Azərbaycan İdeyası

Reallıqlar və faktlar

Tarix:18-10-2019, 11:26
Baxış Sayı:159

Qəzetimizə daxil olan şikayətlərin çoxu dollar kreditləri götürmüş, daha doğrusu, banklarımız tərəfindən aldadılıb verilmiş vətəndaşlardan, sahibkarlardandır. Hamı qorxu içindədir ki, evini, obyektini girov qoyduğuna görə banklar su qiymətinə hərraca çıxarıb əlindən alacaqdır. Başqa ölkələrdə banklar öz ölkəsinin iqtisadiyyatının inkişafına töhvə verər, vətəndaşına necə deyərlər əl tutar, amma bizim banklar dünyada ən yüksək faizlə öz vətəndaşlarına kredit verirlər.
Bildiyiniz kimi, 2015 - ci ildə ölkəmizdə 2 dəfə devalvasiya baş verdi və milli valyutamız olan manatımız 2 dəfədən çox dollara nisbətdə dəyərdən düşdü. Yəni, vətəndaş və ya sahibkar, deyək ki 100 min dollar - 78 min manat kredit götürmüşdü, oldu 170 min manat !!. İnsanlarımız şoka düşdü. Vətəndaşlar bizə bildirirlər ki, banklar manatla vermirdirlər kreditləri, heç baxmadan kredit müqaviləsinə qol çəkirdik, çünki ölkə başçımız cənab İlham Əliyev AzTV - də hətta xarici şirkətlərə də müraciət etmişdi ki, " gətirib pullarını manatda saxlasınlar, çünki manat dünyanın ən sabit valyutasıdır ", o cümlədən Mərkəzi Bankın sədri Elman Rüstəmov canlı efirdən dedi ki: "bizdə devalvasiya heç üfüqdə də görünmür ". Bizlər də öz Prezidentimizə inanırıq, ona görə də əhəmiyyət vermirdik ki, müqavilədə manatdı, ya dollar. Konstitusiya Məhkəmisi isə 2 dəfə bankların xeyrinə absurd qərar çıxratdı, gah dedi ki: " dollar predmetdi" - manat yəqin ki canlı orqanizmdi, əsas dəhşətli o idi ki, 2 dəfə devalvasiya baş verib, manat 2 dəfədən çox dəyərdən düşüb, KM qərarında deyir ki: "bu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi deyil" !!!. Yalnız KM - nin bir hakimi, İsa Səfərov etiraz eləmişdi. KM - nin bu qərarına MM - də Zahid Oruc da öz etirazını bildirərək dedi ki: "KM yüz minlərlə insanın huququnu kobud şəkildə pozmuşdur", amma Oqtay müəllim nə təhər üstünə qışqırdısa, sonra ta bu yazıq da dinmədi. Əslində KM öz milli valyutamız ola - ola bankların başqa bir ölkənin valyutası ilə kredit verdiklərinə görə bankları cəzalandırmalıydı, çünki bu, ilk növbədə suverenliyimizə və Ana Yasamızın 19-cu maddəsinin 3-cü bəndinə ziddir ki, "manatdan başqa valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi qadağandır".
Bu ilin fevral ayında cənab Prezident 10 min dollara qədər olan kreditlərlə bağlı sərəncam verdi, amma bu sərəncamdan da Mərkəzi Bankın sədri E.Rüstəmov demiş, "banklar 2 qat qazandı", çünki 10 min dollara qədər kreditləri banklar girovsuz vermişdilər və ala da bilmirdilər, ona görə də bu sərəncam bankların xeyrinə oldu, qanunsuz olaraq vətəndaşlardan alınmış pullar vətəndaşlara qaytarıldı. İndi əsas 10 min dollardan yuxarı kreditlərdir, insanlarımızın ümidi yenə də cənab Prezidentə qalıb, hamı Prezidentimizdən kömək gözləyir, yoxsa, bu soyğunçu banklar məhkəmələrlə əlbir olub insanlarımızın min bir əziyyətlə tikdirdiyi evini, obyektini əllərindən alacaqlar. Axı, bu necə olur ki, 78 min manat əsas borc qəfildən dönüb 170 min olur, bunu necə ödəsin insanlarımız, axı 2 devalvasiyanın günahı insanlarımızda deyil.
Ardı var...

Həsən Həsənov [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Xoruldamağın səbəbləri və fəsadları
Xoruldamağın səbəbləri və fəsadları
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Emin Ağalarovdan “Crocus City Hall”dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Bu gecə ehtimal edilən ilk Qədr gecəsidir
Təbrik Edirik!+FOTO!
Təbrik Edirik!+FOTO!
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Moskvada məşhur ticarət mərkəzində silahlı insident:– FOTO/VİDEO
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Sabahdan Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil başa çatır
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Məmmədli icra nümayəndəliyinin qoçuları vətəndaşın mülkiyyətində olduğu torpaq sahəsində ev tikməsinə mane olur.
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb
Azərbaycanda ilk dəfə “Ən tez xidmət” mərkəzi yaradılıb