Azərbaycan İdeyası

Ekoloq: Xəzərdə suyun azalması iqtisadi proseslərlə bağlıdır

Tarix:23-08-2019, 12:47
Baxış Sayı:162


Xəzər dənizində suyun sahildən geri çəkilməsi halları müşahidə olunur.

Bu barədə Oxu.Az-a danışan ekoloq Telman Zeynalov bildirib ki, Xəzərdə suyun səviyyəsinin azalmasının səbəblərindən biri də quraqlıqdır.
Onun sözlərinə görə, Xəzərdə suyun çəkilməsi həm təbii, həm də iqtisadi proseslərlə bağlıdır:
"Yağıntıların miqdarı azalır. Bununla yanaşı, Rusiyada Volqa çayında tikilən hidrotexniki qurğular da burada rol oynayır. Bu qurğular enerjinin çox əldə olunması üçün çaydakı suyu çəkir. Buna görə də kanallara su az buraxılır. Bilirik ki, Volqa çayı da Xəzərə tökülür. Mən daha çox iqtisadi faktor üzərində dayanıram".
Ekspertin fikrincə, digər tərəfdən, Xəzərə axan çayların istiqamətinin başqa yerə yönləndirilməsi də problemlər yaradır. Buna görə də çaylardan Xəzərə az su axır.
Qeyd edək ki, bu il iyunun 26-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Rasim Səttarzadə demişdi ki, monitorinqlərin nəticələrinə və aparılmış təhlillərə görə hazırda səviyyə bir metrdən çox aşağı düşüb.
Rəsmi məlumatlara görə, 1977-ci ildə dənizin səviyyəsi XX əsrdə müşahidə olunmuş ən aşağı həddə qədər azalıb.
Sonradan qısa dövr ərzində (1977-1995-ci illər) 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb.
Dənizin qidalanmasında Volqa çayının xüsusi əhəmiyyəti var. Bu çay vasitəsilə dənizə ümumi illik axar 80 faiz, digər çaylar - Kür 6 faiz, Ural 5 faiz, Terek, Sulaq və Samur birlikdə 4,5 faiz, İran ərazisindən Səfidrud, Şirrud, Gürgan və s. başqa çaylar 4-4,5 faiz təşkil edir.
Müşahidələr göstərir ki, çay axınları orta qiymətə nisbətən böyük intervalda dəyişikliklərə uğrayırlar. Buna səbəb isə dənizin çox geniş sutoplama hövzəsində (şimal yarımkürəsinin təxminən 20 faiz ərazisi) baş verən hidrometeoroloji proseslərdir.
Tarixi dövr ərzində (son 3500 il) dənizin səviyyəsinin dəyişməsi 15 m, son 200 ildə 3.5 m təşkil edib. Xəzər dənizinin səviyyəsində fəsli dəyişmələr müşahidə olunur ki, o da 30-40 sm intervalında dəyişir. Səviyyə özünün ən yüksək qiymətini iyun-avqust aylarında, ən aşağı qiymətini isə dekabr-fevral aylarında alır. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO