Azərbaycan İdeyası

NAZİRLƏR KABİNETİNİN GƏNCLƏRİ ƏSGƏRLİYƏ TƏK BÖYRƏKLƏ GÖNDƏRƏN QƏRARINI DƏYİŞDİRMƏYƏ NİYƏ TƏŞƏBBÜS GÖSTƏRƏN YOXDUR?

Tarix:30-04-2019, 17:00
Baxış Sayı:413

İngilis yazıçısı Mari Monteqyu deyib ki, insan dünyasında ən ədalətlə paylanmış nemət ağıldır, çünki heç kəs öz ağlından gileylənmir. Aydın məsələdir ki, dəlinin dəli olduğunu dərk etməsinə ağlı çatmır. Amma insan orqanizminin elə nöqsanları olur ki, onlar yalnız ekstremal şəraitdə, yaxud, müəyyən yaş həddinə çatdıqda özünü fəsadlarla büruzə verir. Həmin şərait, yaş dövrü yetişməyincə, belə səhhət qüsurlarını yalnız xüsusi tibbi texnikanın köməyilə aşkarlamaq mümkündür. Gənclərin hərbi xidmətə yararlığını ilk növbədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerlərdəki şöbələrində təşkil olunan həkim komissiyaları yoxlayırlar. Redaksiyamıza ərizə ilə müraciət etmiş Göyçay rayonu, Heydər Əliyev prospekti - 209 ünvanda, 106 saylı peşə liseyinin yataqxanasında yaşayan Rəhimova Validə Mahmud qızı yazır ki, oğlu Sadiq İbrahimov 2002-ci ilin aprelində hərbi xidmətə göndəriləndən altı ay sonra Şəmkir Hərbi Hospitalına yerləşdirilərək orada babasildən əməliyyat olunmuşdur.Qazax döyüş bölgəsində hərbi xidmətini tam başa vurub qayıtdıqdan sonra məlum olmuşdur ki, 2002-ci ildə hospitalda keçirdiyi əməliyyat zamanı hepatit virusuna yoluxmuşdur.. Üstəgəl, 2015-ci il həkim müayinəsi zamanı aşkar olunmuşdur ki, o, anadangəlmə təkböyrəklidir. Keçən il aidiyyati qurumlar qarşısında məsələ qaldırılandan sonra Azərbaycan Respublikasının Hərbi Prokurorluğu vətəndaş Validə Rəhimovanın oğlu Sadiq Bayram oğlu İbrahimovun xidmət dövründə Şəmkir Hərbi Hospitalında düzgün müayinə və müalicə olunmamasına dair müraciətini baxılması üçün Müdafiə Nazirliyinə göndərmişdir. Öz növbəsində Müdafiə Nazirliyi Validə Rəhimovaya cavab yazmışdır ki, ərizəsi Nazirliyin Tibb Baş İdarəsində "araşdırılıb": "MN-nin hərbi müalicə müəssisələri hazırda həqiqi hərbi xidmət keçən hərbi qulluqçuların müayinə və müalicəsini təmin edir. Hərbi xidmətdən tərxis olunduqdan sonra vətəndaşların müalicə və sosial müdafiəsi məsələlərinə Səhiyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbələrində baxılır. Sizə həmin nazirliklərin müvafiq orqanlarına müraciət etməyiniz tövsiyə olunur". Göründüyü kimi, MN-nin məktubunda Tibb Baş İdarəsində "aparılmış" araşdırmanın nəticəsi bildirilmir, MN sadəcə məsuliyyətdən yaxasını kənara çəkir. Bir sözlə, hərbi həkimlərin səhlənkarlığının üstünə gəlinmir. SHXÇDX-nin Rəhimovaya göndərdiyi məktubda isə görün nə yazılıb: "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2000-ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"də səhhəti ilə əlaqədar şikayət bildirməyən vətəndaşlara daxili orqanların ultrasəs müayinəsinin məcburi aparılması nəzərdə tutulmamışdır. Böyrəklərin anadangəlmə inkişaf qüsurunun aşkarlanması yalnız daxili orqanların ultrasəs müayinəsi zamanı mümkündür". Dövlət Xidmətinin yazdığı növbəti cavab məktubunda isə NK-nin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarına istinad olunur: "...Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin tələblərinə əsasən tibbi baxışların, müayinələrin (müşahidələrin), müalicə-sağlamlıq tədbirlərinin və profilaktik peyvəndlərin təşkili və keçirilməsi dövlət səhiyyə sisteminin yerli idarəetmə orqanlarına və tibb müəssisələrinə həvalə olunmuşdur. Eyni zamanda, rayon (şəhər ) çağırış komissiyalarının işində yerli icra hakimiyyəti başçılarının qərarı ilə dövlət səhiyyə müəssisələrində çalışan həkim mütəxəssislər iştirak edir (ezam edilir) və çağırışa cəlb olunan çağırışçıların tibbi müayinədən keçirilməsini və şəhadətləndirilməsini həmin həkim mütəxəssislər yerinə yetirirlər. Bununla belə, ərizənizdə göstərilən məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur". İndi isə keçək, V.Rəhimovanın Prezident Administrasiyasına yazdığı müraciətə Göyçay Rayon İcra Hakimiyyətindən aldığı cavaba. RİH-dən vətəndaşa bildirmişlər ki, oğlunun anadangəlmə qüsurlu olmasına baxmayaraq həqiqi hərbi xidmətdə qulluq etdiyi üçün dövlətdən təzminat tələbi ilə bağlı aidiyyati üzrə hüquq mühafizə orqanlarına müraciət etməyiniz tövsiyə olunmuşdur. Həmçinin ailəyə ünvanlı sosial yardım təyin olunması ilə bağlı yeni qaydalar izah edilmişdir. Ən biabırçı hal budur ki, RİH V.Rəhimovanın ailə vəziyyətini "nəzərə alaraq" ona 20 (iyirmi) manat yardım etmişdir. Göründüyü kimi, hamı - MN, SHXÇDX, RİH məsuliyyəti öz üzərindən atmaq istəyir. Açıq deyirlər ki, şikayətlənməmisənsə, günah özündədir. NK-nən məlum qərarı isə kimlərəsə çağırışçı gənclərin taleyi ilə oynamaq, bu məsələdə manipulyasiyalar etmək (sağlamın yerinə xəstəni əsgər göndərib plan doldurmaq) imkanı verir. Qanunda, normativ hüquqi aktlardakı boşluqları doldurmaq üçünsə heç kəs təşəbbüs göstərmir. Hərbi prokurora, Müdafiə nazirinə, SHXÇDX rəisinə ordu sıralarını məhz sağlam (bizim misalda ikiböyrəkli) əsgərlər hesabına formalaşdırmaq maraqlı deyil.

"Korrupsiya və Qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb