Azərbaycan İdeyası

ANS Vahid Mustafayevlə bağlı xəbərə cavab verdi - YENİLƏNİB

Tarix:18-07-2019, 11:00
Baxış Sayı:145

KORRUPSİYA-Q.AZ

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri Mais Məmmədov bəzi saytlarda ANS-in prezidenti Vahid Mustafayevin avtomobilinin guya qayda pozması barədə yazılan xəbərlərə rəy bildirib.

Unikal.org xəbər verir ki, Mais Məmmədovun verdiyi məlumata görə, həmin xəbərdə yayılan yeganə doğru məlumat odur ki, Azərbaycana ilk dəfə “Gelandevagen”i gətirən Vahid Mustafayev olub.

M.Məmmədovun dediyinə görə, Vahid Mustafayev çoxdan avtomobil idarə etmir, bu vəzifəni sürücülər həyata keçirir: "İkincisi, qarajımızdan aldığımız məlumata görə, adıçəkilən nəqliyyat vasitəsi həmin vaxt qarajda olub".

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə müşaviri bildirib ki, yayılan məlumatlarda guya avtomobilin üç balla cərimələndiyi də yazılıb: "Həmin avtomobilin heç bir cəriməsi yoxdur".

16:41

xxx

ANS-in prezidenti Vahid Mustafayevin avtomobili ilə kobud qayda pozuntusuna yol verilib.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, hadisəni əks etdirən video sosial şəbəkələrdə yayılıb. Belə ki, Balans MMC-yə məxsus olan və Vahid Mustafayevin idarə etdiyi 10 AS 660 dövlət nömrə nişanlı "Mercedes Galenvagen" markalı avtomobil svetoforun qırmızı işığında hərəkəti davam etdirib. Bununla da o, 60 manat 3 ballıq xətaya yol verib. Hadisə iyulun 16-da, saat 22.20 radələrində baş verib.

Qeyd edək ki, Vahid Mustafayev Azərbaycana "Galenvagen"i ilk gətirən şəxsdir və həmin avtomobili özü idarə edir.

Videoda 99 XH 411 nömrə nişanlı avtomobilin də qırmızı işıqda hərəkət etdiyi əksini tapır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb