Azərbaycan İdeyası

Qanunsuz heyvan kəsiminə qarşı reydlər keçirilib

Tarix:27-09-2019, 10:30
Baxış Sayı:130



“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli Sərəncamının icrası ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında qanunsuz heyvan kəsiminə qarşı nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Metbuat.az -a verilən məlumata görə, bu dəfə Bakının Yasamal rayonunda, eləcə də Xaçmaz rayonu ərazisində reydlər aparılıb. Reydlərdə rayon icra hakimiyyətlərinin və Daxili İşlər Nazirliyinin yerli orqanlarının əməkdaşları iştirak ediblər.
Yoxlama zamanı qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində satışda olan ətlərin müəyyən hissəsinin üzərində baytarlıq müayinəsindən keçməsini təsdiqləyən möhür və müvafiq arayışların olmadığı müəyyən edilib.
Məntəqələrin sahiblərinə ciddi xəbərdarlıq olunub və qida təhlükəsizliyi tələblərinə uyğun olmayan, heyvan kəsimi üçün istifadə edilən stasionar qurğular icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb. Həmin sahibkarlara qanunvericiliyin tələblərinə ciddi əməl olunması ilə bağlı xəbərdarlıq edilib. Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqəsinin xidmətlərindən istifadə etmək və yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb