Azərbaycan İdeyası

Plyonkadan istifadə edənlərin nəzərinə!

Tarix:16-11-2015, 10:33
Baxış Sayı:509

Avtomobillərinin şüşələrində pərdə və plyonkalardan istifadə edən sürücülər cərimələnəcək.
"Korrupsiya və Qanun" qəzeti Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, avtomobilinin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək.
V.Əsədov sürücülərə çağırış edərək bildirib ki, pərdə, jalüz və plyonkaları artıq söksünlər: “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə pərdə, plonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülər 150 manat cərimə olunacaqlar. Eyni zamanda bəzən sənaye üsulu ilə hazırlanmış belə pərdələrə, həmçinin kustar üsulla hazırlanaraq avtomobilin şüşələrinə quraşdırılan digər vasitələrə görə sürücülər məsuliyyət daşıyır. İstər sənaye, istərsə də kustar üsulla hazırlansın, əgər bu vasitələr avtomobilin şüşələrinə quraşdırılır və istismar edilirsə, sözsüz ki, sürücü məsuliyyət daşıyır”.
O, əlavə edib ki, “Yol hərəkəti haqqında” qanunun tələbinə əsasən, istismar edilən nəqliyyat vasitələrinin şüşələrinə görünüşü məhdudlaşdıran, şəffaflığı korlayan pərdə, plyonka, jalüz və digərlərinin quraşdırılaraq idarə edilməsinə görə sürücülərə noyabrın 16-dan etibarən protokol yazılacaq.
Qeyd edək ki, “Yol hərəkəti haqqında” qanuna edilən 1 saylı əlavənin, həmçinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müəyyən etdiyi standarta əsasən avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin vurulma müddəti başa çatdığından (noyabrın 15-dək) avtomobilləri bu formada idarə edən sürücülərə qarşı yol polisləri tərəfindən tədbirlər görüləcək [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Elmira Süleymanova vəfat etdi
Elmira Süleymanova vəfat etdi
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Biləsuvarda kişi çalışdığı mağazada ölüb
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Azərbaycana təhvil veriləcək kəndlərə soxulan silahlılar ələ keçdilər
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
Aytən Səfərovanı əvəz edən jurnalist bəlli olub - FOTO
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto
2023-cü ildə Goranboy rayonunda atmosfer havasına atılan zərərli maddələr haqqında+Foto