Azərbaycan İdeyası

“Uşağı vurmaq cinayətdir, bunu bilib gizlədən partiya sədri istefa verməlidir” - AXCP fəalı

Tarix:23-09-2019, 11:23
Baxış Sayı:130


“Yurd” sədrinin sabiq müavini Fuad Qəhrəmanlı olayı ilə bağlı qalmaqal səngimir.

Qızı Selcan Yağmur ailədaxili zorakılıq faktlarını açdıqdan sonra F.Qəhrəmanlı ictimai rəyin təpkisi qarşısında istefa verməyə məcbur oldu. Maraqlıdır ki, F.Qəhrəmanlının ailə üzvlərini qarşı zorakı davranışlarını bilib “malalamağa” çalışmış, bununla da müavininin qaba hərəkətlərini ört-basdır etmiş “Yurd” sədri Əli Kərimli ictimaiyyətdən üzr istəmək və istefa vermək niyyətində deyil. Lakin demokratik hərəkatda təmsil olunan ictimai-siyasi fəallar, müstəqil jurnalistlər, hüquqşünaslar, bloggerlər Əli Kərimlinin də məsuliyyət daşıdığını bildirilər.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəallarından biri Əflatun Əbilov hesab edir ki, demokratik cəmiyyət quracağını bəyan edən, hakimiyyətə iddialı olan şəxs bu cür hərəkət etməzdi:
“Fərqli yol seçmək, fərqli danışmaq, fərqli yaşamaq fərq olaraq hər kəsin öz işidir. Amma sən hər hansı bir partiyanın üzvüsənsə və hakimiyyətə iddialısansa onda zəhmət çək özünü və ətrafını düzəlt. Ailə-uşaq toxunulmaz ideal, balaca bir dövlətdir. Ailə institutları hər zaman ta keçmişdən bu zamanımıza kimi özünə məxsus haqq qanunları ilə idarə olunmaqdadı. Ailədə ər və arvad arasında az çox kiçik çəkişmələr olur və olmaqdadır. Amma ailədə zorakılıq qəbuledilməz, hətta heç vaxt dözülməzdir. Keçmiş zamanlarda ər-arvad arasındakı narazılıqlar uzun çəkməzdi. Hətta günah xanımda olsa belə, narazılıq uzun davam etməzdi. Söz-söhbətdən bir iki saat keçənə kimi ər xanımın könülünü alardı. Bəzən də hiyləgərliklə balonların, “banka”ların ağzını möhkəm bağlayardı ki, xanım danışmaq üçün bir bahanə etsin. Belə-belə olurdu amma heç vaxt dava-dalaşda arvad vurulmazdı. Ər hər zaman “vuraram” deyərdi, amma vurmazdı. Bəzən də arvad yarıarafat- yarıgerçək deyərdi ki, a kişi, bircə dəfə də vurasan görək vurmaq necə olur. Bax bu formatda bizim ailə institutlarımız olub. Bu formatda ərlə arvad arasında bir həya olub. Bu həyalıqla qəhraman analarımız olub. Uşağı, körpəni vurmaq isə cinayətdir. Baxın inkişaf etmiş dunyəvi dövlətlərə, hətta uşağa qışqırmaq belə cinayət sayılılr. Ata-ana olsun və ya nənə-baba olsun uşağı vurması cinayətdir. Uşaq müqəddəsdir, qız uşaqları isə oğlan uşaqlarından az da olsa fərqliliklə daha müqəddəs və əzizdir. Bu gün partiya muavini uşağın dizini qırması cinayətdir. Və bu cinayəti bilib gizlədən partiya sədri isə cinayətə şərikdir. Bu ağılla, bu təfəkkürlə hakimiyyətə iddialı olmaq bədbəxtlikdir. Ona görə də bu cinayəti bilib gizlədən partiya sədri istefa verməlidir. Bu partiyaya yeni gənclik dönəmi gəlməlidir”.

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb