əslində möhüründən Əslanı aldatmaq məqsədilə istifadə etdiyi qəzetin təsisçisi, qəzetin baş redaktoru isə onun həyat yoldaşı Rəsulova Sahibə Qiyas qızıdır. Əslana verilmiş saxta arayışda qeyd olunur ki, həmin qəzetin redaksiyası Bakıda - "Azərbaycan" Nəşriyyatında yerləşir. Biz öz növbəmizdə araşdırdıq ki, "Azərbaycan" Nəşriyyatında belə bir qəzet redaksiyası fəaliyyət göstərmir. Bununla belə, Rəsulova Sahibə Qiyas qızını özümüzə həmkar bilib ona zəng açdıq, ərinin Əslan Yusibova verdiyi arayışdan xəbəri olub-olmadığını soruşduq. Yeri gəlmişkən qeyd edək ki, Sahibə Rəsulova istintaqda başqa epizodla bağlı şahid qismində ifadə vermiş, ərinin vətəndaşlarla müqavilə bağlayıb onlara məhkəmə proseslərində zəhmət haqqı müqabilində nümayəndə qismində köməklik etdiyini demiş, lakin məlum arayışla əlaqədar dindirilməmişdir. Sahibə Rəsulova gözlədiyimiz kimi, ərinin müdafiəsinə qalxdı, özünün qəzetin baş redaktoru olduğunu təsdiqlədi, gah səsinin tonunu qaldırdı, gah hədə-qorxu gəldi. Amma Yaşarın digər işdəycələrindən də xəbərdar olduğumuzu bilincə, mülayimləşdi, bizimlə görüşüb üzbəüz söhbət etmək istədiyini bildirdi. Redaksiyamıza dəvət etdik, "Mingəçevirdəyəm, siz gəlin" dedi. Biz isə öyrənmək istədiyimizi artıq öyrənmişdik: Mingəçevir şəhərinin "DRES" qəsəbəsindəki 4 saylı məktəbdə müəllimə işləyən, yəni, yetişməkdə olan nəslin təlim-tərbiyəsi ilə məşğul olan Sahibə Rəsulova ərinin başqalarını tamah məqsədilə aldatdığını yaxşı bilirmiş və bizim çəkdiyimiz misalda (Əslan Yusibovun aldadılmasında) hətta ərinə köməklik də edibmiş.


Mövzuya qayıdacağıq. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO