Azərbaycan İdeyası

POLİS ATA DƏLƏDUZ OĞLUNUN BORCLU OLDUĞU ADAMLARI HƏDƏLƏYİRSƏ...

Tarix:14-10-2019, 10:50
Baxış Sayı:359

Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi, dalan - 2, ev - 12 ünvanda yaşayan Əliyev Amil Rafiq oğlu redaksiyamıza göndərdiyi ərizəsində uzun müddət dostluq etdiyi həmşəhərlisi Nağızadə Elşən Malik oğlu tərəfindən etibardan sui-istifadə yolu ilə aldadıldığını bildirmişdir: "Söhbət əsnasında məndən 10000 manat pul istədi və dedi ki, mən alver edəcəm, biznes quracağam, sənə də xeyir verəcəm. Mən də heç bir yerdə işlmədiyimə görə, bu yolla qazanc əldə edəcəyimi düşünüb qohumlarımdan və dostlarımdan həmin pulu borc alıb 6 iyun 2019-cu il tarixdə Nağızadə Elşən Malik oğluna verdim. Sonradan eşitdim ki, Elşən Şirvan şəhərində daha bir neçə adamdan pul alıb. Mən zəng vurub pulumu istədim, bir neçə dəfə də onunla görüşüb söhbət etdim. Atası dedi ki, sənin pulunu qaytaracam. Lakin bugünədək pulumu geri ala bilməmişəm".
Şikayətçi qeyd etmişdir ki, Elşənin atası Malik Sabirabad rayonunun Qaragünə kəndində, qardaşı Nağızadə Elşad Malik oğu isə Şirvan Şəhər Polis İdarəsində polis serjantı kimi xidmət edirlər. Yazır ki, onlar müxtəlif yerlərdə ona hədə-qorxu gəlirlər ki, guya pulu Elşənə sələmə verib, ona görə də qaytarmayacaqlar. Həmçinin qeyd edir ki, borc aldığı qohum - əqrəbanın yanında da piz vəziyyətdə qalmışdır.
Elşən Nağızadə təxminən eyni vaxtda - 2019-cu ilin iyun ayı ərzində eyni üsulla Şirvan şəhər sakinləri Əliyev Zabil Zahir oğlunu aldadaraq 5000 (beş min) manat, Əliyev Ramil Ədalət oğlunu aldadaraq 5000 (beş min) manat, Cəfərov Gülövsət Eyub oğlunu aldadaraq 8000 (səkkiz min) manat pularını almış, vəd etdiyi vaxtdan xeyli keçməsinə baxmayaraq qaytarmamışdır. Məlumatda qeyd olunur ki, Elşənin polis qardaşı Elşad Gülövsət Cəfərovu da hədələyib ki, bir də pul istəsə, onu həbs etdirəcək.
Şikayət ərizələrində bir məqam da diqqəti çəkir ki, bəzi borc yiyələri Elşənə verdikləri pulun bir hissəsini bankdan kredit kimi götürüblərmiş. Bu isə belə düşünməyə əsas verir ki, Elşən onları həqiqətən də çox gəlirli biznes quracağına inandıra bilmişdir. Ola bilsin ki, Elşənin ailə üzvlərinin daxili işlər orqanlarında işləməsi də bu inamın yaranmasına vəsilə olub. Amma o da dəqiqdir ki, bunca zərərçəkənlərin ziyanı ödənilməyincə, Elşən Nağızadə cinayət məsuliyyətinə cəlb olunacağı təqdirdə atası və qardaşı da möhkəm zərər görəcəklər.

Quliyeva Xuraman [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Elmira Süleymanova dəfn olundu - YENİLƏNİB + FOTO
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO