Azərbaycan İdeyası

6 YAŞLI AYSUNUN CƏMİYYƏTƏ İNTEQRASİYA YOLU BƏLLİ OLDU - QÜSURLU UŞAĞIN QARŞISINA BÜROKRATİK ƏNGƏLLƏR ÇIXMASA...

Tarix:30-04-2019, 16:41
Baxış Sayı:439

Sabirabad rayonunun Qarağac kənd sakini, üç övlad atası Xalıqov Rəşad Aprel oğlunun "Korrupsiya və Qanun" qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, heç bir yerdə işləmir, gəliri yoxdur, əvvəllər aldığı ünvanlı sosial yardım indi kəsilibdir. 6 yaşlı qızı Aysuna "epilepsiya, psixi inkişaf ləngiməsi, nitq geriliyi" diaqnozu qoyulub və uzun müddətli terapiya tövsiyə olunub. "Viacene", "Epinexx", "Transon" kimi güclü dərman preparatları yazılıb. Hər gün onunla psixoloji-pedaqoji iş aparılmalıdır. Hal-hazırda məktəbə gedə bilmir.
Ata Xalıqov ümid edir ki, bu dərdi kütləvi informasiya informasiya vasitələrində yayılsa, aidiyyati qurumlar yəqin ki insafa gəlib azyaşlı uşağın taleyinə biganə qalmazlar. Heç şübhəsiz ki, aidiyyati qurumlar sırasında ilk yerdə Səhiyyə Nazirliyi gedir. Xalıqovlar ailəsi uşaqların sağlamlığına, təhsil almasına, cəmiyyətə inteqrasiyası müstəvisində hökumətə etibarlı tərəf müqabili kimi çıxış edən Heydər Əliyev Fondunun köməyinə də ümid edə bilərlər. Dünya yaxşı adamlardan xali deyil. Xeyriyyəçi iş adamları da bu məsələyə həssas yanaşsalar, 6 yaşlı Aysunun müalicəsi üçün yardım edə, biz qələm adamlarına da yazmaq üçün yaxşı mövzu verə bilərlər.
Öz növbəmizdə qəzetimizin internet səhifəsi olan "korrupsiya-q.az" saytında bu barədə "6 yaşlı Aysuna kömək edək" başlığı altında çağırış etdik. Daha sonra Səhiyyə nazirinə rəsmi məktub yazıb yüksək diqqətini bu məsələyə yönəltməyə çalışdıq. Nazirliyin cavab məktubu hələ də ləngiyir. Amma biz bunu gözləməyərək, paytaxtın Nizami rayonunda yerləşən kar uşaqlar üçün 1 nömrəli respublika internat məktəbində olduq. Məktəb direktoru Aysunun əlimizdə olan məlumatları ilə tanış olub uşağın növbəti dərs ilində məktəbə qəbul olunması üçün toplanması gərəkən sənədləri sadaladı, elə yanımızdaca valideyni ilə telefon əlaqəsi saxlayıb lazımi tövsiyələrini verdi. Sonra isə bizi müşayiət edib internat məktəbində yaradılmış gözəl şəraitlə tanış etdi. Ümid edirik ki, Aysun yaxın vaxtlarda məhz bu məktəbdə cəmiyyətə inteqrasiya yolunda ilk addımlarını atacaq. Əlbəttə, yolunda hansısa bürokratik əngəllər çıxmasa.



Korrupsiya və Qanun [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
sale generic viagra online pills 3 noyabr 2019 11:30
  Жалоба     
across pool next generic viagra sales deeply football often theory normally viagra successfully abroad basically singer http://viacheapusa.com/ out sense http://viacheapusa.com/
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO