Azərbaycan İdeyası

Saxta ətirləri əhaliyə necə satırlar? - 3500-lük “Premium” kart

Tarix:5-11-2015, 15:01
Baxış Sayı:447

Ətri sevməyən insan yoxdur. Bakıda hər keyfiyyətdə, qiymətdə ətir tapmaq mümkündür. Hazırda bazarda müştəri bolluğu baxımdan “İdeal”, “Sabina”, “Parfume De France”, “La Parfumerie” kimi mağazalar şəbəkəsi bazarın kuratoru sayılır. Düzdür, burada təklif olunan qiymətlər ölkədəki orta əmək haqqına, əksəriyyətin yaşayış səviyyəsinə, əhalinin gəlirlərinə uyğun deyil. Amma bir çox insanlarımız yolunu bu mağazalardan salır.
"Korrupsiya və Qanun" qəzetinə istinad olaraq, “Qafqazinfo” xəbər verir ki, “Yeni Müsavat” qəzetinin redaksiyasına “İdeal”la bağlı şikayət daxil olub. Şikayətdə müştəri baha qiymətə aldığı ətirlərin keyfiyyətsiz olduğunu və iyinin qalmadığından şikayətlənirdi.
Bu şikayətlə əlaqədar saiy əməkdaşı “28 Moll” ticarət mərkəzində yerləşən “İdeal” mağazasında olub. Buradakı ətirlər baha olsa da, qiymətləri kimi yüksək deyildi və bu ətirlərin iyləri tibbi spirti xatırladırdı. Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığı olsa da, spirt dozadan artıq olanda alınan məhsul ətir sayıla bilməz. Beynəlxalq təcrübəyə əsasən, ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunar. Burada saxta ətirlərin satışı iddialarına gəlincə isə müəyyən qədər reallıq vardı. Çünki baha qiymətə bəh-bəhlə satılan ətirlərin testerini yoxladıq və artıq 30 dəqiqə keçdikdən həmin ətrin iyini hiss etmirdik. Qiymətlərə gəlincə isə “İdeal” mağazasından ətir alan şəxsin cüzdanında gərək ən azı 40-50 manat olsun. Çünki buradakı ən ucuz ətrin qiyməti 40 manatdır. Bəs bu qədər bahalığa səbəb nədir?
Qeyd edək ki, parfümeriya məhsullarına gömrük rüsumu çox deyil. Məsələn, ətirlər üzrə gömrük rüsumu 3303 00 100 0 kodu ilə 15 faiz , tualet suyu 3303 00 900 0 kodu ilə yenə 15 faiz təşkil edir. Digər kosmetika növləri üzrə də rüsum 15 faizdir. Bura 18 faiz əlavə dəyər vergisini də əlavə edib hesablasaq yenə də qiymətlər “İdeal”dakına çatmır.
“İdeal”ın endirim kampaniyaları da diqqət çəkir. 2009-cu ildən endirim kartlarının tətbiqinə başlayan şəbəkənin kartlarının yararlılıq “şərtləri” fantastikdir. Yəni bir neçə faizlik endirim qoparmaq üçün “İdeal”dan böyük həcmdə və dəyərdə kosmetika alınmalıdır. Konkret olaraq müştəri “Gold” kartı əldə etmək məqsədilə 600 manatlıq alver edib 15 faizlik endirimə nail olmalıdır. 20 faizlik “VİP” kart üçün alverin həcmi 1200 manatdır. Mağazalar şəbəkəsində “Premium” kart da var. Burada isə alverin dəyəri 3500 manatdır.
Ətrin orijinal olub-olmadığını müəyyən etməyə gəlincə isə orijinal ətirlərdə qablaşdırma çox səliqəli olur. Çox az hallarda ərəb markalarında bu nüansa fikir verilmir. Bütün tanınmış markaların ətirləri sellofan qutunun üstünə sıx oturur. Bundan başqa, orijinal ətirlərdə şüşə şəffaf olmalıdır. Amma Türkiyə və ya Çin istehsalı olan ətirlərdə şüşə tünd olur, yazılar bir-birinə qarışır. Bir məsələ də var ki, ştrix kodlarının olmasına aldanmaq olmaz. Ştrix kodları saxta yolla elə çap edirlər ki, ayırmaq olmur. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO