Azərbaycan İdeyası

ŞIRVAN MKTB-NIN MƏNSUBU TORPAQ ALVERİNDƏ UDUZAN ŞƏXSI ALDADIB

Tarix:30-04-2019, 16:59
Baxış Sayı:383

Günümüzdə vətəndaşların bir-biri ilə əmlak mübahisələrinin məhkəmə müstəvisinə gedib çıxması və verilən qərarların çəkişən tərəflərdən biri tərəfindən ədalətsiz hesab olunması təəccüblü görünmür. Xoşagəlməz tendensiya budur ki, bəzən həmin tərələrdən biri həm də vəzifəli şəxs olur, öz ictimai nüuzundan, əlaqələrindən istifadə edir. Daha pis hal budur ki, məhkəmə tərəflərdən birini ümumiyyətlə prosesdən xəbərsiz saxlayır, onun iştirakı olmadan işə baxılmasını mümkün sayır, əleyhinə qərar çıxarır. Şirvan şəhər F. İsmayılov küçəsi - 1 ünvanda qeydiyyatda olan Əkbərova Esmira Vasər qızı redaksiyamıza ərizə ilə müraciət edərək bildirib ki, 2000-ci ildə Bayramxatun adlı şəxsdən Təbriz - 37 ünvandakı 6 sot torpaq sahəsini köhnə pul vahidi ilə 2000000 (:5000= 400 AZN) manata almışdır. Sonra həyətdə "əldamı" inşa etmişdir. Hasar tikəndən, böyük evin bünövrəsi qoyulandan sonra Bayramxatun dünyasını dəyişib. Bayramxatunun Rusiyada yaşayan və orada qeydiyyatda olan qardaşı Seyfulla iddia qaldırıb ki, torpaq sahəsi onundur: "2015-ci ildə Şirvan şəhər Mənzil Kommunal Təsərrüfatı Birliyində işləyən və özünü dövlətin nümayəndəsi kimi təqdim edən Elşən Süleymanov adlı şəxs bizim sənədlərimizi hazırlayacağını söz verdi və bizdən 3500 manat pul aldı. Sonradan biz ona zəng vurduqda dedi ki, narahat olmayın, sənədləriniz hazırlanır. Bu yaxınlarda məhkəmədən bizə məktub gəldi ki, evdən çıxın, tikdiyiniz ev də sökülməlidi. Halbuki, bizim məhkəmələrin olması barədə heç bir məlumatımız yox idi və bu üzdən heç bir məhkəmədə iştirak etməmişik. Bizim savadsız olmağımızdan istifadə edən Elşən Süleymanov bu günə qədər bizi aldadır, hələ də pulumuzu geri qaytarmır. Şirvan şəhər İcra və Probasiya Şöbəsinin məmurları məhkəmə qətnaməsinə əsasən bizdən tezliklə evi sökməyi və ordan çıxmağımızı tələb edirlər. Bu kimi halların baş verməsinin səbəbkarı Elşən isə öz verdiyimiz pulla evimizi yıxdı". Ərizə müəllifi redaksiyadan xahiş edir ki, problemin ictimailəşdirilərək aidiyyati qurumların diqqətinə çatdırılmasında ona köməklik göstərilsin. Ərizəyə qoşma edilmiş sənəd surətlərindən məlum olur ki, sözügedən torpaq sahəsi əslində Emin Süleymanova məxsus olub və onunla Esmira Əkbərova arasında Şirvan şəhər 2 saylı Notariat Kontorunda tədiqlənmiş alqı-satqı müqaviləsi vardır. Digər təfərrüatları məhkəmə qərarını əldə etdikdən sonra incələmək imkanına malik olacağıq.

ŞIRVAN MKTB-NIN MƏNSUBU TORPAQ ALVERİNDƏ UDUZAN  ŞƏXSI ALDADIB
"Korrupsiya və Qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO