Azərbaycan İdeyası

Lüks avtomobilli rektordan cavab gəldi: “O maşın 2012-ci ildə alınıb”

Tarix:27-05-2019, 12:47
Baxış Sayı:155


Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyevanın özünə bahalı xarici avtomobil aldığı barədə informasiya yayılıb.
Bakupost.az-ın məlumatına görə, 2016-cı il istehsalı olan 90-HT-010 dövlət nömrə nişanlı “Mercedes S-400” model avtomobilin Azərbaycanda ortalama bazar qiyməti 90-100 min dollardır.
Qeyd olunur ki, maşının 2019-cu il buraxılışının qiyməti Bakıda 230 min dollara satılır.
Xanım rektorun maşınının isə xüsusi yığılmış avtomobil olduğu və əvvəlki sahibinə 250 min dollara başa gəldiyi bildirilir.
Məlumata görə, lüks avtomobil etibarnamə ilə rektorun köməkçisinin adına rəsmiləşdirilib. N.Əliyeva artıq bir neçə aydır, bu bahalı maşından istifadə edir.
Məlumat sosial şəbəkələrdə xeyli müzakirələrə yol açıb. Bu müzakirələrdə rektoru bahalı maşın almaqda qınayanların sayı daha çoxdur.
Modern.az saytı məsələ ilə bağlı Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ilə əlaqə saxlamağa çalışıb. Universitetin mətbuat katibi İbrahim Quliyev saytımıza açıqlamasında yayılan xəbərlərin yalan olduğunu deyib:
“Nurlana Əliyevanın özünə yeni maşın alması barədə yayılan informasiya yalandır. Həmin maşın 2012-ci ildə alınıb. 2012-ci ildə alınmış maşının bu gün mətbuata yeni kimi təqdim olunması heç bir tərbiyəyə sığmır”.
İbrahim Quliyev yayılan məlumatlara görə xanım rektorun təəssüf etdiyini də bildirib.
“Nurlana xanım haqqında yayılan informasiyalara təəssüf edib. Hətta maşının istifadə müddətinin bitməsinə belə az vaxt qalıb. İndi köhnə maşını Nurlana xanımın rektor olandan sonra alınması kimi təqdim etmək yanlış haldır. Yalan söhbətləri mətbuata çıxartmaq doğru deyil”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb