Azərbaycan İdeyası

Əlillərə qulluq edənlərin diqqətinə! — Sənəd qəbulu başladı

Tarix:29-05-2019, 12:14
Baxış Sayı:225


Əlillərə qulluq edənlərin diqqətinə!

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanına əsasən, yeni təqaüd növləri kimi, I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə 2019-cu il aprel ayının 1-dən etibarən aylıq 50 manat məbləğində Prezident təqaüdü təsis edilib.
Korrupsiya-q.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər (rayon) şöbələri tərəfindən həmin təqaüdlərin təyin olunması üçün vətəndaşlardan sənəd qəbuluna başlanılıb.
Müvafiq qaydaya uyğun olaraq, I dərəcə əllilliyi olan şəxslərə qulluq edən şəxs Dövlət Sosial Müdafiə Fondunun yaşayış yeri üzrə müvafiq şəhər, rayon şöbəsinə müraciət edir.
Əgər I dərəcə əlilliyi olan şəxsin ailə üzvləri müraciət edirsə, o zaman onların qohumluq əlaqəsini təsdiq edən sənəd və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi təqdim edilir. (Ərizə I dərəcə əlilliyi olan şəxsin özü tərəfindən təqdim edilmədiyi halda notarial qaydadatəsdiq edilərək təqdim olunmalıdır.)
I dərəcə əlilliyi olan şəxsə qulluq edən, ailə üzvü olmayan şəxsmüraciət etdikdə isə patronajın təyin edilməsi barədə qəyyumluq və himayəçilik orqanının (yerli icra hakimiyyətinin qəyyumluq, himayəçilik komissiyası) qərarı və təqaüd almaq barədə müraciət edən şəxsin həqiqətən ona qulluq etdiyi barədə əlilliyi olan şəxsin ərizəsi tqədim olunmalıdır.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə təqaüd, həmin uşaqların sağlamlıq imkanlarının məhdudluğuna görə sosial müavinətinin adına təyin edildiyi şəxslərə ödənilir. Bu zaman heç bir sənəd təqdim edilmir. (Çünki təqaüd təyin edilməsi barədə sənədlər həmin uşağa sosial müavinət təyin edilməsi üçün toplanmış sənədlərin surəti əsasında tərtib edilir)
Ailədə iki və daha artıq I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq olduqda onlara qulluq edən şəxsə təqaüd I dərəcə əlilliyi olan şəxs və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlardan hər birinə görə təyin edilir və ödənilir. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO