Azərbaycan İdeyası

Gəncəlilər şəhid polisləri unutmur

Tarix:25-09-2019, 10:08
Baxış Sayı:119

Ötən il iyul ayının 10-da Gəncədə teror aktını dəstəkləyən bir qrup dini yönümlü radikal şəxslər ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.
Təbii ki, onların məqsədi ictimai sabitliyi təkcə Gəncədə deyil, bütün Azərbaycan da pozmaq idi.
Burada başlayan ixtişaşlar İcra Hakimiyyətinin qarşısında baş verib və təəssüflər olsun ki, həmin şəxslər tərəfindən vəzifə başında olan iki polis əməkdaşı qətlə yetirilib.Hadisə nəticəsində qətlə yetirilən polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov Gəncədəki Şəhidlər xiyabanında torpağa tapşırılıblar.
Bu gün gəncəlilər uğrunda canını qurban verən iki polis əməkdaşının məzarı sakinlər tərəfindən daim ziyarət edilir və xatirələri insanların qəlbində yaşayır.
Geridə isə doğmaları üçün darıxan ailələr, onların yoxluğundan qəhrəman adına görə təsəlli tapan övladlar qalır. Yəni baş verən bu hadisə miqyasından asılı olmayaraq təkcə cinayət faktı deyil, onlarla insanın ailə, həyat faciəsidir.
Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı ötən günlərdə hadisəni törədən şəxslərə hökm oxunub.
Hökmə əsasən, Eşqin Quliyev 20 il, Urfan Məmmədov 18 il, Oktay Hüseynzadə 18 il, Abbas Abbasov 7 il, Elşən Məmmədov 7 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov isə 2 il müddətə azadlıqdan məhrum ediliblər.
Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Gəncəlilər şəhid polisləri unutmur

Gəncəlilər şəhid polisləri unutmur

[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb