Azərbaycan İdeyası

QIRMIZI RƏNGLI QANUNSUZLUQ

Tarix:18-10-2019, 11:26
Baxış Sayı:168


İnzibati Xətalar Məcəlləsində yazılır ki, yoldakı patrul əməkdaşı yazılı protokol tərtib edibsə, onun bir nüsxəsini mütləq vətəndaşa verməlidir və vətəndaşa şərait yaradılmalıdır ki, o, öz etirazını bildirsin. Əgər sürücü protokolla razıdırsa, o zaman qərar çıxarılır, yox, əgər razı deyilsə və bununla bağlı qeydlərini yazırsa, həmin an qərar çıxarıla bilməz.
"Yol-patrul xidməti haqqında Təlimat"a əsasən, polis müfəttişi hərəkətin digər iştirakçılarına qarşı ədəb və nəzakətlə rəftar etməli, onlarla ünsiyyətdə insanın şərəf və ləyaqətini alçaldan hərəkətlərə və sözlərə yol verməməlidir. O, hərəkət iştirakçılarına "siz", "cənab (xanım) sürücü (piyada və s.)" və "vətəndaş" deyərək müraciət edir. Müfəttiş nəqliyyat vasitəsini saxladıqdan sonra sürücüyə yaxınlaşır, özünü təqdim edir və lazım gəldikdə onun nəqliyyat vasitəsindən çıxmasını tələb edir.
Şirvan şəhəri, M.Əsədov küçəsi, ev - 44 ünvanda qeydiyyatda olan, 20 Yanvar küçəsi, ev - 17, mənzil - 64 ünvanda yaşayan Adil Abış oğlu Qaraşov redaksiyamıza ərizə ilə müraciət edərək, yol polisinin haqsızlığı ilə üzləşdiyini şikayət etmişdir:
"Mən 04.05.2019-cu il tarixdə 99-DO-299 qeydiyyat nömrə nişanlı "Audi-Q7" markalı minik avtomaşınımla Bakının Nizami rayonu ərazisində Yol-patrul xidməti əməkdaşları tərəfindən saxlanıldım. Haqsız olaraq mənim guya işıqforun qırımızı işığında keçdiyimi söylədilər və barəmdə qanunsuz protokol tərtib etdilər. Mən yol polisi əməlkdaşından qaydanı pozduğumu əks etdirən video-görüntüləri göstərməyi tələb etdim. O isə: "Bizdə video-görüntü olmur, - dedi. - get, hara istəyirsən, müraciət et". Mən protokolla razılaşmadım və imzalamadım. Ona görə ki, saxlanılmağıma səbəb kimi sübut ortaya qoyulmadı".
A.Qasımov redaksiyadan bu məsələni ictimailəşdirməyi, aidiyyati qurumlara çatdırılmasını xahiş etmişdir.
Qeyd edək ki, A.Qasımov barəsində 96 manat cərimə protokolu yazan inspektor Mövsümov Cavid Əbülfət oğlu olmuşdur.
Polis müfəttişi şəxsi hisslərə qapılaraq narazılıq bildirən və qanun pozuntusu halı ilə razılaşmayan yol hərəkəti iştirakçısı barəsində qəbul edilən inzibati cəzanı ağırlaşdırmamalıdır. Mübahisə yarandıqda müfəttiş öz vəzifəsi, rütbəsi və soyadını təkrarən bildirməli, habelə inzibati məsuliyyətə cəlb etmək haqqında qərardan şikayət verilməsi qaydasını izah etməlidir. Qanun pozuntusu barədə iradların valideynlərə uşaqlarının yanında bildirilməsi qadağandır. Bu nöqteyi-nəzərdən, belə çıxır ki, yol polisi əməkdaşının "get, hara istəyirsən, şikayət et" ifadəsinin etik cəhətdən məqbulluğu şübhəlidir.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı