Azərbaycan İdeyası

Ekspertdən neftin qiyməti ilə bağlı PROQNOZ

Tarix:14-08-2019, 13:26
Baxış Sayı:161



Ağ Ev ticarət müharibəsinin yumşalacağı mesajını versə də, bunun uzunmüddətli olacağı gözlənilir. Məhz bu səbəbdən də “Brent” markalı neftin 1 barrelinin qiymətinin 60 dolları keçməsinə baxmayaraq, ciddi qiymət artımları müşahidə edilmir.
Axar.az xəbər verir ki, bu sözlərlə iqtisadçı alim Vüqar Bayramov çıxış edib. Tramp Administrasiyasının Çinə qarşı sentyabrın 1-nə planlaşdırılan tarif artımlarını təxirə salmasından və nəticələrindən danışan ekspert bildirib ki, bu, qlobal birjalara təsirsiz ötüşməyib:
“Doğrudur, Asiya birjalarında canlanma müşahidə olunur. Amma hələlik investorlar qlobal iqtisadi artım tempinin azalmayacağına və ABŞ-da seçkiqabağı yeni sürprizlərin olmayacağına əmin deyillər”.
Ekspertin fikrincə, bu o deməkdir ki, yeni tariflərin tətbiqinin təxirə salınmasına baxmayaraq, hələ də strateji məhsulların qiyməti təzyiq altındadır:

“Bu baxımdan da neftin qiymətinin yaxın zamanlarda yenidən 60 dollarlıq həddin aşağısına düşəcəyi istisna deyil. Bütün hallarda birjaların Ağ Evdən gələn xəbərə reaksiyası bir daha təsdiq edir ki, ticarət müharibəsi hələ uzun müddət qlobal iqtisadiyyatın əsas mesajı olaraq qalacaq”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Ədliyyə Nazirliyinin bəzi səlahiyyətləri ləğv edilir
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.