Azərbaycan İdeyası

Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO

Tarix:25-09-2019, 09:58
Baxış Sayı:128


Sərhəd zonasında dərsə gedən şagirdlərin təhsilinə kömək etməyi özümə borc bildim.
Bunu Oxu.Az-a açıqlamasında bu il Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd N.Aslanov adına tam orta məktəbə yüksək balla işə qəbul olunan Könül Hacıyeva bildirib.
Qəbələnin Tüntül kənd sakini olan gənc müəllim imtahan zamanı müsabiqədə 50 bal toplayıb və Cocuq Mərcanlıya dərs deməyə gəlib.
K.Hacıyevanın sözlərinə görə, o, sərhəd zonasındakı uşaqlara kömək etməyi özünə borc bilib:
“Mən imtahan verən zaman topladığım balla Şamaxı, Lənkəran, Şirvan və digər rayonlarda müəllim işləyə bilərdim. Növbəti tura qatılsaydım, Bakıda da dərs demək şansım olardı. Amma qərar verdim ki, işğaldan azad olunan Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində məktəbə gedən uşaqlara dərs deyim. Fikirləşdim ki, orada uşaqların daha çox müəllimə ehtiyacı var.
Mən o vaxt universitetə hazırlaşanda repetitor yanına getmək imkanım olmayıb. Özümün müəllimə, dəstəyə ehtiyacım olub. Ona görə öz yaşadıqlarımı nəzərə alıb, buraya gəldim. Burada müəllimlərə ehtiyac var və mən öz borcumu yerinə yetirirəm”.
Gənc müəllim deyir ki, Cocuq Mərcanlı kəndi sərhəd zonası olsa da, orada əhval-ruhiyyə yaxşıdır:
“İbtidai sinif müəllimiyəm. Burada şəraiti yaxşıdır. Məktəb rəhbərliyi də xoş münasibət göstərir. Sinfimdə 12 şagird var. Şagirdlərimə iradəli olmağı öyrədirəm. Çünki mümkün olmayan heç nə yoxdur. Hər şey insanın öz əlindədir.
İmtahana gedəndə hamı mənə deyirdi ki, repetitor yanına getmədən mümkün deyil, amma mən sübut etdim ki, hər şey mümkündür. Seçimimdən peşman deyiləm.
İşğal altında olan rayonlarımızın geri qaytarılmasını arzulayır. Gedib o ərazilərdə də dərs deyərəm”.
Qeyd edək ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyinin azad olunması ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaşayış mümkün olub.

 Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO
 Bu gənc müəllim işləmək üçün Cocuq Mərcanlını seçib - FOTO [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO