Azərbaycan İdeyası

1 ay alkoqol qəbul etmədikdə bədəndə nə baş verir? — İNANMAYACAQSINIZ

Tarix:26-08-2019, 14:44
Baxış Sayı:178



28 gün ərzində alkoqol qəbul etməyən orqanizmdə ciddi dəyişikliklər meyadana gəlir.

Korrupsiya-q.az publika.az-a istiinadən xəbər verir ki, oxucuları bu dəyişikliklərlə tanış edir:

Spirt bədənə girdiyi andan etibarən orqanlara, toxuma inflamasiyasına, hətta DNT-yə qədər bir çox orqanlara zərər verə bilir. Həddindən artıq spirt qəbulu şəkər xəstəliyi, qaraciyər çatışmazlığı və bəzi xərçəng növlərinin yaranması riskini artırır. Odur ki, həm ruhi sakitliyi, həm də səhhətin yaxşılaşdırılması üçün alkoqoldan imtina etməyə dəyər.

Şəkər həssaslığı azalır

Spirt qanda şəkər səviyyəsinin yüksəlməsinə səbəb olur ki, bu da şəkər ehtiyacını yüksəldir. Alkoqolu azaltdığınız zaman qanda şəkərin miqdarı normaya düşür və şirniyyat istəyi azalır. Bu da sabit çəkinin qorunub saxlanmasına birbaşa təsir edir.

Qaraciyər funksiyasını bərpa edir

Mütəmadi olaraq spirtli içki qəbul edən adamlarda qaraciyər hüceyrələri ölür, hətta qaraciyər üzərində yaralar meydana gələ bilər. İkinci həftədən etibarən qaraciyərin funksiyası yavaş-yavaş sabitləşməyə başlayır. Qarşıdakı günlərdə qaraciyər yağlanması tədricən azalır, nəticədə qaraciyərin bədəni toksinlərdən təmizləmək funksiyası da artır.

Yuxu keyfiyyəti yaxşılaşır

Spirtin yuxu gətirdiyi deyilsə də, əslində yuxunun pozulmasına səbəb olur. Spirtli içki yuxunu qarışdırdığı üçün kabuslar görməyə başlayırsınız. Spirtdən uzaqlaşdıqca yuxu keyfiyyəti də artır. Beləcə günə çox daha aktiv başlayırsınız.
Dəri özünü yeniləyir

Üçüncü həftədən etibarən göz altındakı tünd halqalar azalır, şiş və qızartı keçir, dəri rəngi canlanır və tonusunu bərpa edir.

Dişlər güclənir

Alkoqol tüpürcək ifrazını azaldır. 21-ci gündən sonra diş minaları güclənməyə başlayır. Bu, diş çürüməsinin də qarşısını alır.

Çəkiyə təsiri

Dördüncü həftədən etibarən bədən çəkisi əhəmiyyətli dərəcədə azalmağa başlayır. Rəqəm dəyişikliyi əlbəttə ki, fərdi olacaq, ancaq arıqlayacağınız dəqiqdir.

Orqanizmdə su tarazlığı normaya düşür

28-ci gündə qan dövranı sürətlənir və beləliklə üzdə dəri rəngi bərabərləşir. Daha gənc və sağlam görünməyə başlayırsınız. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb