Azərbaycan İdeyası

Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

Tarix:20-08-2019, 15:07
Baxış Sayı:195



Nəqliyyatın hərəkətinə süni maneə yaradan məqamlardan biri də toy karvanlarıdır. Ümumiyyətlə, toy karvanlarının yol hərəkəti qaydalarına riayət etməməsi halları hər zaman müşahidə edilir. Bu da digər yol hərəkəti iştirakçıları üçün ciddi təhlükə törədir.
Baş Dövlət Yol Polisi İdarəsi vəziyyətlə bağlı profilaktik tədbirlər görür.
İdarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Oxu.Az-a bildirib ki, bu mövzuda mütəmadi tədbirlər görülür, sürücülərə xəbərdarlıq olunur:
"Bu sahədə daim təbliğat işləri aparılır. Toy karvanlarının hərəkəti ilə bağlı sürücülərə xəbərdarlıq edilir. Təəssüf ki, bəzi hallarda qayda pozuntularına yol verilir. Qeyd etmək istəyirəm ki, yollardakı təhlükəsizliyi təmin etmək üçün yol polisi əməkdaşları daimi zəruri tədbirlər həyata keçirir və bəzi hallarda toy karvanlarının hərəkətinə xüsusi texniki vasitələrlə nəzarət olunur".
R.Quliyev qeyd edib ki, toy karvanı digər hərəkət iştirakçılarına maneə yaratmamalıdır:
"Toy karvanı bütün qaydalara riayət etmək şərtilə hərəkət etməlidir. Optimal sürət seçməklə manevr və ötmə qaydalarına əməl olunmalı, karvandakı avtomobillərin sayı mümkün qədər az olmalıdır. Avtomobillərin karvan şəklində yalnız bir zolaq üzrə sağ tərəfdə hərəkət etmələri tövsiyə olunur”. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub