Azərbaycan İdeyası

Məktəblərdə dini dərslərin tədrisində məqsəd nədir? - AÇIQLAMA

Tarix:30-04-2019, 11:48
Baxış Sayı:224




Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov gələn ildən təhsil ocaqlarında dini dərslərin keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib.
Korrupsiya-q.az xəbər verir ki, o, din və təhsil məsələsində beynəlxalq təcrübədə əsasən üç anlayışdan istifadə edildiyini xatırladıb:

1. Dini tərbiyə

2. Dini təhsil.

3. Dinlə bagli tədris.

G.İsmayılov bu məqamdan çıxış edərək, dini tərbiyəni yalniz ailənin verə biləcəyini qeyd edib:

“Dini təhsili dini təhsil ocaqları verir, dövlət dini təhsil verə bilməz. Amma dövlət dinlə bağlı tədrisi həyata keçirə bilər. Dinlə bağli tədris isə dinin yox, şəriətin yox, dini biliklərin verilməsini nəzərdə tutur və bu, nə dünyəviliyə, nə də Konstitusiyaya ziddir.
Orta məktəblərdə riyaziyyat, fizika, ədəbiyyat və s. tədris edilir. Məqsəd hamını riyaziyyatçı, fizik, ədəbiyyatçı etməkdirmi? Yox! Riyaziyyatçı, fizik, ədəbiyyatçını ali məktəb yetişdirir. Orta məktəb riyaziyyat, fizika, ədəbiyyatla bağli zəruri bilikləri verir”.
“Dinlə bağlı tədrisin də məqsədi hamını dindar və ya din adamı etmək deyil. Sadəcə, dinlə bağlı minimum biliklər verməkdir. Bu bilikləri dövlət verməsə, başqaları verəcək, amma dövlətin maraqlarına zidd şəkildə. Artıq prosesə baslanılıb.
Orta məktəbdə “Həyat bilgisi” fənni tədris edilir. Onun bir məqsədi də dini bilikləri verməkdir. Burada pis nə var ki?! Yaxud burda başa düşülməyəcək nə var ki?!”, - deyə sədr müavini qeyd edib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Bakıda binanın arxasında naməlum qadın meyiti tapıldı
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkar edilib
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO
Ağsuda xeyli silah-sursat aşkar edilib - FOTO