Azərbaycan İdeyası

Azərbaycanlı gəncin milyonluq saatını oğurlayanın KİMLİYİ BİLİNDİ

Tarix:1-07-2019, 14:01
Baxış Sayı:422


Azərbaycanlı iş adamının oğlunun İspaniyanın İbiza adasındakı istirahət mərkəzində itirdiyi saat dünya mətbuatının da maraq dairəsindədir.

Bu barədə İspaniyanın diariodeibiza.es saytında da yazı dərc olunub.
Məqalədə deyilir ki, saatını itirən 22 yaşlı gənc qaldığı “Vila” otelindən birbaşa polis bölməsinə gedərək şikayət ərizəsi yazıb. Oğru 30 yaşlarında olub. Həmçinin qeyd olunub ki, “Richard Mille (RM) 50-03 MCLaren F1” brendinə məxsus saatın dəyəri 1 150 000 avrodur və dünyada cəmi 75 ədəddir. Bu dünyanın ən yüngül saatıdır ki, cəmi 40 qram həcmi var. Səbəb isə hazırlanmasında titan və karbon nanomateriallarından istifadə olunmasıdır. Həmçinin karbon və qrafen qarışı olan polad saatı dəmirdən 200 dəfə dözümlü edir. Saat McLaren F1 avtomobilinin forması əsasında dizayn olunub.
Son bir neçə gün ərzində İbiza polis şöbəsinin işçiləri oğurluqda şübhəli bilinən bir neçə nəfəri həbs ediblər. Bu insanlar adətən qrup şəklində çalışır və bahalı saatlar oğurlayırlar. Polislər bundan əvvəl adada beş oğurluq hadisəsinin də baş verdiyini açıqlayıblar. Fərq ondadır ki, həmin saatların qiyməti 150 min avro təşkil edib. Azərbaycanlı turistin saatı isə 1,15 milyon avrodur.
Oğurluğu təşkil edən qrupun başçısının təxminən 50 yaşı olduğu bildirilir və hazırda nəzarət altındadır.
Saatı oğurlayanlarınsa iki ərəb olduğu bildirilir. Belə ki, azərbaycanlı turist səhər saat 5 radələrində gecə klubundan çıxan zaman iki nəfər ona yaxınlaşır. Biri söhbətə tutur, digəri isə qolundan saatı zorla çıxardıb qaçır. 22 yaşlı zərərçəkən mübarizə aparsa da saatı əlindən qaçır.
Xatırladaq ki, İbizadakı oğurluqlar əsasən Neapol və Kalabria mafiyalarının əlindədir. İtaliyanın peşəka mafiyaları ərazidəki fransız bandalarını məğlub etməyə nail olub. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
İranda yaşayan azərbaycanlının müraciəti.
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.