Azərbaycan İdeyası

Çörəksiz diet xroniki xəstəliklər yaradır - Dietoloq danışır

Tarix:1-10-2019, 13:13
Baxış Sayı:140



Demək olar ki, bütün dünyada “heç çörək yeməmək sağlam yaşamaqdır” deyə qəbul edilir. Tez-tez insanlardan “Arıqlamaq istəyirsən çörəyi, şirniyyatı kəs”, - kimi “məsləhətlər” eşidirik. Bu zaman çörəyi kəsib müxtəlif pəhrizlər, hətta internetdə geniş yayılan “şok” dietlərə baş vururuq. Amma araşdırmalar göstərir ki, ürək sağlamlığı üçün düzgün qidalanma və fiziki aktivlik çox önəmlidir. Çəki vermək üçün edilən bir çox səhvlər ürəyə mənfi təsir edir, ürək xəstəliyi riskini 20 faiz artırır.
Bəs çörək yemədən pəhriz saxlamaq nə qədər doğrudur? Bu hansı fəsadlara gətirib çıxara bilər?
“Mütləqdir ki, çörəksiz dietlərdən qısa bir vaxtdan sonra həmin çəki geri alınsın”
Mövzu ilə bağlı dietoloq Şəhriyyə Əhmədova Azadinform-a danışarkən bildirib ki, çörəksiz diet olmaz: “Ümumiyyətlə, çörəksiz diet saxlanılmaz. Adətən müəyyən vaxtlıq, məsələn 1 aylıq dietdən sonra kimsə qıraqdan arıqlamış, xəstə kimi görünə bilər. Bu o deməkdir ki, rasionda çörək istifadə olunmayıb. Çünki əzələ qatılılığı itirilib. Mütləqdir ki, çörəksiz dietlərdən qısa bir vaxtdan sonra həmin çəki geri alınsın. Bu birmənalı olaraq müzakirəsiz belədir. Çünki əzələ kütləsindən itirilən çəki tez geri qayıdır. Amma yağ kütləsindən itirdiyimiz çəki geri qayıtmır”.
“Tam taxıllı çörəklər bədəndə yağ yanmasına səbəb olur”
Dietoloq əlavə edib ki, adətən tez arıqlamaq üçün çörəyi rasiondan çıxardırlar: “Və ya daha çox çəki itirmək üçün belə edirlər. Elə düşünülür ki, çörək çəki artmasına səbəb ola bilir. Əslində doğru çörək seçimi orqanizmdə yağ yandırır. Tam taxıllı çörəklər bədəndə yağ yanmasına səbəb olur. Ona görə də çörəyi rasionumuzdan çıxartmamalıyıq. Eyni zamanda “B” vitamini əskikliyi kompleksi olur ki, müəyyən dietlərdən sonra saç tökülməsi, dırnaqlar da kövrəklik, sınma, uzanmama, qabıq soyulması kimi hallar müşahidə edirik. Çörəksiz dietlər orqanizmdə bir çox xroniki xəstəliklərin təməlini qoyur”.
Günlük çörək miqdarı haqqında danışan Ş. Əhmədova qeyd edib ki, günlük bu hər bir orqanizmə görə dəyişir: “Sözsüz ki, 50-55 kq-lıq insanla 90-95 kq-lıq insan eyni miqdarda çörək yemir. Ona görə bu insanın qan dəyərlərinə baxılmalıdır. Məsələn, dəmir azlığı olan insanlar hər növ çörək yeyə bilməzlər. Onlara fərqli, həm də başqa porsda çörək yazırıq. Amma heç bir problemi olmayanlara çəkiyə, kaloriyə görə çörək porsu ayarlanır”.
[xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO