Azərbaycan İdeyası

SUMQAYIT İCRA HAKİMİYYƏTİ SAHİBKARIN MÜLKÜNÜ DAĞIDIB

Tarix:30-04-2019, 16:45
Baxış Sayı:229

Sumqayıt şəhər 3 mkr. ev 4/2, mən.-57 ünvanda yaşayan, "Simurq-13" kiçik müəssisəsinin təsisçisi və direktoru Mansumov Tofiq Müstəcəb oğlu redaksiyamıza ərizə ilə müraciət edərək iki ilə əvvəl Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri tərəfindən mülkiyyət hüququnun pozulduğunu, əmlakına ziyan vurulduğunu bildirmişdir: "Belə kı, 9.06.2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavinləri Fofiq Kərimov, Akif Quliyev və arxitektor vəzifəsinin müvəqqəti icraçısı, eləcə də İcra Hakimiyyətinin digər əməkdaşları mənə məxsus 450 kv.m tikilini qanunsuz olaraq heç bir bildiriş vermədən dağıtmışlar. Mən gəlib çatanda artlıq yarısını sökmüşdülər. Söküntüdə iştirak edənlərin hamısını tanıyıram. Müavin Faiq Kərimov mənə yaxınlaşıb "Müəllim, sizinlə dil tapmaq və danışmaq asandır, gəl söhbət edək" dedi. Arxitektura şöbəsinin işçisi isə mənə: "Sizin texpasportunuz varmı" - deyə sual verdi. Mən isə: "Nə danışırsınız, heç sənədsiz bir müəssisə fəaliyyət göstərə bilərmi" - deyə onun sualına sualla cavab verdim. - Bəyəm park tikiləndəsahibkara xəbərdarlıq və ya bildiriş vermirsiniz? 450 kv/m -lik tikilinin kompensasiyasını ödəməmiş, heç bir məlumat verməmiş söküntü işi görərlər?" O isə: "Bilmirəm, başçının əmridir, nə sualınız var, Zakir Fərəcova deyin" - dedi. Mən çəkiliş apardım. Polislərə əmr etdilər ki, telefonu əlimdən alıb çəkilən videonu silsinlər. Mən isə yenidən çəkiliş etdim. Sonradan isə Sumqayıt şəhər İcra Hakimiyyətinin, Baş Polis İdarəsinin, Sumqayıt şəhər İnzibati-İqtisad Məhkəməsinin, hal-hazlırda isə Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin qapısında dayanmışam. İnzibati-İqtisad Məhkəməsinin hakimi Vəfa Əzizova ortaya qoyduğum bütün video-görüntülərə baxmayaraq, kompensasiyanın Sumqayıt ŞİH tərəfindən ödənilməyəcəyini dedi". Mansumov ərizəsində bildirir ki, Apellyasiya instansiyası məhkəməsinə çıxana kimi bir çox təzyiqlərə məruz qalmışdır. Onun işdən ərizə yazaraq çıxmasını tələb ediblər. Yazmayıb. İş yerinin bağlanmasını əsas göstərib Əmək Məcəlləsinin müvafiq maddəsi ilə işdən azad ediblər. Sonra öyrənib ki, iş yeri bağlanmayıb. Son haqq-hesabını 8 ay süründürməçilikdən sonra məhkəmə vasitəsilə ala bilib. Daha sonra şəhər Vergilər Departamenti ona əsassız borclar yazmağa başlayıb. Deparetamentin 105-ci kabinetində oturan Azər adlı vergi əməkdaşı ondan torpaq davasından geri çəkilməsini istəyib. Mansumov onun bu işdə nə marağı olduğunu anlamayıb. Həmin vaxt apellyasiya məhkəməsi getdiyindən Mansumov bunu da ŞİH-nin təzyiqi kimi başa düşüb. İşdən çıxandan sonra heç yerdə işlə təmin oluna bilməyib. Hazırda işsizdir. Məşğulluq iadarəsinə qeydiyyata dursa da, hələ də sosial müavinət ala bilməyib. İki əkiz azyaşlı uşağı var. Həyat yoldaşı da işləmir. Bir övladı xəstədir. Hər 6 aydan bir xaricə tibbi müayinəyə aparırmış. Lakin, vergi orqanı Mansumovun ölkədən çıxışına qadağa qoyduğu üçün bunu da edə bilmir. Mansumov ŞİH-nin məmurları - hüquqşünas Həzi Ələsgərovla, arxitektor Babək müəllimlə uzun-uzadı, heç bir nəticə verməyən söhbətlər apardığını, hakimin ədalətli qərar çıxarması üçün ona imkan verilmədiyini, Zakir Fərəcovun apellyasiya məhkəməsinin sədri ilə danışdığını etiraf etdiyini də qeyd etmişdir. İndi isə Mansumovun Sumqayıt şəhər İnzibati-İqtisadi Məhəkəməsinin 02 may 2018-ci il tarixli 2-1(85)-212 2018 saylı Qərarından verdiyi apellyasiya şikayətindən bəzi məqamların altını cızırıq: ...1992-ci ildə "Simurq" kiçik müəssisəsi yaratmışam. 19.04.1992-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin 31 saylı sərəncamına əsasən "Simurq" kiçik müəssisəsinə 0,2 ha torpaq sahəsi ayrılmışdır. Ondan sonra ayrılmış torpaq sahəsində Sumqayıt şəhər İcra Hakimiyyətinin razılığına əsasən xalça sexi tikmişdim. Xalça sexi - 375 kv/m sahədə 5 otaqdan, 2 mini-sexdən və köməkçi sahədən ibarətdir. Mən bu günə kimi torpaq, gəlir və digər vergiləri ödəyirəm. 09.06.2017-ci il tarixdə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən mənə məxsus və sahibliyimdə olan 375 kv/m - dən ibarət tikintini qanunsuz olaraq sökmüşlər. Mənə ayrılmış torpaq sahəsini zəbt etmişlər. Qanunsuz söküntü nəticəsində mənə vurulmuş maddi ziyanın (kompensasiya) ödənilməsinə dair mən dəfələrlə rəsmi ərizələrlə və 08.08.2017-ci il tarixdə 09 saylı məktubum ilə Sumqayıt şəhər İcra Hakimiyyətə müraciət etmişəm. Ancaq hu günə kimi heç bir cavab ala bilmirəm. AR Konstitusiyasının 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüquqi vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə elmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkü Məcəlləsinin 157.9-cü maddəsinə əsasən dövlət ehtiyacları və ya içtımai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. AR MM-nin 246.4-cü maddəsinə əsasən içlimai ehtiyaclar üçün alman torpaq sahəsinin mülkiyyətçisi bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 90 təqvim günündən tez və 180 təqvim günündən gec olmayaraq bu Məcəllənin 247-ci maddəsinin tələblərinə əməl olunması şərti ilə alınan torpaq sahəsini azad etməlidir. Mülkiyyətçinin müraciəti ilə müvafiq icra hakimiyyəti orqanı bu maddədə göstərilən müddətləri dəyişə bilər. Həmin məcəllənin 246.5-ci maddəsinə uyğun olaraq bu Məcəllənin 246-244- cu maddələrinin müddəaları içlimai ehtiyaclar üçün alınan torpaq sahələri ilə yanaşı həmin torpaq sahələrində yerləşən və ya yerləşməyən və eyni məqsədlərlə alınan binalara (evlərə, tikililərə, qurğulara) da şamil edilir. Bundan əlavə bu məcəllənin 247.1 -ci maddəsinə əsasən içlimai ehtiyaclar üçün alınan torpaq sahələrinin satınalma qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanaraq bu Məcəllənin 246.3-cü maddəsində göstərilən bildirişin göndərildiyi gündən sonra 80 təqvim günündən tez və 120 təqvim günündən gec olmayaraq mülkiyyətçiyə ödənilir. Bundan əlavə, qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı fərmanının 2.3 bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyinə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Bundan başqa, 2016-2017-ci illər üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları mənə yaxınlaşaraq, o cümlədən Kənan adlı şəxs, mənə qarşı hədə-qorxu gələrək tələb etmişdilər ki, mənə ayrılmış torpaq sahəsini və mülkiyyətimdə olan tikinti qısa bir müddətdə söküləcək. Bununla bağlı, mən dəfələrlə Sumqayıt şəhər İcra Hakimiyyətinin rəhbərliyinə rəsmi qaydada müraciət etmiş, obyekin sökülməsi ilə bağlı mənə rəsmi bildiriş təqdim edilməsini və kompensasiya ödənilməsini xahiş etmişdim. Ancaq, mənim müraciətlərimə İcra hakimiyyəti tərəfindən cavab verilməyib. Hesab edirəm ki, söküntü işləri aparmaq üçün Sumqayıt şəhər İcra Hakimiyyəti qanun vericilikdə nəzərdə tutulmuş qaydada mənə rəsmi nbildiriş verilməlidir və mülkiyyətimdə olan əmlakıma görə kompensasiya ödəməlidir. Göründüyü kimi, mənə məxsus obyektə və torpaq sahəsinə cavabdehlər tətəfindən bildiriş verilməmiş, 90-180 gün ərzində yox, cəmi 1 gün ərzində mülkiyyətimizdən azad olmuşam. Cavabdeh məni konstitusion və digər hüquqlarımı pozmuş, mənə maddi və mənəvi ziyan vurmuşdur... Mən hesab edirəm ki. mənim mülkiyyətində olan 450 kv/metrdən ibarət olan xalça sexinin hər 1 (bir) kv.metrəyə görə 1500 manat ödənilməlidir, o da 562500 manat təşkil edir (375x1500=562500). Bundan başqa, mənə ayrılmış 0,20 ha torpaq sahəsinin hər sotunun bazar qiyməti hal hazırda 25000 manat təşkil edir. Ona görə də, hesab edirəm ki, torpaq sahəsinə görə mənə 500000 manat ödənilməlidir. Bundan əlavə, qeyd etmək istəyirəm ki. Azərbaycan Respublikasının Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 saylı fərmanının 2.3 bəndinə əsasən dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. Mənə ödəniləsi olan 1062500 manatın 20 faizi mənim hesabımla 212500 manat təşkil edir. Hesab edirəm ki, inzibati iş üzrə mən bütün sübütlaıı məhkəməyə təqdim etmişəm və söküntü işlərinin İH-i tərəfindən aparılmasını sübüt eləmişəm. İddiam düzdür və təmin olunmalıdır . Ona görə də, Sumqayıt şəhər İnzibati İqtisadi Məhkəməsinin 02 may 2018-ci il tarixli 2-1(85) -212/2018 saylı qərarı ləğv olunmalıdır, iddiam təmin olunmalıdır". Mansumov əlində olan audio-video materalın nüsxələrini də ərizəsinə qoşma edərək redaksiyamıza təqdim etmişdir. Həmin materialı qəzetimizin internet səhifəsi olan "korrupsiya-q.az" saytında təqdim edəcəyik. "Korrupsiya və qanun" [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub