Azərbaycan İdeyası

Azərbaycan qanunları Kayman Adalarının "Karasu" Əməliyyat Şirkətinə işçilərinin hüquqlarını 2021-ci ilədək pozmaq statusu verib?

Tarix:18-07-2019, 20:30
Baxış Sayı:183

KORRUPSİYA-Q.AZ
--------------

Hacıqabul rayonunun Qubalıbaloğlan kənd sakini Əsgərov Cuvan Abısalam oğlunun redaksiyamıza ünvanlamış olduğu ərizə əsasında hazırlayaraq təqdim etdiyimiz "Qarasu" Əməliyyat Şirkəti işçilərinin məzuniyyət hüquqlarını pozur" sərlövhəli məqalənin aqibəti ərizə müəllifinə və yəqin ki, oxucularımıza maraqlıdır. Məqalədə ehtiva olunan məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərdiyimiz məktuba cavab gəlib.

Amma əvvəlcə oxucularımız sırasına yeni qatılanlara məsələnin məğzini bildiririk: Vətəndaş Əsgərov yazırdı ki, 1998-ci ildən "Qarasu" Əməliyyat Şirkətində işləyir. Müharibə veteranı olduğu və döyüşlərdə iki dəfə yaralandığı üçün Əmək Məcəlləsinin 2000-ci ildən qüvvəyə minən 120-ci maddəsinə əsasən ona hər il 46 gün məzuniyyət verilməli olduğu halda 2015-ci ilə qədər ya 27, ya da 33 iş günü məzuniyyət veriblər. Savadsız olduğu üçün bundan gec xəbər tutub. Sonradan şirkətin prezidentinə, şirkətin hüquqşünasları Əlisəttar və Anar bəylərə müraciət edib. Xeyli çək-çevirdən sonra yalnız bir ilə görə məzuniyyət günləri fərqinin ödəncini ala bilib. Sonrakı 2017-2018-ci illərdə ona qanuni 46 günlük məzuniyyət veriblər. Beləliklə, 15 il az istifadə etdiyi məzuniyyət günlərinə görə haqqını ala bilməyib. Hətta iş Əsgərovun şikayət etdiyi Əmək Müfəttişliyindən dolayı məhkəmə müstəvisinə də gedib çıxıb. Əsgərov yazır ki, heç onu məhkəməyə çağıran, şirkətin lehinə çıxarılan qərarı ona verən də olmayıb. Eyni məsələ ilə şirkət rəhbərliyi ilə mübahisəyə qalxan bəzi iş yoldaşları fərq məbləğini ala biliblər. Əksinə, rəhbərlik Əsgərovu sıxma-boğmaya salıb ki, niyə onları başa salıb.

Bu mövzuda yazdığımız əvvəlki məqalədə xatırlatmışdıq ki, Azәrbaycan Respublikasının azadlığı, suverenliyi vә әrazi bütövlüyü uğrunda xәsarәt (yaralanma, travma, kontuziya) alan işçilәrә, Azәrbaycanın Milli Qәhrәmanlarına, Sovet İttifaqı Qәhrәmanlarına, 1941-1945-ci illәr müharibәsindә döyüş әmәliyyatlarında iştirak etmiş, habelә hәrbi xidmәtdә olmuş, lakin döyüş әmәliyyatlarında iştirak etmәmiş hәrbi qulluqçulara, İstiqlal ordeni ilә, habelә Azәrbaycan Respublikasının suverenliyi vә әrazi bütövlüyünün müdafiәsi ilә bağlı digәr dövlәt tәltiflәri ilә tәltif olunmuş işçilәrә mәzuniyyәt 46 tәqvim günündәn az olmayaraq verilir.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən redaksiyamıza göndərilən cavab məktubunda bildirilir ki, Cuvan Abısalam oğlu Əsgərovun hələ 25.01.2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciəti əsasında Kayman Adalarının "Karasu Operating Company" Şirkətinin filialında araşdırma aparılmış və tədqiq edilmiş sənədlərdən C.Əsgərovun məzuniyyət hüquqlarının pozulduğu, ona istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilmədiyi məlum olmuşdur. Bununla əlaqədar olaraq "Karasu Operating Company" Şirkətinin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilmiş və onun barəsində 20.02.2017-ci il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir.

Eyni zamanda Nazirliyin cavab məktubunda bildirilir ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində aparılan yoxlamalar 2021-ci ilədək dayandırıldığından məktubumuzla bağlı yerində əlavə araşdırma aparmaq mümkün olmamışdır.

Maraqlıdır, deyilmi? Belə çıxır ki, qanun 2021-ci ilədək sahibkarlara işçilərin hüquqlarını istədikləri kimi pozmaq və aidiyyəti qurumlar tərəfindən yoxlamaya məruz qalmamaq ixtiyarı, "toxunulmazlıq statusu" verib? Xeyr, əslində elə deyildir. Qanun sahibkarların fəaliyyətinə süni, əsassız müdaxilələrə yol vermir. Bu misalda isə müdaxilənin əsası var - hüquqları pozulan və maddi ziyan çəkən işçi şikayət edib.

ƏƏSMN tərtib etdiyi protokol barədə Prezident Administrasiyasına göndərdiyi məlumat məktubunun bir surətini də şikayətçiyə göndərməli, eyni zamanda onun kompensasiya almaq üçün məhkəməyə müraciət etmək hüququnun olduğunu xatırlatmalıydı.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.