Azərbaycan İdeyası

ZAKİR HƏSƏNOV JURNALİSTƏ İRAD BİLDİRDİ: “NİYƏ AZƏRBAYCAN DİLİNDƏ DANIŞMIRSAN?”

Tarix:19-06-2019, 13:20
Baxış Sayı:167


Xəbər verdiyimiz kimi dünən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov geniş mətbuat konfransı keçirib. Mətbuat konfransında ordu ilə bağlı jurnalistlərin suallarını cavablandıran nazir bir addımı ilə mətbuatın diqqətini çəkib.
ONN media xəbər verir ki, “CBC” televiziyasının müxbiri nazirə rus dilində sual verib. Müdafiə naziri jurnalistə Azərbaycan dilində danışmamasını irad tutub.
“Üzr istəyirəm. Niyə sualı rus dilində verirsiniz?Azərbaycan dilini bilmirsinizmi?.” Jurnalist sualını rus dilindən verdikdən sonra müdafiə naziri sualın cavabını Azərbaycan dilində verəcəyini bildirib.
Xatırladaq ki, jurnalistin sualı “Seyfəli” poliqonundan atılmış tank mərmisinin Gəncədə yaşayış evinə düşməsi hadisəsi ilə bağlı olub.
Nazir cavabında bildirib: “Seyfəli” sovet dövründən qalan bir poliqondur. Bu poliqonda 70 ildir təlimlər keçirilir və heç vaxt belə bir hadisə baş verməyib. Tank mərmisi təlim zamanı qayaya dəyib və 18 km uçaraq evə dəyib.Mənim göstərişimlə həmin təlimlər dayanıb. Komissiya məsələni araşdırır, vətəndaşa dəyən ziyan ödəniləcək. Xoşbəxtlikdən bu, döyüş mərmisi olmayıb, yoxsa faciə baş verərdi”.Z.Həsənov əlavə edib ki, komissiyanın araşdırmasından sonra həmin poliqonda təlimlərin davam etdirilməsi ilə bağlı qərar veriləcək.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb