Azərbaycan İdeyası

Saxta "Best of Azerbaijan" aranı qatdı — Sadəcə görüntü üçün taxılıb - FOTO

Tarix:3-09-2019, 12:50
Baxış Sayı:136


Sosial şəbəkələrdə başında tac, üzərində "The Best of Azerbaijan" yazısı olan bir xanımın fotosu müzakirələrə səbəb olub. Sosial media əhli "gözəllikdən əsər əlaməti yoxdur, best model seçilir" kimi rəylərlə həmin xanımı tənqid atəşinə tutublar. Həmin model isə ötən gün "E media qrup" tərəfindən keçirilən mükafatlandırma gecəsində səhnədə olub.
"Ölkə.Az" bildirir ki, qalmaqallı məsələni araşdırmaq üçün oxu.az-ın əməkdaşı "E media qrup"un rəhbəri Elşən Əliyevlə əlaqə saxlayıb.
O, açıqlamasında heç bir gözəllik müsabiqəsi keçirmədiyini bildirib və model xanımın üzərində daşıdığı "The Best of Azerbaijan" yazısını bu cür şərh edib: "E media qrup" heç vaxt model yarışması keçirməyib və heç bir modelə belə mükafat vermir. O gecədə isə, sadəcə həmin xanım və bir bəy "Ən yaxşılar" nominasiyasına layiq görülən ölkəmizin öndə gedən şəxslərinə mükafatları təqdim ediblər. Xanım mükafatı, bəy isə hədiyyələri təqdim edirdi. Xanımın başında tac, üzərində yazılan "The Best of Azerbaijan" lenti isə sadəcə gözəl görüntü üçün taxılıb. Bu, sadəcə yazılı lentdir. Həmin xanıma biz nə mükafat vermişik, nə də onu hər hansısa bir diplomla təltif etmişik".
Qeyd edək ki, ölkəmizdə keçirilən gözəllik və model yarışmalarında qalib olan xanımlar tez-tez sosial şəbəkədə müzakirə predmetinə çevrilir. Onların gözəl olmadıqlarını yazan izləyicilər keçirilən müsabiqələrin saxta olduğuna dəfələrlə etirazlarını bildiriblər. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU
Qəza törədən 21 yaşlı tələbəyə HÖKM OXUNDU