Azərbaycan İdeyası

Bakı polisi paytaxtda törədilən cinayətlərlə bağlı məlumat yaydı

Tarix:14-10-2019, 12:15
Baxış Sayı:160


Bakı polisi paytaxtda törədilən cinayətlərlə bağlı məlumat yaydı

Bakı şəhər Baş Polis İdarəsi istirahət günlərində paytaxtda törədilmiş bir sıra cinayətlərlə bağlı məlumat yayıb.
Korrupsiya-q..az İdarəyə istinadən xəbər verir ki, son günlərdə paytaxtda ictimai təhlükəli əməllər törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Belə ki, Bakı Şəhər BPİ və Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini R.Qurbanlının mobil telefonunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Qazax rayon sakini S.Vəlizadə saxlanılıb.

Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın oktyabrın 12-də saat 22 radələrində “28 May” küçəsində naməlum şəxsin onun mobil telefonunu, boyunbağısını, üzük və 1 cüt qızıl sırğasını taladığını bildirib. 22-ci Polis Şöbəsi və Səbail RPİ 39-cu Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Ç.Mahmudov qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 13-də Biləcəri qəsəbəsi ərazisindəki evlərin birində usta işləyən Abşeron rayon sakinləri E.İsmayılovun və 2 qardaşının ciblərindən 200 manat oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini R.Məmmədov saxlanılıb.

Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində P.Bəşirova məxsus “VAZ-2101”, E.Mustafayevə məxsus “VAZ-21011” markalı avtomobilləri qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş M.Ağayev və bir yeniyetmə tutulub.

Nəsimi RPİ 20-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 35 qramdan artıq heroin və 68 qrama yaxın metamfetamin aşkar edilərək götürülüb. [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Bakıda gecə intihara cəhd olub
Bakıda gecə intihara cəhd olub
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxan tələbə imiş - FOTO
Xankəndidə silah-sursat aşkarlanıb
Xankəndidə silah-sursat aşkarlanıb
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA - YENİLƏNİB + VİDEO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Dollar bahalaşır: Valyuta bazarında GÖZLƏNTİLƏR nədir? - FOTO
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin edilib - SƏRƏNCAM
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Həftəsonu 35 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA
Ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA